Gündəm

Elşad Abdullayev yenidən peyda olub... - NƏ BAŞ VERİR?
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycandan qaçaq düşüb Fransada "oturan", ölkənin ayrı-ayrı şəxslərinə və milli maraqlara qarşı hədyanlar deyən ABU rektoru, saxta hüquq professoru Elşad Abdullayev son günlər aktivləşməyə meyl edir.
"Demokratik.Az" saytının ötən həftə dərc etdiyi Elşad Abdullayev ABU-nun Moskva filialının əmlakını erməni diasporasına satmaq istədi sərlövhəli xəbərin mahiyyəti də bunu deyir və adıçəkilənin var-dövlətə nə dərəcədə aludə olduğunu, təhsili və millətini deyil, həmişəki kimi yenə yalnız öz şəxsi cibini düşündüyünü isbat edir.
Onu da xatırlatmaq yerinə düşər ki, yerli media məkanında "Elşad Abdullayev İnterpolun qırmızı buletenindən çıxarılıbmı?" başlıqlı məlum xəbər yayıldıqdan sonra, 2007-ci ildə Azərbaycan Beynəlxalq Univeristetinin (Hazırda fəaliyyəti dayandırılıb) rektoru, barəsində Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 137.3-cü maddəsi ilə başlanmış cinayət işinə baxmayaraq Azərbaycandan qaçaraq Fransa dövlətində gizlənən 15.09.1954-cü il təvəllüdlü Elşad Abdullayev ciddi narahat olmağa da başlayıb.
Elşad Abdullayevlə bağlı redaksiyamıza əlaqə saxlayaraq onun əməlləri haqqında geniş məlumat verən Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayan Rzayev Fuad Firidun oğlunun fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetinin sabiq rəhbəri Elşad Abdullayevlə bağlı açıqladığı yeni bilgilərdə qeyd edilir ki, Abdullayev Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən başlatdılan cinayət işi ilə bağlı İnterpol tərəfindən qırmızı bültenlə hələ ki, axtarışa verilməyib.
Bu gün redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, Elşad Abdullayev yayılan informasiyalardan bərk narahat olaraq Fuad Rzayevin müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdrəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fazil Zərbəliyevin, eyni zamanda DİN-nin Baş Cinayət axtarış İdrəsinin rəisi Arzu Daşdəmirovu hədəfə almağa başlayıb.
Belə ki, Elşad Abdullayev yayılan səs yazısında Arzu Daşdəmirovu hədəf alaraq onun niyə və hansı əsasla Fuad Rzayevin DİN-nə ünvanladığı müraciətinə cavab verdiyini bildirir və bəyan edir ki, o Parisdə rahat şəkildə yaşayır. Yayımlanan səs yazısında "Bax mən bu gün Parisdə İnterpolun şöbəsi ilə üz-üzə binada yaşayıram. Hər gün də onlarla görüşürəm, qaçıb gizlənməmişəm də. İki sayt,iki də "YouTub" kanalı işlədirəm.Bir hüquq-müdafiə təşkilatında da işləyirəm. Vəkillik Kursunu da qurtarmaq üzrəyəm. Tuta bilirsiniz gəlin tutun" - deyən Elşad Abdullayev Arzu Daşdəmirovu hədəfə alaraq müxtəlif formada hətta şantaj belə edir.

Yayılan səs yazısı ilə bağlı adı hallanan Fuad Rzayevlə əlaqə saxladıq. Fuad Rzayev Demokratik.Az-a bildirdi ki, bu Elşad Abdullayevin ilk səs yazısı deyil və sosial şəbəkələrdə onun müxtəlif formalarda şantajedici səs yazıları vardır: "Bir təfəri baxanda Elşad Abdullayev düz deyir. O həqiqətən də Parisdə İnterpolun şöbəsinə yaxın ərazidə yaşayır və Azərbaycan Respublikası tərəfindən beynəlxalq axtarışa verilməsinə baxmayaraq, əlini-qolunu sallayaraq rahat şəkildə gəzir. Belə olduqda da o əlbət də Azərbaycanın hüquüq-mühafizə orqanlarını şantaj edəcək. İstənilən halda Elşad Abdullayev Azərbaycana gətirilməlidir ki, bu şəkildə bəyanatlar verə bilməsin".
Moskvada yaşayan Fuad Rzayev eyni zamanda bildirdi ki, Elşad Abdullayev bilir ki, Azərbaycan tərəfi onunla bağlı müəyyən addımlar atmağa başlayıb. Bu sinqnal ona çatıb: "Bir şeyi qeyd etməliyəm ki, Moskvada Elşad Abdullayev oğlu Elşən Abdullayevin vasitəsi ilə əgər univeristetin binasın qanunsuz şəkildə erməni diasporasına satmağa cəht edə bilirsə, eyni zamanda oğlunun əli ilə ermənilərə 4 milyon 5 yüz min rubl ( 65 dollar) natariat qaydasında ödəyə bilirsə, bu adamdan nə desən gözləmək olar. Elşad Abdullayev özü dəfələrlə Azərbaycanın rəhbərliyini müxtəlif formalarda təhqir edib və onlarla yalan-böhtan atıb. İndi bu adam özünü bu şəkildə apasrırsa, deməli canına qorxu düşüb" - deyə F.Rzayev bildirib.
Onu da bildirək ki, Moskvada yaşayan jurnalist Ramiz Mikayılov ötən gün yayımladığı videomüraciətdə Azərbaycanın yuxarı rəhbərliyindən ABU-nun Moskvada yerləşən filialının binasına sahib çıxmağı, sabiq rektorun qanunsuz yollarla ələ keçirmək istədiyi əmlakları dövlətə və millətə qaytarmağı xahiş edib.
Məlumata görə, sabiq rektor özü və övladı Rusiya paxtaxtında dəyəri milyonlarla ölçülən mülklərə və daş-qaş biznesinə sahibdirlər. E.Abdullayevin varlanmasına səbəb kimi onun ABU rektoru olarkən rüşvət və korrupsiya yolu ilə mənimsəmələr etməsi göstərilir. Aydın olur ki, mühacir Abdullayev hələ də Moskvada qeyri-qanuni yollarla varlanmaqla məşğul olur...
Mövzu diqqətimizdədir...
Demokratik.Az
 
Elşad Abdullayev yenidən peyda olub... - NƏ BAŞ VERİR?
 
 
 
 
 
 
 
 
 
 
Elşad Abdullayev yenidən peyda olub... - NƏ BAŞ VERİR?
 
 
 
 
 
 
 
 
 
 


 
 

Elşad Abdullayev yenidən peyda olub... - NƏ BAŞ VERİR?

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Bütün xəbərlər