Gündəm


"Azərbaycanda idarəetmənin ciddi və əsaslı təkmilləşdirilməsinə ehtiyac var. Prezidentin Qarabağda səlahiyyətli nümayəndələrinin təyin olunmasını bəyənirəm və ümid edirəm ki, bu, həm də yeni idarəçilik sisteminə keçidin başlanğıcıdır. Prezidentin çıxışlarından görürük ki, o, hazırkı idarəetmədən və alınan nəticələrdən çox narazıdır. Təmsil etdiyim Milli Cəbhə Partiyası da narazıdır və bu qədər səylərin sonunda narazılığın günü-gündən artması da bizi narahat edir. Bunu əsas tutaraq Milli Cəbhə Partiyasının mövqeyini bəyan edirəm”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, Prezidentin təşəbbüsü ilə aparılan islahatlar, yeni kadr dəyişiklikləri, şəffaflığın təmin edilməsi üçün qəbul edilən qərarlar ayrı-ayrı vəzifələrdə müsbət hallar yaratsa da, ümumilikdə vəziyyət dəyişməz qalır:

"Zənn edirik ki, Prezidentin də narahatlıqları bununla bağlıdır. Talançılığın, bəzən özbaşnalığın, özündənrazılığın, kreslosunu xalqın sərvətini dağıtmağa, oğurlamağa açar hesab edənlərin sayı azalmır və davranışlarında dəyişiklik azdır. Belə bir məqamda Prezidentin verdiyi sərəncamların, yaratdığı qurumların sayı da çoxalır. Say çoxalır, nəticə isə zəif.

Milli Cəbhə Partiyası hesab edir ki, siyasi sistemin özündə korrupsiyalaşma elementi var. Nə edirsən et, o element daxildən çürütməkdə davam edir. Həqiqət naminə qeyd edirik ki, Prezident son bir neçə ildə ciddi qətiyyət sərgiləyir və birinci şəxsin gündən-günə daha da sərtləşdiyinin şahidi oluruq. Onun üçün də gecikmədən siyasi idarəetmə mexanizminin əsaslı dəyişdirilməsinə zərurət var. Xalq dayanmadan qapımızı döyür. Hesab edirik ki, ciddi məsləhətləşmələrə, ictimai dinləmələrə, ekspert rəylərinə və xarici təcrübəni öyrənməyə ehtiyac var. Təəssüf edirəm ki, hələ bu gün də Azərbaycanın qeyri-rəsmi "quberniyalara” bölünməsi halı mövcuddur. Bu kiçik padşahlıq sistemini kim və niyə yaradıb?

Əgər o 10-15 nəfər ölkənin xoşbəxt gələcəyini bu idarəetmədə görürsə, bu xalq niyə xoşbəxt deyil? Heç onların özü də varidatları olsa belə xoşbəxt deyillər. Özünü xoşbəxt edə bilməyən xalqı necə xoşbəxt edəcək? Məgər hər şey varidatla ölçülür? Niyə bu məsələdən imtina etmirik? Hələ də bacarıqlara, keyfiyyətə, potensiala, təcrübəyə əsaslanmadan ölkəboyu böyük yerdən kiçik yerlərə kimi effektsiz kadrların irəli çəkilməsi davam edir. Dostunu, qohum-əqrabasını, sinif yoldaşını, biznes ortağını, nə bilim kimi irəli çəkirlər, təqdimat yazırlar. Bu, bizi hara aparır? Uçuruma. Onun üçün də gecikmədən, gözləmədən siyasi idarəetmə mexanizmlərini təmamən dəyişdirmək zərurətdir ki, o sistemə nüfuz edən korrupsiyalaşma elementi bütöv bir ölkəni məhv etməsin".

R.Nurullayev əvvəlki mövqeyini də xatırladıb:

"Əvvəllər çox demişəm ki, əgər Prezident Qarabağı alarsa, lap siyasətdən də gedərəm. İlham Əliyev bunu edib, Prezidentə şəxsi rəğbətim var və bu ömürlükdür. Bu, şəxsi münasibət, şəxsi bağlılıqdır, özümün və təmsil etdiyim partiyanın siyasətinə bağlı deyil. Bu gün dediklərim ölkə və bu gün ona rəhbərlik edən Prezident üçündür. Ölkəmin və vətəndaşların xoşbəxt olmasını istəyirəm. Heç bir nazirə, dövlət vəzifəsi daşıyanlara qarşı kinim, qərəzim və hesabım yoxdur. Siyasi mədəniyyət, etika və insanlıq naminə görüşürəm də, salamlaşıram da, hörmətlərini də saxlayıram. Gərək hər kəs bilsin ki, bu, heç onların özünə də sərf etmir. O nə həyatdır ki, gözün qapıda qalacaq, birdən qapı döyülər, qarapaltarlılar əlində qandal içəri girər. Heç kimə belə həyat və tale arzulamıram”.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər