Gündəm

Milli Məclisin Gənclər və idman komitəsində növbəti görüş keçirilib
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Bu gün Milli Məclisin Gənclər və idman komitəsində şəhid ailəsi, Vətən müharibəsinin iştirakçıları və arxa cəbhədə xidmət göstərən gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.

Cebhe.info xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb.

Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 44 günlük Vətən müharibəsi zamanı şücaət göstərərək öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirib. 30 il müddətində Ermənistan işğalı altında olan əbədi və əzəli torpaqlarımız düşmən tapdağından azad edilib, tarixi ədalət bərpa olunub. Ermənistanın illərlə yürütdüyü işğalçılıq və təcavüzkarlıq siyasətinə birdəfəlik son qoyulub.

Vitse-spiker qeyd edib ki, Vətən müharibəsi zamanı bütün Azərbaycan xalqı ölkə başçısının "Biz birlikdə güclüyük” şüarını rəhbər tutaraq Prezidentimizin ətrafında bir yumruq kimi birləşib, düşmənə həm döyüş meydanında, həm arxa cəbhədə layiqli zərbələr endirərək Zəfər əldə edib.

Hərbi qulluqçularımızın, vətəndaşlarımızın öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsi xalqımızın qüdrətini bir daha dünyaya nümayiş etdirib.

Vətən müharibəsi zamanı gənclərimizin cəbhəyə dəstək aksiyalarında iştirakı, sosial şəbəkələrdə ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlu fəaliyyətləri xüsusi qeyd edilib.

Söhbət zamanı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə uyğun yetişdirilməsi, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasında idmanın əhəmiyyətli rolundan danışılıb.

Sonda görüşdə iştirak edən Vətən müharibəsinin iştirakçılarına və arxa cəbhədə xidmət göstərən vətəndaşlarımızın bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.


Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər