Gündəm

Milli Məclisdə diffamasiya ilə bağlı dinləmə keçiriləcək
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Milli Məclisin İnsan hüquqları komitəsi yaz sessiyası ərzində diffamasiya ilə bağlı dinləmə təşkil edəcək.

Bu barədəAPA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, mətbuat azadlığının gücləndirilməsi, beynəlxalq indekslərlə nə qədər barışmasaq da, müəyyən problemlərin aradan qaldırılması üçün diffamasiya ilə bağlı məsələləri komitənin gündəliyinə daxil ediblər: "Apardığımız tədqiqatlar çərçivəsində təkliflərimizin müəyyən hissəsi qanunvericilik bazası ilə əlaqədardır. Müxtəlif maraqlı dairələri dəvət edərək bu yöndə qanunvericiliyin tətbiqinin mümkünlüyü ilə bağlı dinləmələrin keçirilməsini planlaşdırırıq. Məsələ ətrafında əvvəlki illərdə aparılmış müzakirələri uğurlu yekunla tamamlamaq niyyətindəyik. Diffamasiya bunun bir hissəsidir”.

Parlamentin komitə sədri qeyd edib ki, jurnalist öz peşə fəaliyyətinə görə cinayət məsuliyyəti daşımır: "Amma onun mülki, inzibati məsuliyyəti qalır. Belə olan halda bu ətrafda məsələləri həll etməyə ehtiyac var. Mətbuat anlayışı böyük transformasiyaya uğrayıb, artıq sosial şəbəkələri, digər bütün internet resurslarını özündə ehtiva edir. Kimsə bu sferada qadağa xarakterli addımları, senzura tədbirlərini hədəfləmir. Lakin ictimai münasibətlər inkişaf etdikcə mətbuat sahəsində də hüquqi qanunvericilik istiqamətində yenilənmələrə ehtiyac duyulur və bu sahədə QHT-ləri, beynəlxalq qurumları dövlətlə əməkdaşlığa cəlb etmək olar. Beynəlxalq qurumlar yalnız tənqidi münasibətlər, qara hesabatlar dərc etməklə deyil, fərqli bir istiqamətdə əməkdaşlığa yönələ bilər. Bununla Azərbaycanın gələcəkdə mühüm mətbuat institutunun formalaşmasını təmin etmək mümkün olar”.


Son xəbərlər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Bütün xəbərlər