Gündəm

 Azərbaycan Dillər Universitetində kütləvi ixtisarlar... - NƏ MƏQSƏD GÜDÜR?
 
 
 
 
 
 
 

 
Azərbaycan Dillər Universitetində kütləvi ixtisarlar başlayıb.
Universitet əməkdaşlarının verdiyi məlumata görə Elmi şuraların birində Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev bununla bağlı tapşırıqlar verib.

Rektor qeyd edib ki, müddəti bitən müqavilələr heç biri uzadılmayacaq. Bununla bağlı kadrlar şöbəsinin müdirinə öz təlimatlarını verən rektor: müqavilələrin uzadılmamasına səbəb Universitetin büdcəsində maaş verməyə pulun olmaması göstərildiyini bildirib. Bu qərar Universitetin əməkdaşları arasında təşvişə səbəb olub. Respublika ərazisində sərt karantin müddətinin uzadılması ilə yanaşı, ölkənin ağır müharibədən çıxması fonunda baş verən bu hadisələr əməkdaşları sözün əsl mənasında hiddətləndirib.
Onlar ilin günün bu vaxtında işlərini itirmək istəmədiklərini qeyd ediblər. Onlar qeyd edib ki, rektor bu hərəkəti ilə Dövlət başçısına etiraz edən kütləvi narazılıq yaratmağa cəhd göstərir. Həmçinin işçilər qeyd edir ki, ixtisarlara baxmayaraq, hər gün yeni işçilər Universitetin ştatlarına yerləşdirilir.
Universitetdə savadlı kadrlar sıxışdırıb çıxarılır, əvəzinə təhsilsiz, səriştəsiz, yaxın qohumları vəzifədə olan və ya müəyyən vasitələrlə işə cəlb edilirlər. Əməkdaşlar bildirir ki,ard-arda Universitetdə şöbələr bağlanır,
birləşdirilir, işçilər isə ixtisara salınır… Hətta bir neçə şöbə müdiri ilə Universitetin rəhbərliyi arasında insidentlərin baş verməsi də verilən məlumatlar arasındadır….İşçilər qeyd edir ki, ayın bitməsindən həftələr ötdükdən sonra belə maaşlarını ala bilmirlər. Bu haqda bir sıra KİV və sosial mediada yazılar dərc olunub.

Belə analoji hal dekabr ayında da baş vermişdi. Səbəb isə həmişə olduğu kimi Universitetin büdcəsinin boş olması göstərilir…Maraqlısı odur ki, büdcəsində maaş verməyə bir qara qəpik olmayan dövlət Universitetinin rektoru yaxın günlərdə oğluna paytaxtın ən bahalı məhəllələrindən 500 000 AZN-lik mənzil alır… Ətrafında olan insanlar da, onu Universitetin koridorlarında bu münasibətlə təbrik edir.. Yüzlərlə işçinin əmək haqqını oğurlayan, Dövlət Universitetinin büdcəsini talan edən bu «ziyanlı» akademikin fəaliyyəti araşdırılmalı, ölçü götürülməlidir. Yoxsa, 15 milyondan artıq rezervi olan Dillər Universitetinin boş qalmış büdcəsini Kamal Abdullanın Dilçilik İnstitutundakı 2 milyonluq «uğurlu əməliyyatı» kimi qiymətləndirəcəklər.
İstənilən halda dövlətin pulunu talayıb insanları qəsdən dövlətə, dövlət başçısına qarşı qaldırmağın ayrıca bir cəzası olacaq. Qeyd edək ki, Yaxın aylarda ixtisara düşəcək olan yüzlərlə narazı kütlə ölkə başçısı Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməkdən başqa çıxış yolunu görmürlər… Onlar artıq həmin müraciətin KİV-də dərc edilməsinə hazırlaşdıqlarını da gizləməyiblər. Müraciətin əsas məqsədi dövlətin qanunlarını öz istəyi kimi quraraq büdcəni mənimsəyən, dəbdəbəli həyat tərzi quran rektor Kamal Abdulla haqqında ciddi ölçü götürülməsini dövlət başçısından xahiş etmələridir. //Hakimiyyet.com//

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər