Gündəm
Gündəm / Sosial
Qızılağac Milli Parkının ərazisində ova cəhd edən şəxs saxlanılıb
"Dağlıq Qarabağ separatçılarının rus dilini "ikinci dövlət dili” kimi tanıması təxribat olmaqla yanaşı, uzaq məsafəyə hesablanmış hiyləgər gedişdir".
Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq hesab edir ki, erməni separatçılarının rus dilini "ikinci dövlət dili” kimi tanıması Rusiyanın siyasi dairələrində xoş qarşılanacaq:
"Keçmiş sovet məkanında rus dilində ən zəif danışan millətlərdən biri erməilərdir. Ancaq bu, ermənilərin Rusiyanın vassalı olmasına mane olmur. Halbuki, Rusiyannın siyasi dairlərində də bilirlər ki, İrəvanda nə rus dilində məktəb, nə də Ermənistanda bu dilin geniş yayılması üçün zəmin var. Buna baxmayaraq, erməni separatçılarının rus dilini "ikinci dövlət dili” kimi tanıması Rusiyanın siyasi dairələrində xoş qarşılanacaq. Erməni separatçılarının ümidi də bunadır”.
Ekspert başqa fakt göstərib:
"10 noyabrdan bu yana başda Azərbaycan Prezidenti olmaqla cəmiyyətimizdə rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyətlərinə dair xeyli sual və iradlar səslənib. Ancaq bu 3 ayda ermənilərin dilindən rusiyalı hərbçilərin fəaliyyəti ilə bağlı bir irada rast gəlmədim. Bu, o demək deyil ki, ermənilər rusiyalı hərbçilərin fəaliyyətindən tam razıdılar. Məsələn, rusiyalı hərbçilər Laçın dəhlizi üzərindən Dağlıq Qarabağa keçmək istəyən Fransa nümayəndə heyətini geri qaytardılar. Aydındır ki, bu olay Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağdakı separatçıların xoşuna gəlməyib. Ancaq səslərini çıxartmadılar. Çünki bilirlər ki, kiçik istisnalar xaricində rusiyalı hərbçilərin bölgədəki fəaliyyəti ümumilikdə erməni separatizmini mümkün qədər qorumağa xidmət edir".