Gündəm

  “Həm Azərbaycan, həm də Özbəkistan faydalanacaq” - ekspert
 
 
 
 
 
 
 
 
 
 
Dünən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb. Z.Həsənov qeyd edib ki, Özbəkistanla müdafiə sahəsində də əlaqələrimiz ölkələrimizin maraqlarına uyğun inkişaf edir.
B.Aşrafxanov vurulayıb ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər zaman ölkəmizə bütün məsələlərdə dəstək göstərib. Səfir həmçinin Özbəkistanın Azərbaycan ilə birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu söyləyib.

Azərbaycanın başqa ölkələrlə hərbi əməkdaşlığının yaxşı hal olduğunu deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Özbəkistanla sıx əlaqələrimiz var:

"Son qələbəmizdə Azərbaycan Ordusu nələrə qadir olduğunu göstərdi. Ordumuz böyük təcrübə qazanmış bir heyətdir. Fikrimcə, Özbəkistan ölkəmizlə hərbi sahədə əməkdaşlığın qurulmasında maraqlıdır.

Prinsipcə hazırda çox ölkələrlə birgə təlimlər keçirilir. Həmin ölkələr hərbi sahədə əlaqələrini genişlənirmək istəyirlər.

Düşünürəm ki, türkdilli ölkələrin silahlı qüvvələrinin bir-biri ilə əlaqə qurması və birgə hərbi fəaliyyəti yeni siyasi yanaşmalarda vacibdir. Təbii ki, inkişaf etmiş ordumuzla digər dövlətlərin hərbi birləşmələri əlaqə yaratmaq istəyirlər. Bu da hər iki ölkənin hərbi qüvvələrinin inkişafı üçündür”.

Ş.Ramaldanov qeyd edib ki, Özbəkistanla nə qədər çox sahələrdə əməkdaşlıq etsək, bir o qədər yaxşıdır:

"Azərbaycan bütün ölkələrlə dostluq siyasəti qurur. Xüsusilə türkdilli dövlətlərlə münasibətlərə xüsusi yer ayırırıq. Bu baxımdan Özbəkistan səfiri Müdafiə nazirimiz ilə görüşüb.

Birgə təlimlərin keçirilməsi haqqında qərar qəbul olunsa, hər iki dövlət üçün faydalıdır. Fikrimcə, Özbəkistanla hərbi təlimlər keçirsək, bundan həm Azərbaycan, həm də Özbəkistan faydalanacaq.

Dostluq münasibətlərimiz daha da güclənəcək. Müasir və keşməkeşli dünyada bundan yaxşı şey yoxdur”.

Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər