Gündəm

Kreml Donbassı Rusiyaya birləşdirir? - TƏHLİL
 
 
 
 
 
 
 
 
 
 
Ukrayna MDB çərçivəsində imzalanmış daha bir sazişdən çıxıb. Dünən Ukrayna Nazirlər Kabinetinin iclasında ölkənin poçt və elektrik əlaqəsi sahəsində dövlətlərarası münasibətlərlə bağlı MDB sazişindən çıxması barədə qərar qəbul edilib. Bundan əvvəl Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Ukraynadakı proseslərlə bağlı Feysbuk hesabında yazıb:

"Ukraynanın şərqində vəziyyət yenidən gərginləşir. Donbasla bağlı danışıqlar illərdir yerində sayır, Minsk razılaşması işləmir, atəşkəs tez-tez pozulur, snayperlər işləyir, minalar partlayır, nəticədə itkilər qeydə alınır. Ukraynalı və rusiyalı eksperlər il ərzində toqquşmaların intensivləşəcəyini istisna etmirlər. Yəni lokal müharibə ehtimalı var.

Bu arada, Kremldə Donbassın Rusiyaya birləşdirilməsi variantı üzərində götür-qoy edirlər. Bir sözlə, Ukrayna mövzusu Rusiyada yenidən aktuallaşır və belə vəziyyətdə Kremlin Qərblə münasibətlərində gərginlik daha da artacaq. Dağlıq Qarabağda yerdə qalan hədəflərimizə çatmaq üçün Rusiya-Ukrayna gərginliyini və Donbasdakı gələcək prosesləri diqqətlə izləməliyik”.

Kiyevdəki vəziyyəti "Sherg.az”a şərh edən geosiyasət və konfliktologiya üzrə ekspert Sultan Zahidov söyləyib ki, Ukrayna 2013-2014-cü ildə baş verən "Maydan hadisələrdən sonra xarici siyasət kursunu 180 dərəcə dəyişib:

"Ukrayna bu hadisələrdən qabaq Rusiya və postsovet məkanındakı əlaqələrinə üstünlük verdi. "Maydan” hadisələrindən sonra gələn yeni hakimiyyət Kremlin başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinə üzv olmaqdansa, Qərb sturukturlarını rəhbər tutdu. Artıq Ukrayna Rusiyanın üzv olduğu qurumlardan uzaqlaşmaq siyasətini aparır.

Sözsüz ki, bu da Kremlin narazılığına səbəb olan addımlardır. Rusiya düşünürdü ki, burada Qərbin və ABŞ-ın təhriki var. Nəticədə Ukraynda parçalanma və müharibə baş tutdu. Beləlikə, Donetsk və Luqansk əyalətləri Ukraynadan ayrılmış vəziyyətdə idi. Sonra da Krımın Rusiyaya birləşməsi baş verdi”.

Kiyevin hələ də ərazi bütövlüyünü bərpa etmədiyini söyləyən ekspert vurğulayıb ki, Ukrayna hakimiyyəti günahı Rusiyada görür:

"Rəsmi Kiev MDB sazişlərindən çıxır. Bu qeyd etdiyimiz siyasi proseslərin davamıdır. Çünki MDB məhz Rusiyanın təşəbbüsü ilə yaradılmış qurumdur. Bu səbəbdən Ukrayna Rusiyanın təşəbbüsü ilə yaradılan qurumların sazişlərindən imtina edir. Görür ki, ərazi bütövlüyü bərpa olunmur, ona görə də iki ölkə arasında gərgin münasibətlər davam edir”.

Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər