Gündəm

Parlamentin buraxılması yenidən GÜNDƏMDƏ
"Dövlətin bu məmurlardan yaxa qurtarması üçün bugünkü parlament mütləq buraxılmalıdır. Zamanında Ramiz Mehdiyevin "xeyir-duasını" alanların heç biri orda oturmamalıdır. Bu baxımdan parlament buraxılmalı və yenidən seçkilər keçirilməlidir".
Bu sözləri AĞ Partiyanın sədri Tural Abbaslı bildirib. Təkliflə bağlı keçmiş deputatlığa namizədlərdən fikir öyrəndik.

Binəqədi rayon 9 saylı seçki dairəsindən namizəd olan Günel Səfərova deyir ki, yenə əvvəlki kimi olacaqsa, bunun üçün müəyyən büdcə ayırıb seçki keçirməyə ehtiyac yoxdur:

"Keçən il növbədənkənar seçkilər zamanı hakimiyyət nümayəndələrinin əsas gətirdikləri məsələ o idi ki, köhnə parlament cənab prezidentin islahatlarına cavab verə bilmir. Beləliklə seçki keçirildi və göründüyü kimi ürəkaçan nəticə olmadı. Çox az sayda dəyişiklik oldu. Yaxud da köhnə deputatlar yenə də eyni düşüncəli, cəmiyyətdə tanınmayan şəxslərlə əvəz edildi.

Yalnız idarəetmə sistemi dəyişilib parlamentli idarəetmə sisteminə keçilsə, o zaman seçki keçirilə bilər. Amma indi parlamentin buraxılmasına gəlincə, eyni proses baş verəcəksə, eyni qaydada təyinatlı siyahılar üzrə insanlar təyin olunacaqsa, yenidən böyük büdcə sərf etməyə ehtiyac yoxdur.
Bizim üçün nə fərqi var ki, orda Siyavuş Novruzov, ya da eyni onun düşüncədə olan biri olacaq?!

Təəssüflər olsun ki, bizdə seçki prosesində xalq iştirak etmir.

Yəni seçki yenə də formal keçiriləcəksə, mənim üçün həm vətəndaş, həm də ictimai-siyasi prosesdə iştirak edən biri kimi heç bir fərqi yoxdur. Əgər həqiqətən də orda xalqın iradəsi olacaqsa, həqiqi seçkilər keçiriləcəksə, əlbəttə, parlament buraxıla bilər".

Əvvəl Ucar rayonu 91 saylı Ucar seçki dairəsindən namizədliyini irəli sürmüş iqtisadçı, ictimai xadim Kazım Məmmədov "Şərq"ə açıqlamasında bildirdi ki, hazırkı bəzi millət vəkilləri xalqın iradəsini əks etdirmir:

"Bu gün Azərbaycanın istər regional, istər beynəlxalq arenada qazandığı uğurların kökündə heç şübhə yoxdur ki, həyata keçirilən uğurlu islahatlar dayanır. Eyni zamanda biz gördük ki, bir neçə il öncədən bu və ya digər şəkildə həyata keçirilən islahatlar heç də həmin il üçün deyil, məhz uzun müddət üçün nəzərdə tutulub. Elə üzərindən 100 gündən bir qədər artıq keçən möhtəşəm zəfərə də bu islahatların məntiqi nəticəsi kimi baxa bilərik. Şübhəsiz ki, Azərbaycan xalqının vətən eşqi, Ali Baş Komandanın əzmkarlığı və qətiyyəti, eləcə də Azərbaycan əsgərinin rəşadəti bu zəfərin təminatçısı oldu.

Ancaq gəl gör ki, bu zəfərdə Azərbaycan xalqını "təmsil edən" millət vəkillərinin fəaliyyəti özünü doğrultmadı. Səbəb çox sadə, sual isə dəqiq; Onlar xalqın iradəsini əks etdirirmi? Cavab isə hər kəsə bəllidir. Əlbəttə, bu millət üçün çalışan xalqın həqiqi seçdiyi az sayda vəkillər var, ancaq bu, ümumi mənzərəni dəyişmir.

Əlqərəz, uzun müddətdir davam edən islahatlar özünü buraxıb yenidən seçkiyə gedən Milli Məclis üçün istədiyi nəticəni ala bilmədi. Yeni seçkilərin keçirilməsi, zənnimcə, dövlətimiz və xalqımız üçün yeni bir uğurlu gələcək vəd edə bilər. Təbii ki, xalqın iradəsini əks etdirəcək seçki olarsa"...

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər