Gündəm
Gündəm / Siyasət
“Bəs sərhədlər necə olacaq?” - Erməni deputatdan hökumətə və hərbçilərə sual
"Əgər Onik Qasparyn getsə, onun ardınca digər zabitlər gedəcəklər. Onları kim əvəz edəcək? Sərhəd məsələləri necə olacaq?"
Cebhe.info xəbər verir ki, bunu Ermənistan parlamentinin müstəqil deputatı Taqiu Tovvmosyan deyib.
O bildirib ki, hökumətlə Baş Qərargah arasında fikir ayrlığı vardısa, bu, müharibədən dərhal sonra üzə çıxmalı idi:
"Ancaq hər şey sanki sinxron getdi. Onik Qasparyan hökumət üçün ən etibarlı adamlardan biri hesab olunurdu. Birdən-birə nəsə baş verdi, indi niyə onun istefası tələb olunur? Bunun bir səbəbi olmalıdır. Onik Qasparyan niyə hökimətə qarşı çıxdı? Bəzi məsələlər var ki, biz onları bilmirik".// Dia.az