Gündəm
Gündəm / Siyasət
“Ermənistanda yaranmış vəziyyətə baxmayaraq 10 noyabr bəyanatı icra ediləcək” - Prezident İlham Əliyev
"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
"Ermənistanda böhranlı vəziyyət hökm sürür. Biz heç bir ölkənin daxili vəziyyətinə qarışmırıq. Noyabr ayının 10-da imzalanan bəyanatın müddəaları icra edilir və edilməlidir. Ermənistanda yaranmış vəziyyətə baxmayaraq icra ediləcək. Əks təqdirdə Ermənistan daha ağır vəziyyətə düşəcək. Onlar yeni reallıqlara barışmalıdırlar” - deyə, Dövlət başçısı bildirib.