Gündəm
Gündəm / Hadisə
Avtomobillə vurulan Sumqayıt sakini xəstəxanada ölüb
Avtomobillə vurulan Sumqayıt sakini iki gün sonra ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, fevralın 22-də şəhərin İnşaatçılar küçəsində "Mercedes” markalı avtomobil yolu keçən Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Əliyev Muradəli Kərəm oğlunu vurub.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 49 yaşlı piyada iki gün sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.