Gündəm

Milli Məclisin müəmmalı deputatı
İlk xatırlatma: 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən YAP-ın namizədi qalib gəldi. Həmin dairədən namizədliyi irəli sürülən şəxslər içərisində kimliyi və fəaliyyəti cəmiyyətə tamamilə bəlli olmayan Səbinə Xasayeva hakim partiyanın namizədi kimi mandat qazandı. Parlament seçkilərindən bir il vaxt ötür. S.Xasayevanın seçkidən öncəki cəmiyyətə bəlli olmayan kimliyi bu gün də xeyli suallara yol açır. O, bu gün də parlamentin "lal” deputatları siyahısında yer alır.

Paytaxtın ən böyük seçki dairələrindən birində heç bir nüfuzu, idarəçilik təcrübəsi olmayan şəxsin deputat mandatı qazanması kimə və nəyə lazım idi? Nəzərə almaq lazımdır ki, həmin dairədən deputatlığa namizədlər içərisində ReAL partiyasının funksioneri Natiq Cəfərli də var idi. Açığı, ümumi ictimai rəy, aparılan sorğular həmin dairədən N.Cəfərlinin şəksiz qələbəsinin təmin olunacağını proqnozlaşdırmağa tam əsas verdi. Bu, hər kəsə, ümumilikdə iqtidara da, müxalifətə də açıq məsələ kimi müzakirə predmeti də deyildi. Bir vacib məqamı da qeyd edək ki, N.Cəfərli ictimai-siyasi sferada kifayət qədər tanınan sima olsa da, ölkədə normal seçkilər keçiriləcəyi təqdirdə onun da həmin dairədən mandat qazanmaq şansı az olardı. Sosial şəbəkələr üzərindəki aktivlik, siyasi səhnədəki populyarlıq həmin dairədən onun qələbəsini təmin edə bilməzdi. Söhbət həmin dairədə yaşayan insanların verdiyi dəstəkdən, sosial elektroratdan və bütün bunların fonunda ədalətli seçkidən gedir.

Qutudan sürpriz çıxdı, 26 yaşlı gənc xanım qələbə qazandı. İndiyə qədər S.Xasayeva ilə bağlı açıq ifadəli mətn yazılmadığına görə, bu gün də bu mövzuya toxunmağı kimsə məqbul addım hesab eləmir. Səbinə xanımın necə deputat olması "Bermud uçbucağı” kimi müəmmalı olaraq qalır. Hələki media bu tilsimi sındıra, onun kimliyinə işıq sala bilməyib. Amma… Bu ilk yazı olduğuan görə, bu dəfə səthi şəkildə S.Xasayeva ilə bağlı bəzi məqamları qeyd etməyi vacib hesab edirəm.

Milli Məclisin müəmmalı deputatı

Əldə etdiyim informasiyalara görə, S.Xasayeva ilə bağlı yazı yazmaq, onun kimliyini, fəaliyyətini araşdırmaq sanki qadağan olunub. Məntiqsizlik! Necə anlayaq? Adam Milli Məclisin deputatıdır, artıq ictimai şəxsdir, biz onun fəaliyyətini necə müzakirə etməyə bilərik? Əgər özünün, yaxınlarının bu məsələdən xoşu gəçmirdisə, o oza an Milli Məclisə nə üçün salınırdı? Evdə də otura bilərdi, yaxud başqa işlə məğul ola bilərdi. Ortada isə haqlı suallar var, öncə xanım deputatın vikipediyasında başlayaq.

Vikipediyada S.Xasayeva ilə bağlı məlumatlar belə başlayır: azərbaycanlı dövlət və siyasi xadim!

Şərh edək! Kimə dövlət xadimi demək olar? Dövlət hakimiyyətinin çox ciddi, qiymətləndirilmiş xüsusi xidmətləri olan, dövlət idarəçiliyində spesifik iş prinsipləri və xarakteri ilə seçilən şəxslərə dövlət xadimi deyilir. Səbinə xanım 2014-cü ildə ali təhsili başa vurub, Azərbaycan Dillər Universitetində norveçşünaslıq ixtisası üzrə təhsil alıb. 2014-2016-cı illərdə isə ADNSU-də magistr təhsili alıb.

Xanım 2014-cü ildən Lökbatan bələdiyyəsinin üzvü seçilib. Deputat seçilənə qədər isə heç bir dövlət işində işləməyib, heç bir təcrübəsi də yoxdur. Hər halda onun vikipediyası belə deyir. Ali məktəbi bitirib, cəmi 3 il sonra "dövlət və siyasi xadim”ə çevrilib?

Sual olunur: Məammalı şəkildə mandat qazanmaq Səbinə xanımı "dövlət xadimi”nə və "siyasi xadim”ə necə çevirib? Nə tez? Bir vacib məqamı da unubudlar ki, deputatlıq dövət vəzifəsi deyil.

Axı Səbinə xanımın heç bir siyasi təcrübəsi də olmayıb, o özünü necə "siyasi xadim” adlandıra bilir?

Heç şübhəsiz, 2020-ci ildə bəlli idi ki, Azərbaycanı qarşıda ağır sınaqlar gözləyir. Koronavirus pandemiyası, 44 günlük Vətən Savaşı və s. Bütün dünyanın cənginə alan iqtisadi təlatümlər məcbur edirdi ki, Milli Məclisdə daha aktiv, daha savdlı, daha səmərəli şəxslər təmsil olunsunlar. Hələ qarşıda bizi məsuliyəylti mərhələ gözləyir. Biz müharibənin fəsadlarını aradan götürməlid, sosial-iqtisadi sabitlik qazanmalı, siyasi stabillik daha uzunmüddətli tənmi edilməlidir. Hörmətli Səbinə xanım bütün bu amillərin hansısa dövlətə yardımçı ola bilrədi? Şəxsən mənə çox maraqlıdır.

Google-da axtarış apararkən Səbinə xanımın bir-iki istisna olmaqla, heç bir açıqlamasına da rast gəlmədik. Cəmi bir neçə şəkli çıxdı, o da sovqat paylayarkən…

Böyük ehtimalla, S.Xasayenın həmin dairədən deputat seçilməsi sərfəli varinat kimi qiymətləndirilib, "lal” fəaliyyət daha məqsədəuyğun hesab olunub. Əgər həmin dairədən aktiv şəxs mandat qazansaydı, necə!? Nəzərə almaq lazımdır ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi əhalinin ən həssas qruplarının yaşadığı ərazilərdən biri hesab olunur. Ya problemləri qaldırmaq istəməyiblər, ya da xanımın siyasi dəstəyi çox güclü olub və onun deputat olmaq arzusu reallaşıb.

azsiyaset.com

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər