Gündəm

Yerli dövlət qurumlarında vəzifə "monopoliya"sı - işsiz sakinlər çarəsiz durumda...
















Acınacaqlı haldır ki, yerli media orqanlarının gündəlik toxunduğu məsələlərin çoxluğunu məmur özbaşınalıqları, karrupsiya faktları və sair bu kimi ölkə adına  utanc gətirən, əhali arasında böyük narazılıq yaradan problemlər təşkil edir.
Ölkə başçısı cənab İlham Əliyev bu kimi halların qarşısını almaq məqsədilə  yaxın keçmişimizdə  böyük kadr islahatları həyata keçirmək üçün müvafiq göstərişlər verilmişdir. Lakin, bütün bunlara baxmayaraq hələ də məmurların özbaşınalığı, yerli icra orqanlarının öz işini düzgün icra etməməsi, vətəndaşlara qarşı laqeydliyi  əli hər yerdən üzülən sakinləri  çarəni yerli media orqanlarında axtarmağa məcbur edir.
Regionlarda yaşayan sakinlərin yerli İcra Hakimiyyətləri və digər yerli dövlət qurumlarına müraciətlərinin əsasını işsizlik  problemi təşkil edir. 

Ancaq, təəssüflə qeyd edirik ki, əksər yerli icra orqanları səlahiyyətləri daxilində olan dövlət idarələrini monopoliyaya çeviriblər. 
 
Bu cür problem yaşayan ailələrdən biri də Ağsu rayon Abasxanlı kənd sakini Məmmədzadə Cavidin ailəsidir.
C. Məmmədzadə DogruXeber.az İnformasiya agentliyinə müraciətində bildirir ki,  7 nəfərlik ailə üzvləri ilə işsiz, acınacaqlı vəziyyətdə yaşayırlar. Ailənin tək  qazanc gətirəni Cavid Məmmədzadə tikintidə işləyən zaman yıxılıb, qolundan zədə aldığı üçün artıq ağır işdə işləyə bilmir. Bu səbəbdən də C. Məmmədzadə anası Məmmədova Rəsmiyyə Nurulla qızının kənddə bir işlə təmin olunması üçün yerli İcra hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti isə tək iş yeri olaraq onu  hər hansı bir texniki işlə təmin olunması üçün Abasxanlı kənd orta məktəbinə yönləndirib.
Məktəb direktoru isə məktəbdə iş olmadığını bildirib. Halbuki, məktəb direktorunun öz ailəsi və həyat yoldaşının qohumları hazırda həmin məktəbdə çalışırlar. Bir ailənin 3-4 üzvünün kənd orta məktəbində işlə təmin olunduğu halda, 7 nəfərlik  heyəti ilə işsiz qalan aztəminatlı  ailənin bir üzvünə "iş yoxdur" cavabı verilir ki, bu da yuxarıda qeyd etdiyimiz monopoliyanın sübutudur. 
Məsələ ilə bağlı Təhsil Şöbəsinin müdiri Aqil müəllim İlə əlaqə saxlayıb məsələyə münasibət bildirməsini xahiş etdik. Aqil müəllim isə vəzifəyə yeni təyin olunduğunu və məsələdən xəbərdar olduğunu, lakin məktəbdə iş olmadığı üçün M. Rəsmiyyə xanıma kömək edə bilməyəcəyini bildirdi.
Vətəndaşların problemləri ilə yerli dövlət qurumları maraqlanmadığı üçün,  onlar Ölkə başçısına müraciət etməyə məcbur qalırlar.
Əgər bütün vətəndaşların problemləri ilə Ölkə başçısı şəxsən məşğul olmalıdırsa, o zaman Yerli İcra orqanları, dövlət qurumları nəyə və kimə xidmət edir?!
Bu günə qədər bu cür işinə məsuliyyətsiz yanaşan İcra orqanlarının  siması ortaya çıxınca "sandıq"larından nələr çıxdığının da az şahidi olmadıq. 
Görünür onlar sahib olduqları vəzifənin borclarının nədən ibarət olduğunu yanlış anlayırlar. Əks halda özlərinə deyil, dövlətə və vətəndaşa xidmət edərdilər.
Mövzu ilə bağlı adıçəkilən qurumların da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Məsələni diqqətdə saxlayacağıq.

Son xəbərlər

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Bütün xəbərlər