Gündəm

  Deputatın şirkəti NARAZILIQ YARADIR... - ETİRAZ
 
 
 
 

 
 
 
Tanınmış teleaparıcı və jurnalist Ramal Dövran "KONTAKT HOME” mağazalar şəbəkəsinin fəaliyyətindən narazıdır və hüquqlarının pozulduğunu iddia edir.

Bu barədə KONKRET.az-a Ramal Dövran özü məlumat verib. Onun sözlərinə görə, adıçəkilən mağaza tərəfindən hüquqları elə pozulub ki, nə məhkəmə, nə də hüquq- mühafizə orqanları vasitəsilə bərpa edə bilir: "Mən başqa bir şəxs üçün öz adıma həmin mağazalar şəbəkəsindən mobil telefon götürmüşəm. Bu telefon "KONTAKT HOME” mağazalar şəbəkəsinin mülkiyyətində deyil və ona heç bir aidiyyəti yoxdur. Telefonu alan zaman mağazalar şəbəkəsinin operatoru ilə danışdım və ondan "məhsulun krediti ödənilməsə, telefonu şəbəkədən bağlatdıra biləcəksiniz” – deyə sual verdim. Mağazanın əməkdaşı isə mənə bunun mümkün olacağını bildirdi. Öz adıma telefon aldığım şəxs bir-iki ay kredit ödənişini etsə də, sonradan problem yarandı. Mən bununla bağlı "KONTAKT HOME” mağazalar şəbəkəsi ilə əlaqə saxladım və telefonun bağlanmasını (rəsmi qaydada) istədim. Bildirdim ki, telefon bağlandıqdan sonra polisə müraciət edib məhsulu geri alaq, bundan sonra ödənişi edim. Normal qaydalara görə, məhsulun krediti tam bağlanmadan alınan mağazanın adında qalır. Lakin "KONTAKT HOME” bunu etməkdən boyun qaçırdı və səbəb kimi həmin telefonun başqasının adına qeydiyyatdan keçdiyini göstərdi”.

Şikayətçinin sözlərinə görə, məhsul aldığı mağazadan ona heç bir kömək edə bilməyəcəklərini deyiblər: "Belə olan təqdirdə onlardan "Sizin olmayan telefon üçün niyə pul istəyirsiniz?”, – deyə soruşdum. Polisə müraciət etdikdə isə mənə telefonun adımda olmadığını, bu səbəbdən də heç bir hüquqi addım ata bilməyəcəyimi dedilər və məsələnin yalnız "KONTAKT HOME” ilə həll olunmasının mümkünlüyünü vurğuladılar. Belə olan halda mən öz hüququmu nə məhkəmədə, nə də polisdə bərpa edə bildim”.

Ramal Dövran deyir ki, əvəzində "KONTAKT HOME” onu məhkəməyə verib. Şikayətçinin iddiasına görə, "KONTAKT HOME”un hər bir məhkəmədə sifarişini yerinə yetirən hakimlər var. Çünki adıçəkilən mağazalar şəbəkəsi daxili kreditlə işləyir. Bu isə rəsmi dövlət sənədi hesab olunmur. Belə olan halda isə məhkəmə və polis heç bir hüquqi addım atmır: "Araşdırma apardım və telefonun imei kodunun "ıPhone Neftçilər” mağazasına aid olduğunu öyrəndim. Həmin mağazada mənə bildirdilər ki, telefonu həqiqətən qeydiyyatdan keçiriblər və satıblar. Qeyd edim ki, Xətai rayon Məhkəməsində işə Mehrəliyev Sərdar adlı hakim baxıb. Mən hakimin qarşısında bütün əsaslarımı gətirdim və suallarım önündə aciz qaldılar. Amma hakim sifariş əsasında iş gördüyü üçün qarşı tərəfdən heç bir sənəd tələb etmədi. Yəni bu telefonun "KONTAKT HOME”a aid olduğunu təsdiqləyən heç bir sənəd istəmədi. Beləliklə, hakim iddiaçı tərəfin lehinə qərar çıxardı və mənim qalan pulu ödəməli olduğumu bildirdi”.

İndi Ramal Dövranın yeganə istəyi odur ki, adıçəkilən mağazalar şəbəkəsi onun hüquqlarını pozduğu üçün öz səhvini düzəltsin, yaxud da onu çətin vəziyyətdə qoymasın: "KONTAKT HOME” məni çətin durumda qoyduğu üçün üzr istəməli və heç bir borcumun olmadığı haqda sənəd təqdim etməlidir. Əgər bunu etmirsə, o zaman həmin telefonu geri qaytarsın ki, mən də borcu ödəyim”.

Ümid edirik ki, tanınmış jurnalistin şikayəti məsələyə cavabdeh şəxslərə, ən əsası isə "KONTAKT HOME” rəhbərliyinə çatacaq və Ramal Dövranın problemi tez bir zamanda həll olunacaq.// Dia.az

Son xəbərlər

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Bütün xəbərlər