Bir zamanlar İbrahim Tatlısesin proqramında oriyental rəqsi ilə məşhurlaşan, ardından isə İbrahim Tatlıseslə eşq yaşayan və Dərya Tuna ilə ayrılmasına səbəb olan Asena, son illər gözdən-könüldən uzaq, xəşbəxt həyat sürür.

Open.az xəbər verir ki, Almaniyada restoran sahibi olan, iş adamı Hasan Dere ilə xoşbəxt ailə həyatı quran Asena, sosial mediadan paylaşdığı son fotosu ilə izləyicilərinin diqqətini cəlb edib. Belə ki, uzun illər tünd rəngə boyadığı saçları ilə yadda qalan Asena, saçlarını yenidən kəsərək, açıq rəngli edib.

İzləyicilərin gözündən Asenanın üzündəki dolğular da qaçmayıb. Hər halı ilə xoşbəxt olduğunu nümayiş etdirən Asenanın yeni fotosunun kimlərəsə göndərmə olduğu da deyilir.

Saçının rəngini dəyişən və üzünə dolğular etdirən məşhur rəqqasənin son halı-FOTOSaçının rəngini dəyişən və üzünə dolğular etdirən məşhur rəqqasənin son halı-FOTO