Gündəm

ATƏT PA-da Belçika və İsveç nümayəndələrinə Ermənistanın törətdiyi hərbi cinayətlər xatırladılıb
 
 
 
 
 
 
 
 
 
 
 

 


 
 
 
 

Fevralın 26-da ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasının son günündə qurumun Demokratiya, insan hüquqları və humanitar məslələr üzrə Ümumi Komitəsinin iclası keçirilib.

APA xəbər verir ki, iclas çərçivəsində Belçika nümayəndə heyətinin üzvü Mark Demesmekerin və İsveç nümayəndə heyətinin üzvü Byorn Soderin Azərbaycana qarşı qərəzli çıxışlarına cavab olaraq, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısını sadalayaraq, onları bu cinayətləri törədənlərə qarşı mövqe bildirməyə çağırıb.

Azay Quliyev deyib: "Mən istərdim ki, gündəlikdə qeyd olunan məsələ ilə bağlı çıxış edim, lakin Belçika və İsveçdən olan həmkarlarımız məni çıxışımın mövzusunu dəyişərək onlara cavab verməyə vadar etdi.

Hörmətli həmkarlar, əgər siz 44 günlük müharibə zamanı törədilmiş hərbi cinayətlərlə maraqlanırsınızsa, mən sizə konkret faktlarla Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısını təqdim edirəm:

1) Münaqişə zonasından yüzlərlə kilometr uzaqda yerləşən Azərbaycan şəhərləri beynəlxalq səviyyədə qadağan olunmuş SCUD raketləri və kasetli bombalardan istifadə olunmaqla Ermənistan tərəfindən qəsdən hədəfə alındı və nəticədə 100-dən çox mülki şəxs öldürüldü və 500-ə yaxın insan yaralandı. Yeri gəlmişkən onu da deyim ki, ATƏT ərazisində Ermənistan beynəlxalq səviyyədə qadağan olunmuş SCUD raketlərini digər ATƏT üzv ölkəsinə qarşı istifadə edən ilk ölkə oldu.

2) Ermənistan azərbaycanlı müharibə əsirlərinə qarşı qeyri-insani rəftar göstərib və onlara işgəncələr verib. Bu məsələ ilə bağlı çoxlu fakt var və onları da sizinlə bölüşə bilərəm.

3) Hərbi əməliyyatlar zamanı Ermənistan Yaxın Şərqdən olan terrorçuları, xüsusilə də PKK və ASALA üzvlərini Azərbaycana qarşı istifadə etdi. Bu, bir faktdır. Yüksək hərbi potensiala və müasir hərbi infrastruktura malik olan Azərbaycan sizin iddianızın əksinə olaraq, heç vaxt bu cür qanunsuz terror təşkilatlarından və muzdlulardan istifadə etməyib və buna heç vaxt ehtiyac duymayıb.

4) Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməkdən imtina etməklə, beynəlxalq humanitar hüququn prinsiplərini pozmaqda davam edir və işğaldan azad olunmuş ərazilərdə bu ölkə tərəfindən basdırılmış minaların partlaması nəticəsində onlarla azərbaycanlı həlak olub.

5) Münaqişə bitdikdən sonra Ermənistanın ötən il noyabrın 26-da Azərbaycana göndərdiyi təxribatçı qrup tərəfindən törədilmiş terror aktı nəticəsində 4 azərbaycanlı hərbçi həlak olub, bir mülki şəxs yaralanıb.

Bütün bu faktlar onu sübut edir ki, Ermənistan beynəlxalq öhdəliklərini və 10 noyabr üçtərəfli bəyanatının müddəalarını kobud şəkildə pozub.

Mən sizi bu məsələləri ətraflı şəkildə araşdırmağa dəvət edirəm. Bu məsələ ilə bağlı sizinlə əməkdaşlığa və ətraflı müzakirələrə hazıram.

Sonda bildirmək istərdim ki, Ermənistan və onun tərəfdarları 44 günlük müharibədən lazımi nəticələr və dərslər çıxarmalı, üçtərəfli bəyanatın imzalanmasından sonra bərqərar olan sülhə töhfə verməyə çalışmalıdırlar. Bunu etmək istəmirlərsə və ya edə bilmirlərsə, onlar ən azından bu cür təxribatlara və Azərbaycana qarşı yalan və böhtan xarakterli məlumatları yaymağı dayandırmalıdırlar. Təxribat xarakterli iddialar və fəaliyyətlər heç vaxt heç bir tərəfə fayda gətirməyəcək”.


Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər