Gündəm

"İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu..." - GİLEY
 
 
 
 
 
 
Şəmkir rayonunun Ağlavaşlı kəndində yaşayan Qarabağ müharibəsi veteranları bələdiyyə sədrindən və icra başçısından narazıdır. Deyirlər ki, əkinçiliklə məşğul olmaq üçün torpaq sahəsi icarəyə götürmək istəsələr də, onlara imkan verilmir. DİA.AZ-ın məlumatına görə, 47 yaşlı Naib Həsənov deyir ki, özü Birinci Qarabağ Müharibəsində, oğlu Qafur da İkinci Qarabağ Müharibəsində ölkənin ərazi bötövlüyü uğrunda döyüşüb. Kənddəki əksər ailələr kimi, onlar da dolanışıqda maddi baxımdan əziyyət çəkirlər. Ona görə də Ağlavaşlıdan olan digər Qarabağ müharibəsi veteranları ilə birlikdə qərara gəliblər ki, icarəyə torpaq götürüb, əkin-biçinlə məşğul olsunlar:

"Vəziyyət yaxşı deyil, əməlli-başlı ehtiyac içində yaşayırıq. Dolanışığımızı təmin eləmək üçün əkinçiliklə məşğul olmağı qərarlaşdırdıq. Əkinçiliklə məşğul olmaq üçün də torpaq lazımdır axı... Əvvəl 10 nəfər müharibə iştirakçısı toplaşıb, icarəyə torpaq götürmək üçün bələdiyyəyə müraciət elədik. Sonra sayımız artdı, 17 nəfər olduq. Aramızda müharibədə əlil olanlar da vardı”.

Naib Həsənovun sözlərinə görə, Ağlavaşlı Kənd Bələdiyyəsindən rədd cavabı alıblar. O iddia edir ki, bələdiyyə sədri Elşən Mehdiyev icarəyə torpaq ayrılması üçün pul istəyib. Tələb olunan vəsaiti verə bilmədiklərinə görə Qarabağ müharibəsi veteranlarına torpaq sahəsi ayrılmayıb: "Bizim kənddə bələdiyyənin mülkiyyətində 700 hektar torpaq sahəsi var, amma vermir. 22 ildir bələdiyyə sədridir, ondan əvvəl də 10 il kolxoz sədri işləyib. Nə istəyir, onu da eləyir. Kəndin nəyi varsa, onun sərəncamındadır. Kommunizm vaxtında yerin altından keçən borulara qədər satıblar. Torpaq sahələrini özünə yaxın olanlara paylayır. Deyir ki, "torpağın hektarı 2500-3000 mindir”. Açıq-açığına bildirir ki, "bələdiyyə sədri olmaq havayı deyil, hər dəfə 5 il üçün mən də pul verirəm, onu çıxarmalıyam”. Aramızda elə yoldaşlarımız var ki, təhqir edir...”

İcarəyə torpaq götürmək üçün müraciət etmiş müharibə veteranlarından 48 yaşlı Yalçın Rzayev deyir ki, bələdiyyə sədrinin qanunsuz tələblərinə görə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Mehdiyev onu təhqir edib: "Məni "vətən xaini” adlandırır. Halbuki, onun kimilərin harada olduğu bilinməyəndə mən həyatımı təhlükəyə atıb, bu ölkə uğrunda vuruşurdum. Mənim dörd övladım var, ailəmi necə dolandırım? Nə istəyirik, deyirik ki, hamı kimi, bizə də icarəyə torpaq ayrılsın, əkib-biçək, birtəhər dolanaq. Heç kimin şəxsi əmlakını istəmirik ki. Özü qardaşları ilə birlikdə 100 hektara qədər ərazini götürüb. Canımızla qoruduğumuz torpaqlardan bir hissə bizə verilmir ki, dolanaq”.

Yalçın Rzayev "vətən xaini” ittihamına görə də hüquq-mühafizə orqanlarına şikayət edib.

Bələdiyyə sədrindən rədd cavabı alan veteranlar Şəmkir Rayon İcra Hakimiyyətinə üz tutublar. İcra başçısı Alimpaşa Məmmədovla görüşsələr də, məyus qayıdıblar.

"İcra hakimiyyətinə bir neçə dəfə getmişik. Xeyri olmadı. İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu...”, - Naib Həsənov belə deyir.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər