Gündəm

PAŞİNYANI ÖLDÜRMƏK İSTƏYİRLƏR...
Ermənistanın baş naziri Nikol Paşinayana qarşı sui-qəsd həyata keçirildiyinə dair xəbər yayılıb, hətta yaralandığını bildirilib. Ancaq xəbər təsdiqini tapmayıb, Rusiya və Ermənistanın xəbər saytları bu barədə heç bir informasiya yaymayıblar.

Politoloq Elxan Şahinoğlu bildirir ki, sui-qəsd xəbər təsdiqini tapmasa belə, Ermənistanın radikal müxalifətinin faktiki Paşinyanı öldürməyə səsləməsi sirr deyil.

"Müxalifətin baş nazir kimi irəli sürdüyü Vazgen Manukyan 20 fevral mitinqindəki çıxışında ordunu və polisi çevrilişə səsləyirdi. Çevriliş planı hazırlayanlar rəsmiləri öldürməyə də hazır olmalıdırlar. Paşinyanı parlamentdə və meydanda istefaya məcbur edə bilmədilər, demək yerdə qalır sonuncu variant: Sui-qəsd,”- deyə, ekspert vurğulayıb.

Şahinoğlu qeyd edir ki, ermənilərin terror təcrübəsi böyükdür, başqalarıyla yanaşı özününküləri də öldürmək təcrübəsinə malikdirlər: "Ermənistan parlamentinin gülləbaran edilərək spikerlə baş nazirin öldürülməsi yaxın tarixin səlnaməsidir. Odur ki, Paşinyanın da bir gün fiziki cəhətdən neytrallaşdırılması ehtimalı az deyil”.

Politoloq vurğulayır ki, Nikol Paşinyan sui-qəsd nəticəsində qətlə yetirilərsə, Ermənistanın qarışacağı aşkardır: "Ermənistanda Paşinyanı devirmək istəyənlərlə yanaşı onu dəstəkləyənlər də az deyil. Odur ki, Paşinyanı öldürsələr, onun tərəfdarları ilə suiq-qəsdçilər üz-üzə qalacaq, Ermənistanda vətəndaş müharibəsi ehtimalı artacaq. Paşinyan sui-qəsd nəticəsində öldürülərsə, müxalifət müvəqqəti hökumətin formalaşmasını tələb edəcək. Çünki seçki keçirilsə, Paşinyana dəstək verənlər onun ardıcılarına səs verəcək və müxalifət yenə hakimiyyətə gələ bilməyəcək. Müxalifət indiki vəziyyətdə seçki istəmir, çevriliş istəyir”.

E. Şahinoğlunun sözlərinə görə, hadisələrin bu istiqamətdə inkişafına Kreml seyrçi qalmayacaq. "Moskva mümkün sui-qəsddən sonra Ermənistanda yeni hakimiyyətin formalaşdırılmasında birbaşa iştirak edəcək ki, vassalı dağılmasın. Ancaq Kreml üçün bu asan olmayacaq. Çünki Qərb də Ermənistandakı mümkün xaosda maraqlarını təmin etməyə çalışacaq. Ermənistan xaosa yuvarlansa belə, Kreml İrəvandakı qüvvələri 10 noyabr və 11 yanvar bəyanatlarından kənara çıxmasına imkan verməyəcək. Yəni xaosu yaradanlar müharibənin nəticələrini dəyişə bilməyəcək, kommunikasiya xətlərinin açılmasına mane ola bilməyəcəklər. Əksini etsələr özlərinə əlavə problemlər yaradacaqlar ki, bu ssenariyə də hazır olmalıyıq. Ermənistan xaosa yuvarlanacağı halda, Azərbaycan Dağlıq Qarabağda təsir imkanlarını artırmaq planını hərəkətə gətirməlidir”.

"AzPolitika.info”

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər