Gündəm

Hər sürücü aya ortalama 200 manat benzinə pul xərcləyir - AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycandakı sürücülərin əksəriyyəti Aİ-92 markalı benzindən istifadə edir. Bu da onların 65 faizini təşkil edir.
Qeyd edək ki, bu statistikanı Media-Analiz Mərkəzinin keçirdiyi sorğunun nəticəsi təsdiqləyir.
Sorğuda 725 respondent iştirak edib ki, onların da 86,8faizi kişilər, 13,2 faizi isə qadınlar olub.
Rəyi soruşulanların 4-də 1- faizi yanacağa sərf etdikləri aylıq xərcin 100 manata qədər, 319 nəfər 44 faiz, 21 faizi 200-300 manat, 10 faizi isə 300 manatdan yuxarı olduğunu bildirib.

Yanvarın 4-də Tarif Şurası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xahişi əsasında ölkədə yanacağın qiymətinin qaldırılması barədə qərar qəbul edib. Beləliklə, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 1 AZN, dizel yanacağının qiyməti isə 0,80 AZN müəyyənləşdirilib. Yəni hazırda ölkədə ən ucuz benzin məhz yerli istehsal olan Aİ-92 brendidir.

Aİ-95 və Aİ-98 markalı benzin isə xaricdən istehlak olunur.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Şərq"ə açıqlama verərkən bildirdi ki, əgər ölkədə istehsal olunan yanacağın keyfiyyəti yaxşı olsa və qatqısız satılsa sürücülərin hazırkı xərcləri 30 faizə qədər azala bilər:

"Yanacağın sərfiyyatı ilə bağlı proses təbii ki, hamıda eyni ola bilməz. Avtomobilin mühərrikinin gücünə görə fərqli miqdarda yanacaq sərf olunur. Elələri də var ki, iş adamıdır, bütün günü yollardadır. Onun aylıq xərci bəlkə də min manatı ötür...
Son vaxtlar bizdə benzin və dizelin qiyməti qalxandan sonra yanacaq sərfiyyatı birdən-birə artmağa başladı. Yəni deyək ki, əvvəl on manata 11 litr benzin alıb 100 km hərəkət edə bilən adam indi 11 manata həmin benzini alıb 70-80 kilometrə güclə çatır. Problem budur.
Bizdə yanacağın keyfiyyəti yaxşı olsa, istər dizel, istərsə də benzin qatqısız satılsa inanın ki, həmin sorğuda iştirak edən insanların, eləcə də başqalarının xərci ən az 30 faiz azalar. Bizim xərcimizin çox çıxmasının əsas səbəbi odur ki, yanacağa müxtəlif qatqılar qatılır.
Bu hallar olmasa tam əminliklə deyə bilərəm ki, yanacağa sərf olunan xərc xeyli azala bilər".

Məsələyə digər aspektdən yanaşan iqtisadçı-ekspert Kazım Məmmədov "Şərq"ə açıqlamasında deyib ki, ödənişlərin artması nəqliyyat xərclərində deyil, bir çox istehlak məhsullarında da özünü göstərir. Bu da gələcəkdə inflyasiyaya səbəb olacaq:

"Bu gün ölkədə benzin və dizel yanacaqlarının qiymətlərinin iqtisadi davranışlara necə təsir göstərəcəyini təxmini müəyyən etmək üçün ilk növbədə ölkədə istifadədə olan avtomobillərin mühərriklərinə baxmaq lazımdır.

Azərbaycanda təxminən 95 oktanlı benzinlə işləməli olan avtomobillər maksimum 20-25 faizi aşmır. Yəni hər 4 və ya 5 avtomobildən biri.
Hansı benzindən istifadə məsələsinə gəlincə, məsələn, bildirirlər ki, 2005-ci ildən sonra istehsal olunan maşınlar 95-lə işləməlidir. Amma o maşın Rusiyada istehsal olunubsa, onun üçün 95 yox, 92 kifayətdir. Yaxud Koreyadan gəlibsə, hətta 2008-2009-cu ilin avtomobili olsa da, onlar 92 oktanlı benzinlə işləməlidir.

Avtomobilin texnikası istehsalçı tərəfindən hazırlananda, xüsusən elektron idarəetmə sistemi konkret oktanlı benzinə hesablanır. Əgər o, orijinal qalırsa və yaxud ola bilsin ki, köhnə avtomobillər modernləşdirilib təzə avtomobillər kimi 95-ə hesablanırsa, ona zavodun məsləhət bildiyi benzini tökmək lazımdır.

Əks halda avtomobilin mühərrikinin ömrünü azaldır, yanacaq sərfiyyatı da artır.

92 oktanlı və dizel yanacağının qiymətinin artması avtomobil istifadəçilərinə çox ciddi təsir göstərib. Bu o demək deyil ki, qiymət artımı avtomobil istifadəsini azaldıb. Əksinə, bu gün tıxaclara baxdıqda görünən mənzərə hər şeyi aydın göstərir.

Sözügedən qiymət artımından ən böyük yük yenə də istehlakçı olan vətəndaşların üzərinə düşür və bu, sadəcə nəqliyyat xərclərində deyil, bir çox istehlak məhsullarında da özünü göstərir.

Yəni bu, çox keçmədən aşağı-yuxarı bütün sahələrə nüfuz edəcək ki, bu da gələcəkdə inflyasiyanı artıracaq.
İstisna kompensasiyaların belə bahalaşmanın qarşısını ala biləcəyini düşünmürəm". / Dia.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər