mumtv.az
mumtv.az

Kolarov və Matiç Azərbaycanla oyuna çağırılmayacaq

Kolarov və Matiç Azərbaycanla oyuna çağırılmayacaq
2-03-2021, 09:49 52 dəfə baxılıb

Kolarov və Matiç Azərbaycanla oyuna çağırılmayacaq
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Serbiya yığmasında köklü islahatlar aparılacaq.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yeni baş məşqçi Draqan Stoykoviç bəzi təcrübəli oyunçuları milliyə çağırmamağı planlaşdırır.

Heyətdə yenilənmə edəcək mütəxəssis həmin adları gizli saxlasa da, serbiyalı həmkarlarımız konkret olaraq 5 futbolçunun milli karyerasının başa vuracağını iddia edib. Bunlar "İnter”in müdafiəçisi Aleksandar Kolarov, "Kristal Pelas”ın yarımmüdafiəçisi Luka Milivoyeviç, "Beşiktaş”ın yarımmüdafiəçisi Adem Lyayiç, "Napoli”nin müdafiəçisi Nikola Maksimoviç və "Mançester Yunayted”in orta sahə oyunçusu Nemanya Matiçdir.

 

Qeyd edək ki, Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində ilk oyunlarını martın 24-də İrlandiya, 27-də Portuqaliya, 30-da isə Azərbaycana qarşı keçirəcək. Stoykoviç bu matçlar üçün heyəti martın 5-də açıqlayacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA