Gündəm

SON DƏQİQƏ: Martda yenidən sərt karantin rejiminə keçə bilərik - Səbəb açıqlandı

 

Həkim: "Əgər Azərbaycanda Britaniya ştammı tapılarsa...”

Covid-19-a yoluxma sayı dünyada hələ də ziqzaqvarı formada dəyişir. Biz bu materialı hazırlayan zamanda dünyada koronavirusa yoluxanların sayı 110 milyon 929 min 475 nəfər, bu virusdan ölənlər isə 2 milyon 454 min 516 nəfərdir.

Dünyada koronavirusa günlük yoluxma sayında ötən günlərlə müqayisədə bir qədər artım müşahidə edilir. Ölüm sayı da eyni qaydada, artım var. Belə ki, əgər ötən həftə günlük yoluxanların sayı 250-300 min olubsa, hazırda bu say 400 minə yaxındır. Eləcə də günlük ölüm 5-6 min olubsa, hazırda bu say 11 min 500 nəfəri keçib.

Lakin dünyada sürətli şəkildə koronavirusa qarşı vaksinasiya prosesi aparıldığı üçün hesab edilir ki, kollektiv immunitet və virusun özünün mutasiyaya uğraması nəticəsində bu bəladan qurtula biləcəyik.

Britaniyanın səhiyyə naziri hesab edir ki, bu ilin sonuna qədər COVID-19 qrip kimi vərdiş halına gələcək və müalicəsi nisbətən asan olacaq.  "Ümid edirik ki, COVID-19 ilin sonuna qədər müalicə edilə bilən bir xəstəliyə çevriləcək”, - deyə o bildirib. Onun sözlərinə görə, bu, yaxşılaşdırılmış müalicə protokolları, COVID-19-a qarşı effektivlik göstərən yeni dərmanların ortaya çıxması və kütləvi peyvəndlər sayəsində reallaşacaq. Nazir əlavə edib ki, nəticədə hər birimizin həyatını təsir edən pandemiyalardan olan COVID-19 qrip kimi yaşamağımız lazım olan növbəti xəstəlik olacaq.

Onu da bildirək ki, Azərbaycanda yoluxma sayı pik həddə çatmasa da, karantin rejimi davam edir. Hələ də fəaliyyətinə məhdudiyyət tətbiq edilən sahələr var. Ancaq bütün bunlar da yoluxmanın qarşısını tam ala bilmir. Paytaxtdakı 82 nömrəli tam orta məktəbin fəaliyyəti də müvəqqəti dayandırlıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb. Belə ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVİD-19 testi pozitiv çıxıb.

Bu səbəbdən Bakı şəhəri Nərimanon rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Adil Qeybulla ile ilgili görsel sonucu

Adil Qeybulla

Bir çoxları hesab edir ki, mart ayında Azərbaycanda növbəti dəfə sərt karantin rejimi tətbiq ediləcək. Buna əsas varmı?

"Yeni Müsavat”a danışan professor Adil Qeybulla hesab edir ki, hazırkı gedişat karantin rejiminin sərtləşdirilməsinə əsas vermir: "Əgər ölkəyə Britaniya ştammı gələrsə, o zaman sərt karantin barədə düşünmək olar. Lakin hələ ki, prosesdə stabilləşmə müşahidə edilir. Azərbaycanda son zamanlar metronun fəaliyyətinin bərpası, toylara icazə verilməsi məsələsi müzakirə edilir. İnsanlar istəyirlər ki, metro açılsın, toyların keçirilməsinə icazə olsun. Lakin heç kim karantin qaydalarının gözlənilməsinə toxunmur. Hesab edirəm ki, hələ metronun fəaliyyətinin bərpası, o cümlədən toylara icazə verilməsi tezdir. Biz müəyyən müddəti gözləməliyik”.

Adil Qeybulla da hesab edir ki, ilin sonuna qədər koronavirus adi hal ala bilər: "Koronavirus onsuz da hər il mövcuddur və qrip kimidir. Bu baxımdan düşünürəm ki, getdikcə Covid-19 virusu tamamilə zəifləyəcək”.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər