Gündəm

Prezident nələrə işarə etdi: Qarabağ, sülhməramlılar, status...
"60-70 min erməni statusu vermək məcburiyyətindəyiksə, Azərbaycanın digər azlıqlarının statusu ilə bağlı suallar da ortaya çıxacaq”

Azərbaycan Prezidenti İlham Əliyev müharibənin Azərbaycanın qələbəsi ilə yekunlaşdığını və münaqişənin Azərbaycanın istədiyi kimi sona çatdığını söylədi. Bu fikirləri, Azərbaycan Prezidentinin sülhməramlılar və Qarabağın statusu məsələlərinə də toxunduğu mətbuat konfransının əsas nəticələrini AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadə səsləndirib.

Onun fikrincə, Azərbaycan cəmiyyətinin Qarabağda sülhməramlı qüvvələrin varlığının Azərbaycanın suverenliyinə təhdid olduğuna inanan hissəsindən fərqli olaraq, Prezidentin sülhməramlılara qarşı tamamilə müsbət fikirdə olduğu aydındır: "Bəzi insanlar bu sülhməramlıların dərhal getməli olduğuna inanırlar. Yalnız savadsız insanlar belə deyə, düşünə və tələb edə bilər. Bununla belə, İlham Əliyev Rusiya hakimiyyəti ilə, xüsusən də Putinlə müsbət münasibətlərinə əmindir və bu səbəbdən də bu sülhməramlılara müsbət münasibət bəsləyir. Azərbaycan Prezidenti sülhməramlılardan heç bir təhlükə görmür”.

Əlizadə bildirib ki, dövlət başçısının toxunduğu əsas mövzulardan biri də Azərbaycanın Qarabağın statusu məsələsindən danışmayacağıdır: "Prezident çıxışında Qarabağın statusu ətrafında bəzi intriqaların ortaya çıxması barədə xəbərdarlıq etdi. Bu müzakirələrə qarışmaq istəmir. Əgər 60-70 min erməniyə status vermək məcburiyyətində qalırıqsa, o zaman Azərbaycanın digər azlıqlarının statusu ilə bağlı suallar yaranacaq. Beləliklə, Azərbaycanın bir dövlət olaraq, özünün varlığına təhlükə yarana bilər. Bu səbəbdən Prezident heç bir status olmayacağını söyləyir”.

ATƏT-in Minsk Qrupuna üzv dövlətlərin status məsələsini müzakirə etməkdə israr edəcəklərini düşünən analitik, Rusiyadan başqa digər üzv dövlətlərin Azərbaycanın bu məsələni müzakirə etməsi üçün real təsir gücünə malik olmadığını söyləyib: "Üstəlik, Ermənistanın Azərbaycanı hansısa statusu müzakirə etməyə məcbur etmək üçün heç bir gücü yoxdur. Deməli, Ermənistan indi daxili çəkişmələri ilə məşğuldur, sülhməramlılar Qarabağdakı vəziyyətə nəzarət edir və İlham Əliyev bu sülhməramlıların ən yüksək rəhbərliyi ilə yaxşı münasibətlərə malikdir, ona görə də özünə inamlı davranır”.

"Azərbaycan Prezidenti müharibənin Azərbaycanın qələbəsi ilə başa çatdığını və münaqişənin Azərbaycanın istədiyi kimi sona çatdığını təsdiqləyir. Əslində, bunun necə olacağını zaman göstərəcək”, - deyə politoloq vurğulayıb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, öz növbəsində AYNA-ya deyib ki, xarici və yerli KİV-lər üçün təşkil edilən mətbuat konfransı, daha çox Azərbaycan ictimai rəyinə ünvanlanmışdı: "Cavablar, əsasən münaqişədən sonra Azərbaycan cəmiyyətində yaranan suallar, xüsusən Qarabağ və sülhməramlıların statusu ilə bağlı idi. Düşünürəm ki, Prezident bu suallara hərtərəfli cavab verdi. Statusun bizə tətbiq ediləcəyi, sülhməramlı qüvvələrin mövcudluğu ilə bağlı təhdidlərin, Prezidentin fikrincə, heç bir əsası yoxdur”.

Analitikin fikrincə, ölkə rəhbəri İrəvandakı revanşist qüvvələrə də açıq bir mesaj verib: "İlham Əliyev Putinin, Ermənistan müqavilədən çıxmaq istəsə, başına gələcək hadisələr barədə dediklərini əbəs yerə təkrarlamadı. Və sonra Azərbaycan Prezidenti Rusiya və Putinin anlaşmanın qarantı olduqlarını açıqladı. Yəni, bu razılaşmadan çıxmaları halında, revanşistlərin vəziyyəti daha da pisləşəcək və ağrılı olacaq”.

Zülfüqarov da əmindir ki, Qarabağın inteqrasiyası sistemli şəkildə davam edəcək və Qarabağ erməniləri digər Azərbaycan vətəndaşlarından fərqli heç bir xüsusi hüquq almayacaqlar: "Sülhməramlıların Qarabağda olmasının səbəbi vəziyyəti normallaşdırma prosesi və Azərbaycan cəmiyyətinə addım-addım inteqrasiya prosesinin getməsidir. Bir uyğunlaşma dövrü keçməlidir. Reinteqrasiyanın özü hüquqi sahədən tutmuş humanitar məsələlərə qədər bir neçə aspekti nəzərdə tutur və bunun reallaşması uzun bir müddət tələb edir”.

Ekspertin fikrincə, bir çox məsələlərin həlli, yeni reallığa vərdiş etmək üçün müəyyən vaxt tələb olunur və bu, təkcə ermənilərə deyil, həm də Qarabağdakı ermənilərin qonşusu olacaq azərbaycanlılara aiddir: "İndi icmaların bir-birilərini qonşu kimi görməyə hazır olduğunu iddia edə bilmərik. Prezident vəziyyəti necə gördüyünə dair siyasi təlimat verdi. İndi hüquq-mühafizə orqanları vəziyyəti təhlükəsizlik baxımından sabitləşdirmək üçün bir sıra təkliflər verməli olacaq. Daha sonra digər strukturların da təklif verməsi zamanı gələcək”.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər