Gündəm


Novxanıda yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbdə baş verən hicab qalmaqalı artıq bir neçə gündür ki, müzakirə olunmaqdadır. Xatırladaq ki, iddialara görə, adıçəkilən məktəbdə direktor Taliyə Mirzəyeva hicabla gələn şagirdləri dərsə buraxmayıb, onların başlarından hicabını zorla açıb. Məktəb direktoru isə mətbuata açıqlamasında qeyd edib ki, şagirdlərin başından hicabı zorla açmayıb, ilk növbədə bu barədə onların valideynləri ilə söhbət aparıb.

Hər halda, bu mövzu artıq uzun illərdir ki, zaman-zaman ortaya çıxaraq, geniş müzakirələrə yol açır. Bir çoxları Azərbaycan qanunlarında məktəbə hicabla gəlməyin qadağan olunmadığını qeyd edir, digər qisim isə məktəblilərin, xüsusən də ibtidai sinifdə təhsil alan şagirdlərin başlarını bağlamasının yolverilməz olduğunu qeyd edir

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat”a danışıb:

"Hazırda ölkədə 4447 ümum orta təhsil məktəbində təhsil alan 1,6 milyon nəfər şagirdin hər biri vahid məktəbli geyimindən istifadə edir. Lakin burada hər bir məktəbin özünün forması olması tövsiyə olunur. Amma bir məsələ də var ki, hər bir məktəbin kontingenti o qədər çox deyil ki, davamlı sifarişlər olsun. Ona görə də Bakıda və digər bölgələrdə olan məktəblərin şagirdləri Bakı Tikiş Evinin istehsal etdiyi geyimlərdən istifadə edir.

Azərbaycan Konstitusiyasında, istərsə də 2009-cu və 2020-ci ildə qəbul edilmiş "Təhsil haqqında” Qanunda məktəbli formasında hicab nəzərdə tutulmayıb. Lakin bu qadağan da edilməyib. Qanunvericilikdə hər bir kəsin vahid geyim formasından istifadə etməsi tövsiyə edilir. Hər bir məktəb öz geyim formasını müəyyənləşdirərkən, burada mütləq nəzərə almalıdır ki, müxtəlif dini nümayəndələr də övladlarını məktəbə göndərə bilər. Konstitusiyada qeyd olunur ki, hər bir kəs öz dini seçimini etmək hüququna malikdir. Tutaq ki, məktəblərə və yaxud universitetlərə hicabla girişi qadağan etdik. Bu halda həmin şəxsin qanuni hüququ olan təhsil alma hüququ məhdudlaşdırılır. Bəs bunun həlli yolu nədir? Azərbaycan tolerant dövlətdir. Hər bir kəs ibadət və din seçmək hüququna malikdir. Bildiyimiz kimi ölkə Prezidenti, cənab Ali Baş Komandan, eləcə də Birinci xanım, birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə gedəndə ilk növbədə dini məbədləri ziyarət etdi. Hətta Mehriban Əliyeva dini məbədləri ziyarət edərkən başını örtdü. Yəni dövlətimizin dinə münasibətini dövlət başçımızın nümunəsində görmək olur.

Beləliklə, məktəblərə hicabla gəlmək məsələsini artıq həll etməliyik. Bir neçə gün bundan əvvəl məlum hadisə baş verdi. Bundan əvvəl də bu cür hadisələr yaşanmışdı. Məktəb rəhbərliyinin məktəbə gələn şagirdin başından hicabını açması ən yanlış yanaşma tərzidir. Hər tədrisin əvvəlində orta təhsil müəssisələri növbəti tədrisdə məktəbli formasını müəyyənləşdirəndə pedaqoji şurada müzakirə gedir və növbəti tədris ilində müəyyən geyim eskizindən, geyim nümunələrindən istifadə olunur. Geyim nümunələrindən biri də hicabdır. 2011-ci ilə qədər məktəblərdə nəinki hicab, hətta çarşabla gəlmək halları var idi. İndi isə hicab bağlayanlar dövlətin qəbul etdiyi məktəbli formasından istifadə edir".

Ekspert bir daha vurğulayıb ki, Azərbaycanın heç bir qanunvericilik aktı məktəblərə hicabla girişə məhdudiyyət qoymur, lakin bəzi məsələlər nəzərə alınmalıdır: "Burada baş örtüklərinin rəngi məsələsi də var. Məsələn, dövlət tərəfindən müəyyənləşdirilir ki, məktəblinin geyim forması qara və yaxud göy şalvar, yubka, ağ köynək olsun. Bu zaman baş örtüyü, hicablar hansı rəngdə olmalıdır? Təbii ki, məktəbli geyiminə uyğunlaşmalıdır. ”Təhsil haqqında” Qanunda da deyilir ki, məktəbli forması diqqət yayındırmamalıdır. Yəni onun geyimi normal tədrisin gedişinə mane olmamalıdır. Məsələn, parlaq, rəngli geyimlərdən istifadə olunacaqsa, istər-istəməz bu digər şagirdlərin diqqətini cəlb edə bilər. Ona görə də hər tədris ilinin əvvəlində burada məktəbli forması müəyyənləşdiriləndə onun rənginə uyğun məktəblinin hicabı da müəyyənləşdirilməlidir. Məsələn, qəbul imtahanlarında 700 bal toplayanlar arasında kifayət qədər hicablı qızlar var.

Sadəcə, qanun deyir ki, diqqəti cəlb edən və tədrisin normal gedişinə mane olmayan geyimlərdən istifadə olunmalıdır. Yəni "qısa geyinənləri məktəbə qoymayaq” kimi bir qanun da yoxdur. Məsələn, dövlət tərəfindən müəyyənlədirilmiş geyim forması ola bilər ki, kiminsə boyu uzananda geyimi artıq ona qısa qala bilər. Biz məhdudiyyət deyəndə nəyi nəzərdə tuturuq? Əgər şagirdin qısa geyimi normal tədrisin gedişinə mane olursa, diqqət cəlb edirsə, bu zaman birmənalı şəkildə şagird həmin tədris müəssisəsindən kənarlaşdırılır və o, geyimini dəyişib, məktəbə gəlir. Yəni müəyyən standartlar var".

Kamran Əsədov qeyd etdi ki, orta məktəblərdə hicabla bağlı məhdudiyyət olmasa da, universitetlər geyimlə bağlı hər hansı qadağanı qoymaq hüququna malikdir:

"Orta məktəblərdə olmasa da, ali məktəblərdə geyimlə bağlı məhdudiyyətlər qoyula bilər. Çünki ali məktəblərin muxtariyyəti var və elmi şura tərəfindən həmin müəssisədə daxili intizam qaydası müəyyənləşdirilir və təbii ki, konstitusiya hüquqları məhdudlaşdırılmamaq şərti ilə tətbiq edilə bilər. Məsələn, 2017-ci ildə Türkmənistanda, 2018-ci ildə isə Özbəkistanda ümumiyyətlə təhsil müəssisəsinə hicabla girmək qadağan edilib. Və yaxud Amerikada məktəblərin 18 faizində məktəblərə hicabla gəlinməsinə icazə verilir. Azərbaycanda isə belə bir problem yoxdur. Yəni şagird məktəbli forması geyinib, başını bağlayıb, məktəbə gələ bilər. Yəni heç bir halda şagirdlər hicab taxdığına görə məktəbdən uzaqlaşdırıla bilməz”.

K.Əsədov ibtidai sinifdə oxuyan azyaşlı qızların hicabla məktəbə gəlməsinə də münasibət bildirib:

"Hər kəs dini seçimini özü etməlidir. Lakin etiraf edək ki, ibtidai sinifdə hicabdan istifadə edən şagirdlərimiz özləri bu seçimi etmir. Bu, onların valideynlərinin seçimidir. Əlbəttə ki, ibtidai sinifdə oxuyan şagirdin hicab, din barəsində o qədər anlayışı yoxdur və bunu tam dərk etmir. Qafqaz Müsəlmanları İdarəsi də qeyd edir ki, dini bayramlara, mərasimlərə azyaşlı uşaqların gəlməsi yolverilməzdir. Amma həmin uşaqlar məktəblərə gedə bilirlər.

Düşünürəm ki, şagirdlərin ibtidai siniflərdə deyil, 5-ci sinifdən sonra hicab taxması daha doğru olardı. Məktəblərdə apardığımız monitorinqlər zamanı da müşahidə etmişik ki, ibtidai siniflərdə hicab istifadə edənlərin bəziləri müəyyən yuxarı siniflərdə hicabdan istifadə etmir. Yəni hesab edirəm ki, bunu hər kəsin öz seçiminə buraxmaq lazımdır.

Daha bir məsələ. Azərbaycanda digər dinlərin, o cümlədən xristianların, dağ yəhudilərinin nümayəndələri də var. Onların da geyim məsələsi var. Ümumiyyətlə, konstitusiyada, "Təhsil haqqında” Qanunda deyilir ki, məktəblər, təhsil müəssisələri dini mərkəz ola bilməz, onların təbliğatı aparıla bilməz".

Son xəbərlər

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

ABŞ İsraili müdafiə etməyə hazırdır - Lloyd Ostin

"Sülh müqaviləsinin imzalanmasında maraqlıyıq” - Tokayev

Nazir Ermənistanın mədəni irsimizi məhv etməsindən danışdı

Büdcə pulları YOXA ÇIXIR... başçının umrunda da deyil... - AXI NİYƏ?

Oğluna 120 min dollarlıq maşın alan, bacısı oğluna vəzifə verdirən müavin yenidən gündəmdə - İLGİNC

Minlərlə taksi şoferini işsiz qoyan üç məmur üzə çıxdı

Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi - DETALLAR

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb

Avstraliyada ticarət mərkəzinə hücum: Ölənlər və yaralananlar var

Xarkovun Hərbi administrasiya rəhbərinin müavini: Vilayət işğaldan azad edilib

Bazar günü Bakıda 21 dərəcə isti olacaq

Kursantlara 100 manat təqaüd, ailə üzvlərinə 200 manat maddi yardım

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etmədi

Xalq yazıçısı Çingiz Abdullayevin son durumu açıqlanıb

Mübariz Mənsimov və oğlu məhkəməyə verildi

Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər təxliyə olunub

Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub

Bütün xəbərlər