Gündəm

“Qərbi azərbaycanlılar Hadruta, Tuğa, Suqovuşana köçürülsün” - TƏKLİF
 
 
 
 
 
 
 
 
 
Modern.az saytının əməkdaşı Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli ilə həmsöhbət olub. İcma sədri Qərbi azərbaycanlı qaçqınların işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə bağlı cəmiyyətdə dolaşan fikirlərə münasibət bildirib.

- Son günlər Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərinə qərbi azərbaycanlıların köçürülməsi ilə bağlı dəqiqliyi məlum olmayan informasiyalar yayılıb. Bu informasiyalar nə dərəcədə doğrudur? Bununla bağlı fikriniz necədir?

- Bu məsələ artıq "informasiya”, "məlumat” çərçivəsindən çıxıb, Bakının hüdudlarını aşıb. Əvvəl bizə – Azərbaycan Qaçqınlar Cəmiyyətinə Bakıda yaşayan Qərbi Azərbaycan qaçqınları müraciət edirdilərsə, indi Azərbaycanın bütün rayonlarından müraciətlər daxil olur. Həm də müraciət edən ailələrin sayı artıq yüzləri, minləri çoxdan aşıb, on minlərlə insan işğaldan azad olunmuş ərazilərdə məskunlaşmaq istəyir.

- Qərbi Azərbaycan qaçqınlarında bu istək niyə belə kütləvi şəkil alıb, nədən qaynaqlanır, insanlar niyə o torpaqlara belə can atırlar?

- Mənə elə gəlir ki, bu gün bu məsələ çox ciddi sosial tədqiqat mövzusudur. Şəxsən mənim müşahidələrimə görə, bunun bir sıra ciddi səbəbləri var. Birincisi, o insanlar hələ 1988-ci ildə keçmiş Dağlıq Qarabağda məskunlaşmaq istəyirdilər, çünki əvvəla, bu bölgə təbiət, iqlim və digər coğrafi əlamətlərinə görə onların qovulduqları dədə-baba yurdlarına yaxın idi, ikincisi isə onların "Ermənistan”dakı ev-eşiyi, mal-mülkü ermənilər tərəfindən qəddarcasına əllərindən alınaraq qovulmuşdular, buna görə də Qarabağdakı separatçı ermənilərin burada özlərini ev sahibi kimi aparmalarını həzm edə bilmirdilər. Lakin o vaxtkı ermənipərəst Vəzirov rejimi Qərbi Azərbaycan qaçqınlarını Qarabağa buraxmadı. Halbuki o vaxt bu edilsəydi, Qarabağda erməni separatçılığı bu qədər ayaq tutub yeriməzdi. İnsanlar belə hesab edir ki, heç olmasa o vaxtkı səhvi indi düzəltmək lazımdır. Üçüncüsü, Qərbi Azərbaycan qaçqınlarının əksəriyyəti "Ermənistanın” kənd rayonlarından gəliblər, torpağa bağlı insanlardır. 32 ildir ki, şəhər mühiti onları sıxır, onlar daim kəndə can atıblar, həmişə çalışıblar ki, hansı rayondasa beş qarış torpaq sahələri olsun, fürsət düşən kimi o torpağa qaçsınlar, əksinlər-becərsinlər. Ona görə də işğaldan azad olunmuş ərazilərə qayıtmağı bir fürsət bilirlər və onların məskunlaşacaqları əraziləri qısa vaxtda cənnətə çevirəcəklərinə mənim qətiyyən şübhəm yoxdur.

- Qərbi Azərbaycan qaçqınlarının işğaldan azad olunmuş ərazilərə qayıtması məcburi köçkünlərin narazılığına səbəb olmazmı?

- Heç vaxt. Qərbi Azərbaycan qaçqınları qaçqınlıq taleyi yaşayan insanlardır, onlar yaxşı bilirlər ki, məcburi köçkünlərimiz bu 30 ildə hansı məhrumiyyətləri yaşayıblar, bilirlər ki, yurd həsrəti nədir. Ona görə də onlar Qarabağdakı azərbaycanlı yaşayış məntəqələrinə qətiyyən iddia etmirlər. Hər kəs öz dədə-baba yurdunun varisidir və ora qayıdacaqları təqdirdə öz dədə-baba yurdları ilə bağlı müəyyən hüquqlara malikdirlər. Qərbi Azərbaycan qaçqınları onların bu hüquqlarına şərik olmaq fikrində deyillər. Ona görə də qaçqınlarımız məcburi köçkünlərimizin qayıdacağı azərbaycanlı kəndlərinə yox, məhz vaxtilə ermənilərin yaşamış olduğu Hadrut, Tuğ, Banazur, Çanaxçı, Suqovuşan və s. kimi "erməni” yaşayış məntəqələrinə köçürülmələrini istəyirlər. Uzaqbaşı, onlara boş sahələrdə salınmış yeni yaşayış məntəqələri də təklif oluna bilər.

Onu da nəzərə alsaq ki, həmin Qərbi Azərbaycan qaçqınlarının böyük bir hissəsi işğaldan azad olunmuş ərazilərimizlə həmsərhəd olan Ermənistandakı Zəngəzur, Dərələyəz, Göyçə kimi tarixi mahallarımızdandırlar, onda bunun böyük strateji əhəmiyyət daşıdığı da aydındır.

Digər tərəfdən, xatırladım ki, bu gün işğaldan azad edilmiş kəndlərə köçmək istəyən Qərbi Azərbaycan qaçqınlarının bir hissəsi də 1991-1992-ci illərdə, o vaxtkı hakimiyyət tərəfindən Bakıdakı evlərindən zorla çıxarılıb, Hadrut, Ağdərə rayonlarının kəndlərində məskunlaşdırılmış, bir-iki il yaşadıqdan sonra ikinci dəfə qaçqın düşmüş insanlardır. Bu gün o insanlar həmin kəndlərə dönməyi tamamilə doğrudur və mən elə hesab edirəm ki, onların bu istəyi müvafiq dövlət qurumları tərəfindən də anlayışla qarşılanacaqdır.

- Eşitdiyimizə görə, bu gün qaçqınlar Qarabağda məskunlaşmaq üçün daha çox Azərbaycan Qaçqınlar Cəmiyyətinə müraciət edirlər...

- Bəli, Azərbaycan Qaçqınlar Cəmiyyəti 30 il əvvəl Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olmaq üçün Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılıb və 30 ildir respublikada Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan yeganə rəsmi qurumdur. Bizim üçün xoşdur ki, bu gün də insanlar bu təşkilata etimad göstərib, ona üz tutur. Amma təbii ki, köçürmə ilə müvafiq dövlət qurumları məşğul olacaq, bu iş "Böyük Qayıdış”ın tərkib hissəsi kimi həyata keçiriləcək. Biz, sadəcə olaraq, üzərimizə düşən vəzifəni yerinə yetirir, qaçqınlar tərəfindən bizə olunan müraciətləri qeydə alırıq.

Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər