Gündəm

Bütün müəllimlərin peyvəndlənməsi vacibdir - AKTUAL
 
 
 
 
 
 
 
 
 
Paytaxtda 82 saylı tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məlumat verib. O bildirib ki, 82 saylı tam orta məktəbin bir nəfər I sinif şagirdinin, bir nəfər ibtidai sinif və bir nəfər ingilis dili müəlliminin COVID-19 testi pozitiv çıxıb:

"Bu səbəbdən Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb”.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən "Press Klub”a verilən məlumata görə, paytaxt məktəblərində hazırda 410 mindən çox şagird əyani dərslərə cəlb olunub. Paytaxtın ümumi təhsil müəssiələrində əyani formada dərslər bərpa edildiyi müddət ərzində davamiyyət 85-95 faiz arasında dəyişir. Məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı epidemioloji vəziyyət nəzərə alınmaqla müəyyən olunur. Məktəblərdə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinif yarımqruplara bölünür. Valideynin övladının distant və ya ənənəvi qaydada tədrisə cəlb edilməsi ilə bağlı seçim etmək imkanı var.

Təhsil eksperti Kamran Əsədov məsələyə münasibət bildirərkən öncə qeyd etdi ki, fevralın 1-dən etibarən tədris prosesi bərpa ediləndə məktəblərdə istər şagirdlər, istərsə də texniki işçilər və müəllimlər arasında yoluxma hallarının olacağı gözlənilən idi:

"Bu, bizə 2020-ci ilin sentyabr 15-dəki təcrübədən də tanış idi. Amma müqayisə aparsaq, görərik ki, ötən il sentyabrın 15-də dərslər bərpa ediləndən sonra 20 gün ərzində 9 məktəbdə və 30-a yaxın sinifdə yoluxma halları baş verdiyinə görə distant təhsil formasına keçilmişdisə, amma Azərbaycanda hal-hazırda 20 günə yaxın müddət ərzində dərslər davam edir və yalnız bir məktəb yoluxma səbəbindən distanta keçib, orada isə 3 yoluxma faktı var. Yoluxma sayı narahatlıq doğuracaq səviyyədə deyil”.

Əsədovun sözlərinə görə, heç bir halda tədrisin yoluxma səbəbindən məhdudlaşdırılması tövsiyə olunmur:

"Birincisi, bu, yoluxmuş şəxslərin məktəbdən kənarda bu halla qarşılaşması və təhsil müəssisələrinə daxil olanda virusun digər şəxslərə yoluxması ehtimalı ilə bağlıdır. Hesab edirəm ki, biz mütləq bu məsələni nəzərə almalıyıq. Bu hal şagirdlər arasında baş verərsə, digər şəxslərə də keçmə ehtimalı olacaq. İkincisi, əgər həmin şəxsləri cəmiyyətdən ayırmasaq, digər şəxslər də yoluxacaq”.

Ekspertin fikrincə, təhsilin dayandırılması məqəsədəuyğun deyil:

"Ona görə ki, birincisi, bu, yoluxmuş şəxslərin müəyyənləşdirilməsinə çətinlik yaradacaq. İkincisi, insanların yoluxmuş vəziyyətdə cəmiyyətdə gəzməsinə imkan verəcək”.

Əsədov hesab edir ki, tədris müəssisələri fəaliyyətini davam etdirməlidir:

"Bu zaman həmin yoluxmuş şəxslər müəyyənləşdirilib cəmiyyətdən təcrid ediləcək. Yeganə mübarizə vasitəsi tədris prosesini davam etdirməkdir. Yoluxmalar olduğu təqdirdə, həmin əraziləri lokal şəkildə bağlamaq lazımdır. Ümumi olaraq bütün təhsil müəssiələrini bağlamağa ehtiyac yoxdur”.

Pediatr Aytən İsmayılzadə bildirdi ki, virusun şagird və müəllimdə aşkarlanması onların virusa məktəbdə yoluxması demək deyil:

"Ola bilər ki, onlar məktəbdən kənarda yoluxublar. Bundan sonra da şagird və müəllimlər kənarda yoluxub məktəbə gələ bilərlər”.

Pediatr hesab edir ki, müəllimlərin peyvəndlənməyə cəlb olunması vacibdir:

"Müəllimlər peyvəndlənməyə cəlb olunsunlar, risk qrupuna daxil olan müəllimlər işə çıxmasınlar. Bu tip tədbirlər görülə bilər. Məktəblərin fəaliyyətinin dayandırılması çarə deyil. Virus onsuz da bizimlə olacaq. Bu virusun tamamilə aradan qaldırılması üçün hamının peyvəndlənməsi, peyvəndin də 98 faiz effektiv olması lazımdır. Hələ hamı peyvəndlənə bilmir. Tam peyvəndlənmə prosesi başa çatana qədər risk qrupuna daxil olan insanların işə çıxması qadağası olmalıdır. Kimlərin temperaturu yüksək və xəstədirsə, onlar işə çıxmasın”.

Əczaçı həkim Müşfiq Hüseynov isə dərslər başlamazdan əvvəl bununla bağlı müzakirlərdə iştirak etdiyini söylədi:

"Hələ dərslər başlamazdan əvvəl demişdim ki, hər hansı bir məktəbdə tədrisin davamlı olması üçün həkimlər kimi, müəllimlərin də mütləq şəkildə peyvəndlənməsi vacibdir. Çünki müəllimlər ictimai nəqliyyatdan daha çox istifadə edirlər. İndiki halda ictimai nəqliyyatdakı vəziyyət göz qabağındadır. Metronun bağlı olması avtobusların aşırı dərəcədə yüklənməsinə səbəb olur. 82 nömrəli məktəbdə tədris prosesinin dayandırılmasının başlıca səbəbi də məhz budur. Uşaqlar arasında yoluxma faktlarının artması o qədər də təhlükəli deyildi, çünki uşaqlar bu virusu ya simptomsuz, ya yüngül keçirir, ya da ümumiyyətlə, heç keçirmirlər. Yaşı 50-dən yuxarı olan müəllimlər üçün daha çox risk var idi. Mən o vaxt da demişdim, indi də eyni fikirdəyəm ki, müəllimləri xüsusi risk qrupuna aid olan vətəndaşlarla eyni vaxtda peyvəndlənməyə cəlb etmək lazım idi”.

Həkim hesab edir ki, yuxarı sinif şagirdlərinin dərsləri onlayn şəkildə keçirilə bilərdi:

"Onların məktəbə getmələrinin heç bir mənası yox idi. Belə bir vəziyyətdə bütün məktəblər təhlükə qarşısındadır. Nəticəsini isə yaşayıb görəcəyik. Ölkədə peyvəndlənmə prosesinin başlanmasına baxmayaraq, bir çox insanlar hələ də peyvənd olunmaq istəmirlər. Peyvəndlənmə məcburi deyil, könüllü olduğundan imtina edən insanlar da az deyil. Bununla insanlar nəinki özlərini, hər kəsi riskə atmış olurlar. Həmin insanlar peyvənd olunmamaq üçün min cür bəhanələr uydururlar. Mən burada peyvəndlənməyə dair aparılan PR işlərini yetərsiz hesab edirəm. Hər kəs peyvənd olunmayacaqsa, bu, mütləq qaydada üçüncü dalğanın baş verməsi ilə nəticələnəcək. Çünki ikinci və üçüncü dalğanın ortasında olan zaman kəsiyi ərzində mümkün qədər daha çox vətəndaşımızı peyvəndə cəlb etmək lazım idi. Onu isə görmürük. Hətta həkimlər arasında da peyvənlənməmiş vətəndaşlarımız var. İstər məktəblər, universitetlər, istərsə də dövlət qurumları olsun, hər kəs birmənalı şəkildə özünü qorumalıdır. Hər kəs mütləq qaydada peyvəndlənməlidir. Bundan qorxmaq, çəkinmək lazım deyil. Bu, düşdüyümüz vəziyyətdən sürətli və daha az itkisiz çıxmaq üçün yeganə şərtdir”.

Son xəbərlər

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

Bütün xəbərlər