Gündəm
Gündəm / Dünya
Paşinyan parlamentdəki müxalifət partiyasının liderini qəbul edib
Ermənistanın baş naziri Nikol Paşinyan "İşıqlı Ermənistan” parlament fraksiyasının başçısı Edmon Marukyanı qəbul edib.
Görüş martın 3-də keçirilməli idi, ancaq naməlum səbəblərdən bu gün baş tutur.
Görüşdə Ermənistandakı vəziyyət və növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair məsələlər müzakirə olunur. Görüş hökumət binasında keçirilir.