Gündəm

Deputatdan qanunlara
Azərbaycanda pandemiya ilə əlaqədar bütün ölkə boyü çoxsaylı şəxslərin iştirakı ilə tədbirlərin keçirilməsi qadağan edilib. Hal hazırda hotellər, əyləncə mərkəzləri, habelə şadlıq sarayları, hətta iri Mallar belə qapadılıb. Lakin bu ölkədə deputatın, məmurun olan obyektlərdə hər şey etmək mümkündür. Məsələn, deputat İqbal Məmmədovla SOCAR şefi Rövnəq Abdullayevin birgə "projesi” olan "Relax” İstirahət Mərkəzində olduğu kimi.

JAMAZ.İNFO xəbər verir ki, Lerik rayonu ərazisində yerləşən "Relax” İstirahət Mərkəzi 14 fevral- Sevgililər Günü münasibəti ilə kampaniya təşkil edib. Bununla bağlı reklam xarakterli paylışmlar da edib. Həmin reklam plakatlarında qeyd olunur ki, fevralın 13-14-də "Relax”da 2 gecə üçün iki nəfər 250 manat, 4 nəfər isə 350 manat ödəməklə əylənə bilərlər.

Kampaniyada paketə daxil olanlar isə kənd məhsullaından ibarət 2 səhər yeməyi, Lerikdə şəlalə tutur, Uşaq və böyüklər üçün Animasiya, Karaoke-canlı musiqi, Maraqlı oyunlar, hədiyyələr , diskoteka və başqa sürprizlərdir.

"Relax” hətta xəbərdarlıq edib ki, yerlər məhduddur və tələsmək lazımdır.

Bundan başqa, İstirahət Mərkəzi bir başqa turun da elanını paylaşıb. "Lerik "Relax” turu 3 gün, 2 gecə” adlı paketinin qiyməti 259 manatdır. Buraya 2 nəfərlik səhər yeməyi, əyləncə proqramları, avtobusla gediş-gəliş daxildir.

Əslində burada qeyri-adı heç nə yoxdur. Normal şərtlər daxilində istənilən istirahət mərkəzinin bu cür kampaniyalar və turlar təşkil etməsi bizneslərini böyütmək üçün şans yaradır. Lakin indiki şəraitdə, yəni panedmiya dövründə, hətta maskasız küçəyə çıxanların belə cərimə olunduğu, koronavirusun tüğyan etdiyi, bunca qadağalar olduğu bir vaxtda "Relax”ın belə tərdbir keçirməsi nə başa düşüləndir, nə də anlaşılan. Hər halda bu ciddi qanun pozuntusudur. Və qanun pozuntusu varsa, bununla bağlı hüquqi tədbir görülməlidir. Görüləcəkmi?

Xatırladaq ki, Lerik rayonunda fəaliyyət göstərən "Relax” İstirahət Mərkəzi deputat İqbal Məmmədov və SOCAR rəhbəri Rövnəq Abdullayevin ortaq biznesinə daxildir. Böyük ehtimalla bu arxayınçılıq, qanunlara hörmətsizlik hər iki şəxsin imkanlarından qaynaqlanır. Geniş maliyyə imkanları, ən yüksək həddə məmur bağlılığı, indiyə qədər edilən bütün qanunsuzluqlara rəğmən cəzasız qalmaları, onlara növbəti bir qanunsuzluq etmələri üçün zəminlər yaradıb. Bu da onlardan birirdir.

Deputatdan qanunlara

Son xəbərlər

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Bütün xəbərlər