Gündəm

Ermənistanın
"Ermənistanda xaosun yeni dalğası siyasi ziddiyyətlərin artmasını, konfrontasiyanın şiddətlənməsini şərtləndirir. Bu ölkədə faktiki olaraq siyasi böhran hökm sürür".
Bu fikirləri "Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloq vurğulayıb ki, keçmiş xunta rejiminin nümayəndələrini öz sıralarında birləşdirən revanşist qüvvələr hazırkı hakimiyyəti "siyasi tupik”ə sıxışdırmağa çalışır:

"Digər tərəfdən isə hakimiyyət daxili qarşıdurma vəziyyətin gərginləşməsini şərtləndirir. Eyni zamanda, iqtidar öz rəqiblərini siyasi autsayderə çevirmək üçün yeni həmlələr edir. Qarşı-qarşıya duran tərəflər aqressiv davranışları ilə məğlub ölkəni yeni siyasi kataklizmlərə sürükləyirlər".

N.Qələndərli əlavə edib ki, ictimai etirazları nəzərə alınmasa faktiki olaraq üç siyasi qrup toqquşma vəziyyətindədir:

"Birincisi, Paşinyanın rəhbərlik etdiyi komanda, ikincisi, hakimiyyət daxilindəki digər qruplaşma və sonuncusu isə müxalifət düşərgəsidir. Əvvəla qeyd edim ki, baş qərargah rəisi Onik Qasparyanın Paşinyanın istefasını tələb edən bəyanat verməsi, ardınca Prezident Armen Sarkisyanla baş nazirin qarşıdurmasını ifadə edən fikirlərin səsləndirilməsi və digər faktlar Ermənistanda ciddi hakimiyyət böhranının hökm sürdüyünü təsdiqləyir. Bununla yanaşı, siyasi arenada "müxalifət” adı altında varlığını nümayiş etdirməyə çalışan revanşist qüvvələrin hökumətə yönəlik təzyiqləri həm siyasi, həm də sosial gərginliyi artırır. Digər tərəfdən, erməni lobbisində də hazırkı məsələlərə münasibətdə parçalanma və pərakəndəlik müşahidə edilir. Belə olan halda, məğlub Ermənistanın "siyasi sancı”ları daha da şiddətlənir və ölkə faktiki olaraq "xaos dumanı”nda boğulur”.

N.Qələndərlinin sözlərinə görə, Ermənistanda qarşıdakı dövrdə fərqli senarilər və proseslərə şahidlik ediləcək:

"Düşünürəm ki, hazırkı hakimiyyət həm inzibati resurslardan, həm də mövcud ictimai əhvaldan, siyasi şəraitdən istifadə edərək öz manevrlərini davam etdirəcək. Yəni iqtidar kürsüsünü rəqiblərinə verməyəcək. Ola bilsin ki, hansısa siyasi-hüquqi kampaniyaya – növbədənkənar seçkilərə, referenduma və s. start verilsin. Amma proseslərin gedişatına nəzər salaraq indiki iqtidarın rəqiblərini neytrallaşdıracağını və siyasi üstünlüyünü təmin edəcəyini proqnozlaşdırıram”.
 

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər