Gündəm

Azərbaycanın 131 yaşlı pensiyaçısının real yaşı 95 imiş
Azərbaycanın Lənkəran şəhərində yaşayan və şəxsiyyət vəsiqəsində təvəllüdü 1890-cı il göstərilən (131 yaş) Əzizova Tamamın yaş verifikasiyası aparılan zaman bu rəqəmin çox şişirdildiyi məlum olub.

Bunu Trend-ə AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, T.Əzizovanın yaş verifikasıyası 2014-cü ildə aparılıb:

"2014-cü ildə aparılan yaş verifikasıyası zamanı onun yaşının çox şişirdildiyi məlum olmuşdur. Verifikasiyanın nəticəsinə görə, hazırda onun real 95 yaşı olmalıdır. Hətta verdiyi müsahibəni diqqətlə dinlədikdə bunu aşkar etmək olar. Tamam Əzizova Cəlilabadda anadan olub, əslən Yardımlıdan oraya köçən ailədəndir. Lənkərana isə gəlin gəlib".

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumatda Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilmişdi.

Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bir müddət əvvəl Trend-ə bildirmişdi ki, Azərbaycanda indiyə qədər yaşı verifikasiya (yaşın dəqiqləşdirilməsi) edilən uzunömürlülərin təxminən 50 faizinin sənəddəki yaşı ilə əsl yaşı fərqlənib:

"Çox zaman verifikasiya zamanı onların sənəddə göstərilən yaşları öz təsdiqini tapmır. Lakin 1927-28-ci ilə qədər anadan olanların qeydiyyatı daha qeyri-dəqiq aparılıb. Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Yaş verifikasiyası aparıldıqda isə bu rəqəmlər xeyli aşağı düşür. Yaşı verifikasiya edilənlərin təxminən 200-250 nəfərinin əsl yaşı sənəddə göstəriləndən 2-3 il fərqlənib. Sənəddəki yaşı ilə real yaşı arasında hətta 30 il fərq olan insanlar da olub”.

Son xəbərlər

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Bütün xəbərlər