Gündəm

 “Vətən müharibəsində qələbəmiz tarixin səhifələrinə qızıl hərflərlə yazıldı” - Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları
 
 
 

 

"Vətən müharibəsində qələbəmiz tarixin səhifələrinə qızıl hərflərlə yazıldı” - Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları

Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, Azərbaycanın inkişafına, rifahına, günü gündən qüdrətlənməsinə təkan verir. Qısa zaman kəsiyində böyük inkişaf yolu keçməyimiz, əldə etdiyimiz ən böyük uğurlardandır. Məhz bu uğurların nəticəsidir ki, 44 günlük Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbəmizlə yekunlaşdı. Bu müharibədə cənab Prezidentin güclü siyasi iradəsi, qəhrəman vətən oğullarının şücaəti və cəsarəti və öz üzərilərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirmələri nəticəsində torpaqlarımız işğaldan azad olunmaqla ərazi bütövlüyümüz təmin edilmiş oldu. Bu tarixi qələbə ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirmiş oldu. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş meydanında düşmənə vurulan zərbələr tarixin səhifələrinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxın bir müddətdə işğal altında olan həmin torpaqlarda artıq üçrəngli bayrağımız xalqımızın dövlət başçısına sonsuz minnətdarlığının ifadəsi kimi yenidən dalğalanır. Bu da haqlı olaraq hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır.
 
İlkin Əliyev- Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi


Azərbaycan Ordusunun malik olduğu müasir silah və texnikalar düşmən üzərində qələbəmizi şərtləndirdi.

Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycan xalqının Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməsini, cənab Prezidentin öz vətəndaşlarına nə qədər bağlı olduğunu və dövlətimizin milli maraqlarını qətiyyətlə və yüksək səviyyədə müdafiə etdiyini bir daha sübuta yetirdi. Müharibədə Azərbaycan Ordusu əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Müxtəlif qoşun növlərində təmsil olunan hərbiçilərin öz işlərini məharətlə yerinə yetirməsi, Azərbaycan Ordusunun malik olduğu müasir silah və texnikalar, o cümlədən pilotsuz uçuş aparatları düşmən üzərində qələbəmizi şərtləndirdi. Qeyd edilən döyüş texnikalarının dəqiq atəş zərbələri düşmən mövqelərini darmadağın etdi. Bütün bunlar Ordumuzun maddi texniki bazasının möhkəmləndirilməsi, ən yeni silah və texnikalarla təhciz olunması, əsgər və zabitlərin peşə biliklərinin artırılması, onların müxtəlif vaxtlarda təlimlərdə iştirak etmələrinin uğurlu nəticəsi idi.  
 
Ələkbər Kərimov- Zərdab Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi

Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir

Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba nisgilinə 44 gündə son qoydu. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Cəsur, igid Vətən övladları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan çəkinmədilər. Ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik adlı uca zirvəyə yüksələn 2855 nəfərdən 8 nəfəri Zərdab igidləri oldu. Onları yad edək:

Şəhid Cəbrayıllı İbrahim Raqub oğlu,
Şəhid Abbasov Ağaqardaş İlham oğlu,
Şəhid Rüstəmli İbrahim Mirzağa oğlu,
Şəhid Muradov Turan Vaqif oğlu,
Şəhid Məmmədzadə Anar Nazim oğlu,
Şəhid Vəlizadə Faiq Bayraməli oğlu,
Şəhid Hüseynov Rəhim Qədir oğlu,
Şəhid Ağayev İlkin Tehran oğlu,

Qəhrəmanlıq nümunəsi olan şəhidlərimiz hər biririmizin qəlbində daim yaşayacaqdır.
Dekabrın 10-da "Azadlıq” meydanında keçirilən Zəfər paradı Azərbaycan xalqının hərb tarixinin şanlı və şərəfli səhifəsi olmaqla Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi idi. Zəfər paradında qəhrəman Azərbaycan Ordusunun gücündən, başı əzilmiş, beli bükülmüş mənfur düşmənin məğlubiyyətini əks etdirən səhnələrdən hər bir vətəndaşımız ilham aldı, qurur duydu.

Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi Eldar Xəlilov

Müzəffər Ordu onun qarşısında duran vəzifənin
öhdəsindən məharətlə gəldi

Ötən ilin sentyabrın 27–də başlayan, xalqın, ordunun çoxdan gözlədiyi düşməndən qisas alma, doğma torpaqları azad etmə əməliyyatı yüksək döyüş əzmi, döyüş ruhu ilə başladı və məhz bu ruh da qələbəni təmin etdi. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi və Azərbaycanın hərbi qələbə qazanması idi. Azərbaycan ordusu qarşısına qoyduğu bu hədəfə böyük qətiyyətlə, döyüş və mənəvi-psixoloji hazırlığı ilə nail oldu.
Ordumuz düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını darmadağın etdi, inamlı zəfər çaldı. Bu 30 il davam edən, beynəlxalq təşkilatların həll edə bilmədiyi münaqişənin qətiyyətli həlli idi.
Bu gün ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi zəfər qazanmaqla daha bir qəhrəmanlıq salnaməsi yazdı və qalib xalq olduğumuzu bütün dünyaya sübut etdi. Döyüş meydanında qan tökərək, şəhid verərək ədaləti bərpa etdi. Bütün çəkdiyimiz acıların, itkilərin qisasını düşməndən döyüş meydanında aldı.
Artıq üçrəngli zəfər bayrağımız şanlı qələbənin rəmzi olaraq işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Bu müzəffər Ali Baş Komandanın qətiyyəti və dəmir iradəsinin, şanlı ordumuzun qüdrətinin, Azərbaycan əsgərinin igidliyinin bir nümunəsidir.
Yaşasın qalib və mərd Azərbaycan xalqı!
Yaşasın müzəffər Ali Baş Komandan!
Eşq olsun şanlı Azərbaycan Ordusunun hər bir nəfərinə!

Maisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini


Qalib xalqın şanlı ordusu

Azərbaycan Ordusu! Bu ifadənin mahiyyətindəki əzəmət artıq onun faktiki mövcudluq qüdrəti ilə tamamlanır. İndi Silahlı Qüvvələrimizin Cənubi Qafqazın ən sivil, modern və hazırlıqlı hərbi gücünə çevrilməsinin iftixarını yaşayırıq. Hər bir Azərbaycan vətəndaşının ordumuzla fəxr etməyə haqqı var. Çünki 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Şanlı qələbədən bir neçə ay ötməsinə baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun şanlı döyüş yolunun, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq. Ordumuzun keçirdiyi hərbi əməliyyatlar həmişə müzakirə mövzusu olacaq. Axı, məhz bu ordu Vətən müharibəsində tarix yazdı, tarixə yazıldı... Ən yüksək döyüş hazırlığına malik ordunun hazırlığı heç də asan başa gəlməyib. Cənab Prezident İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, ordunun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksək olması hər zaman prioritet bir məsələ idi. Əgər belə olmasaydı, hər il orduya ayrılan vəsaitin həcmi artırılmazdı, maddi-texniki bazası gücləndirilməzdi, yeni-yeni silah-sursat və hərbi texnika alınmazdı. Məhz bütün bu proseslər sayəsində, həmçinin ölkədə hərbi sənayenin inkişafı ilə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası, intellektual potensialı inanılmaz dərəcədə inkişaf etdi. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialını gücləndirdi. Son illər yaradılmış hərbi zavodlarda çoxsaylı hərbi təyinatlı məhsullar istehsal olunaraq ordumuz təchiz edildi. Bununla yanaşı, ən müasir texnika və silahlar alındı. Onların arasında yüzlərlə zirehli texnika, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, müasir standartlara cavab verən sistemlər, onlarca döyüş təyyarəsi, yüzdən çox hərbi nəqliyyat, nəqliyyat helikopteri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri var. Bütün bunlar hərbi gücümüzü artırdı. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında seçilən nadir ölkələrdən birinə çevrildi.
Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar isə bizi Qarabağa apardı!

Könül Rəhimova – Heydər Əliyev Mərkəzinin direktoru


Sən Vətənin Qürurusan Azərbaycan əsgəri

Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında dünyanı heyrətə salaraq tarix yazdı. Qəhrəman Azərbaycan əsgəri hər zaman torpaqlarımızın hər qarışı uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan əsgəri düşmənə öz yerini göstərən, öz qəhrəmanlığı, rəşadəti ilə şanlı tarix yazan, xalqımızın hünər salnaməsinin yaradıcısıdır. Azərbaycançılıq ruhunda böyümüş, bir məsləyə, amala xidmət etmiş vətən oğullarımız bu gün bu torpağın müdafiəsində mətin dayanaraq, varlığını sübuta yetirərək, torpaq üstündə tökülən al qanı ilə qəhrəmanlıq nümunəsi göstərməyə nail olmuşlar. Haray çəkən torpağın səsinə səs verən mərd Azərbaycan əsgəri kişilik məktəbinin nəyə qadir olduğunu vətən torpağına dikilən gözləri oyuq-oyuq etməklə sübut etdilər. Torpaq qəhrəmanlar yetişdirir. Azərbaycanın mayasında yaşayır bu qəhrəmanlıq. Bu torpaq üçün torpağa düşmüş əsgərlər şəhidliyin ən yüksək zirvəsində qalibiyyət nəğməsi ilə dünyaya Qarabağ bizimdir, Qarabağ Azərbaycandır söylədilər.

Vəfa Bayramova - Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru 


Müzəffər Azərbaycan Ordusu qarşıda duran vəzifəni məharətlə yerinə yetirdi

Cənab Prezident İlham Əliyev 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında haqlı olaraq Qalib Ordunun Sərkərdəsi ritorikası ilə danışaraq Müzəffər Azərbaycan Ordusunun qarşıda duran vəzifəni məharətlə yerinə yetirdiyini, ərazi bütövlüyümüzü bərpa etdiyini vurğulamış, bu qələbəni yüksək qiymətləndirmişdir. Demişdir ki, biz torpaqlarımızı danışıqlar yolu ilə yox, hərbi yolla, döyüşərək, şəhidlər verərək azad etdik, düşməndən intiqamımızı döyüş meydanında aldıq. 
Bəli, bu Zəfəri ordumuzun, o cümlədən xüsusi təyinatlıların və digər hərbi birləşmələrimizin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı sayəsində 44 günə əldə etdik. Ordumuzun dözüm və peşəkarlığı, biliyi, görünməmiş fiziki qüvvəsi olmasaydı, sal qayalara dırmaşmaq, işğalçı düşmənin 30 ildə möhkəmləndirilmiş müdafiə xətlərini yarmaq mümkün olmazdı.
Bu döyüşlər həm də ordumuz üçün dəyərli təcrübə oldu. Qəhrəman hərbçilərimiz vahid komandanlıq, planlaşdırma, kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları kimi strateji gücləri və məsələləri ustalıqla əlaqələndirdilər. Bu ustalıq, peşəkarlıq və şücaət hər birimizi qürurlandırır. Ondan da qürur duyuruq ki, bu əməliyyatlarda sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan Ordusunun xüsusi qüvvələri də vahid komandanlıq altında rəşadət göstərdilər, ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin saxlanmasında böyük rol oynadılar, hərbi aviasiya, pilotsuz uçuş aparatları düşmənə dəqiq və sarsıdıcı zərbələr endirilməsində, itkilərin az olmasında mühüm amilə çevrildi.
Şübhəsiz ki, qələbənin ən mühüm şərtlərindən biri də strateji planlaşdırmanın dəqiqliyi idi. Axı, hiyləgər düşmənin orada 30 ildə qurduğu istehkamlardan əlavə, təbii relyef də bizə çətinlik törədirdi. Dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq hər oğulun hünəri deyildi. Şuşanın alınmasına isə, zaman gələcək, dastanlar yazılacaq, seriallar çəkiləcək.

İsaməddin Əhmədov – "Əkinçi” qəzetinin redaktoru


Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük Qələbə sevincini yaşayır

44 gün davam edən Vətən müharibəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatdı.Müharibə başlanandan dünya Ali Baş Komandanımız İlham Əliyevin qəti iradəsinin, məntiqli çıxışlarının, ordumuzun gücünün, xalqımızın milli birliyinin və vətəndaş həmrəyliyinin şahidi oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunın 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etməsi dövlətçilik tariximizi qürurlandırır, eyni zamanda haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi.
Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük Qələbənin sevincini yaşayır.
Həmişə kitabxanamızda vətənpərvərlik mövzusunda keçirdiyimiz tədbirlərdə torpaqlarımızın azad olunması, şəhidlərimizin Azərbaycanımızın başı üzərində dolaşan narahat ruhlarının rahat, şad olmasını arzulayırdıq. Bu günlər Müzəffər Ali Baş Komandanımızın, Yenilməz ordumuzun sayəsində Şəhidlərimizin ruhu şaddır. Çünki onların arzuları, istəkləri həyata keçmişdir-Azərbaycanımız öz bütövlüyünə qovuşmuşdur.
Qarabağ Azərbaycandır!!
                                
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Vətən müharibəsində Azərbaycan əsgəri əsl 
qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət göstərdi

Torpaqlarımızın işğaldan azad olunması müasir tariximizin ən mühüm hadisələrindən biridir. Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində təcavüzkar Ermənistan döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradılaraq 30 ildir işğal altında qalan torpaqlarımız azad olundu, Azərbaycanın Böyük Qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsi başa çataraq ərazi bütövlüyümüz bərpa edildi. İşğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında sıx birləşdi, hər kəs öz peşəsində əsl Azərbaycan əsgəri olduğunu bir daha nümayiş etdirdi. Şəhidlərimizin, Erməni vəhşiliyinin, Xocalı qurbanlarının qanı yerdə qalmadı. İntiqamımızı qısa müddət ərzində döyüş meydanında aldıq.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri 

Ermənistan tarixdə məğlub dövlət kimi qalacaq

Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla qəhrəman ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış zəfərlər siyasi müstəvidə də böyük qələbənin qazanılmasını şərtləndirdi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə bəyanat ordumuzun döyüş meydanında qazandığı parlaq qələbəni siyasi-diplomatik müstəviyə daşıdı.
Xalqımız bu tarixi qələbəni sevinclə qarşıladı, ümumxalq yürüşləri ilə, Azərbaycan və Türkiyə bayraqları ilə qeyd etdi. Bu yürüşlərdə Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna alqışlar səsləndi, xalqımız bir daha öz Prezidentinin, öz ordusunun arxasında olduğunu qətiyyətlə bildirdi. Bu, böyük, tarixi və hər bir azərbaycanlıya qürur və fəxarət hissi yaşadan qələbədir və onu lazımınca qiymətləndirmək lazımdır.
Lakin ayrı-ayrı vətəndaşlarımızın bəzi "müxalifət” nümayəndələrinin "uzaqgörənliyinə” inanaraq tarixi bəyanatın ayrı-ayrı bəndlərini təftiş edib, onun əhəmiyyətini azaltmaq cəhdlərinə inanması, məsələlərə səthi yanaşması təəssüf hissi doğurur. Bu, sentyabrın 27-dən dəmir yumruğa çevrilən xalq-iqtidar-ordu birliyinə, Azərbaycan hərbçilərinin canı-qanı hesabına əldə olunan şanlı qələbəmizə arxadan zərbədir. Bəyanatın əhəmiyyətini başa düşmək üçün ən azı İrəvanda və dünyada onun təsirlərini izləmək kifayətdir. Bəlkə onda bəzi vətəndaşların narahatlıqlarına son qoyulacaq, əldə etdiyimizi layiqincə qiymətləndirəcəklər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru 

Azərbaycan xalqı 44 günlük vətən müharibəsində öz böyüklüyünü göstərdi

Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi.
Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnəndi. Azərbaycan ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Müharibə Azərbaycan ordusuna yeni təcrübə qazandırdı. Böyük uğurlarımız olub. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.
Böyük Qələbənin əhəmiyyətindən danışarkən ilk və xüsusi olaraq onu qeyd etməliyik ki, Kürəkçay müqaviləsindən keçən son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və Xalqa qaytarılmasına nail oldu. İşğalçı Ermənistan ordusu bütün ərazilərimizdən çıxarıldı, ölkəmizin ərazi bütövlüyü təmin edildi, el-oba həsrətinə son qoyuldu. Cəmi 44 günlük müharibənin şah əsəri olan Şuşanın işğaldan azad edildiyi gün - 8 noyabr tarixi möhtəşəm Qələbəmizin, şanlı Zəfərimizin tarix oldu.

Ceyhun Abdullayev – fəal gənc

Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər