mumtv.az
mumtv.az

Sabahkı küləkli hava narahatlıq yaradacaq

Sabahkı küləkli hava narahatlıq yaradacaq
6-03-2021, 14:45 78 dəfə baxılıb

Martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz 

Martın 7-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA