Gündəm


"Milli Məclisin sədri Sahibə Qafarova özündən əvvəlki spikerlərin səhvini təkrarlayır. Fikrimcə, spiker hər deputatın çıxışındakı etiraza reaksiya verməli deyil”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. Politoloq bildirib ki, bugünkü plenar iclasda deputat Azay Quliyev döyüş bölgəsində qulluq edən hərbi qulluqçulara ikiqat pul verilməsindən və yaranmış yeni situasiya ilə əlaqədar ödənişlərin fərqli şəkildə həyata keçirilməsindən bəhs edib: "Bu mövzu deputatlarla yanaşı sıravi vətəndaşları da narahat edir, çoxluğun fikri belədir ki, ağır şəraitdə qulluq edən həbrçilərin maaşlarını azaltmaq olmaz. Sahibə Qafarova isə Azay Quliyevin çıxışına belə reaksiya verib ki, "Hazırda Qarabağ döyüş bölgəsi deyil”. Necə yəni döyüş bölgəsi deyil? Məgər Dağlıq Qarabağdakı separatçıları tam tərksilah etmişik? Hərbçilərimiz 10 noyabdan sonra bir neçə dəfə anti-terror əməliyyatları həyata keçiriblər, itkilər vermişik və yeni toqquşmalar istisna deyil. Qarabağda qulluq edən hərbçilərimiz gələcəkdə də separatçıları təksilah edəcək və bu zaman mina risqi ilə üz-üzə qalacaqlar”.

Elxan Şahinoğlu qeyd edib ki, deputat Fazil Mustafa plenar iclasda bir başqa mövzuya toxunub. Belə ki, millət vəkili ölkədə idman zallarının açılması məsələsini ən ali tribunadan qaldırdıqlarını deyib: "Dəfələrlə də bu məsələni qaldırmışıq, amma reaksiya verən yoxdur. Bu yerlərdə çalışan əhali dolana bilmir. Artıq əhali arasında yoxsullaşma gedir. Heç olmasa, cavabdeh qurumlar çıxıb desin ki, istəyirik əhali yoxsullaşsın, istəmirik idman zalları açılsın, məqsədə uyğun deyil. Reaksiya versinlər. Biz məsələni burada qaldırırıq, burada da qalır”. Spiker Sahibə Qafarova isə Fazil Mustafaya deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələyə münasibət bildirib: "İdman zallarının açılmamasının səbəbi pandemiyadır”. Yəni spiker deputata dolayısı ilə irad bildirib ki, Operativ Qərargah vəziyyəti sizdən yaxşı bilir.

Politoloq əlavə edib ki, insanları metronun niyə açılmaması da narahat edir, çünki avtobuslar dolub-daşır və yerüstü nəqliyyat vasitələri virusun yayılma mənbəyinə çevrilib. Məgər Operativ Qərargah bunun həll yolunu tapıb?

"İddia etmirəm ki, spiker hər çıxış edən deputatın sözlərinə haqq qazandırmalı və ya susmalıdır. Ancaq spiker həm parlamenti, həm də parlamentdə olan deputatları təmsil edir. Spiker qaldırılan hər iki məsələdə daha konstuktiv mövqe ortaya qoya bilərdi, yəni həm hərbçilərin maaşlarının niyə fərqli hesablandığını, həm də virusla bağlı yeni açılmaların olub-olmayacağını aydınlaşdırmaq üçün müvafiq qurumların təmsilçilərini parlamentə dəvət edə bilər ki, deputatların suallarına cavab versinlər”, – deyə Şahinoğlu fikirlərini tamamlayıb.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər