Gündəm
Gündəm / Dünya
Tikaradze: Gürcüstan yalnız ÜST-ün təsdiqlədiyi vaksinləri alacaq
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan səhiyyə naziri Yekaterina Tikaradze vaksinlə bağlı danışıqların bir neçə ölkə ilə, o cümlədən də Çin ilə aparıldığını deyib.
Nazir bildirib ki, ölkəyə yalnız Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi vaksin daxil olacaq.
"Biz Çinlə danışıqlar aparırıq, Çinin 2 vaksini gözləmə rejimindədir. Bu vaksinlər çox tezliklə ÜST tərəfindən avtorizasiya əldə edəcək və bu, bizim üçün vaksinin təhükəsizliyinin mühüm zəmanəti olacaq”, – deyə o qeyd edib.
Tikaradze həmçinin əlavə edib ki, əgər sözügen Çin vaksini ÜST tərəfindən təsdiqlənməsə, o, Gürcüstana gətirilməyəcək.