mumtv.az
mumtv.az

Harri və Meqanın kral ailəsindən ayrılığı rəsmiləşdi

Harri və Meqanın kral ailəsindən ayrılığı rəsmiləşdi
20-02-2021, 15:18 28 dəfə baxılıb

Harri və Meqanın kral ailəsindən ayrılığı rəsmiləşdi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Şahzadə Harri və xanımı Meqan Markl, İngiltərə kral ailəsindən ayrılığı dünən rəsmiləşib. Cütlüyün bir il əvvəl verdiyi ayrılma qərarı artıq rəsmi olaraq qəbul edilib.

"Qafqazinfo" xəbər verir ki, Bukingem Sarayından edilən açıqlamada, "Qərarları hər birimizi üzsə də, hersoq və hersoqinya ailənin sevilən üzvləri olaraq qalmağa davam edəcəklər",-deyə qeyd edilib. Qərarın birlikdə müzakirələrdən sonra, ancaq son sözü Kraliçanın deməsi ilə verildiyi qeyd olunub. Cütlük artıq krallıq ailəsinə aid imtiyazlardan istifadə edə bilməyəcək.

Xatırladaq ki, Harri və Meqan krallıq ailəsindən ayrılma qərarını keçən ilin yanvarında açıqlamışdı. Kraliça Elizabetlə müzakirələrdən sonra qərarın bir il sonra yenidən nəzərdən keçiriləcəyi planlaşdırılmışdı. Bir ilin sonunda cütlük Kraliçaya krallıq vəzifələrinə qayıtmayacaqlarını bildirib. Beləliklə, ayrılma rəsmiyyət qazanıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA