Gündəm

İran Qarabağın işğaldan azad olunmasını niyə həzm edə bilmir?
Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan İranın xarici işlər naziri Cavad Zəriflə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün detallarını açıqlayıb.

Minasyan "İranın diplomatik mənbələri”nə istinad edərək paylaşdığı məlumatda Cavad Zərifin "ikili” siyasətini – Azərbaycanı "dəstəkləmək”, Ermənistanı "körükləmək” siyasətini "ifşa edib”.

"Bu yaxınlarda yüksək rütbəli İran diplomatı ilə görüşdüm. O, mənə İranın xarici işlər naziri Cavad Zərifin baş nazir Nikol Paşinyanla danışıqlarının "mətbuat üçün açıq olmayan” hissəsindən bəhs etdi.

Həmin diplomatın sözlərinə görə, Cavad Zərif rəsmi İrəvanın bərbad siyasətinin bölgədə mövcud olan geosiyasi durumun dəyişməsinə, qüvvələr nisbətini dəyişdirdiyinə, habelə Azərbaycana (və onun müttəfiqlərinə) bütün istiqamətlər üzrə böyük üstünlüklər qazandırmasına gətirib çıxardığını söyləyib

Burada ən ziddiyətli məqam ondan ibarətdir ki, İran artıq klassik mənada Ermənistanla quru sərhədinə malik deyil. İndi İrandan İrəvana gələn və gedən yola ya Rusiya, ya da Azərbaycan əsgərləri nəzarət edirlər.

Ən önəmlisi isə iranlı nazirin erməni hökumətini regional balansı yerindən oynatmaqla pantürkizmin yüksəlişinə rəvac verməkdə suçlamasıdır. Əslində, biz bu gün 3 paralel gerçəklikdə yaşayırıq. De-yure gerçəklik müharibədən sonra qurulan geopolitik konfiqurasiyadan ibarətdir. De-fakto gerçəklik isə Qarabağda, Azərbaycanla Ermənistan sərhəddində baş verənlərdir.

Bir də üçüncü gerçəklik var ki, bu da yalnız Nikola məlumdur. Məhz onun başında şifahi razılaşmalar, qeyri-rəsmi vədlər, üzərinə götürdüyü öhdəliklərlə belə bir gerçəklik əmələ gəlib. Bu reallıq sayəsində və Nikolun ustalıqla xalqının arxasından gördüyü işlər nəticəsində ölkə və dövlətçiliyin dağılması prosesi davam edir”, – deyə Minasyan bildirib.

Qeyd edək ki, Ermənistan cəmiyyətində yetərincə tanınan diplomatın sözləri heç bir halda Türkiyə və Azərbaycan diplomatik dairələri tərəfindən gözardı edilə bilməz. Çünki sabiq səfir faktik olaraq, İran diplomatik mənbələrinə istinadla rəsmi Tehranın bölgədə yürütdüyü rekonstruktiv siyasəti ifşa edir.

Minasyan açıq şəkildə deyir ki, Cavad Zərif Paşinyanla görüşündə Qarabağ problemi ilə bağlı böyük təəssüf hissi ilə danışıb və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ilə bağlı narahatlığını dilə gətirib. Zərif Bakıya səfəri zamanı isə Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsinə ürəkdən sevindiyini vurğulamış və Ermənistan işğalından azad edilmiş bölgələrin bərpası prosesində İranın da iştirak arzusunu bildirmişdi.

Bütün bunları oxuduqdan sonra orta statistik azərbaycanlının ağlında belə bir məntiqi sual yaranır: Necə olur ki, İran rəsmiləri Bakıda olarkən qələbəmizə sevindiklərini deyir, Ermənistanda isə riyakarcasına Azərbaycanın arxasınca danışırlar?

Yaxşı, özünü İslam ölkəsi hesab edən İranın yürütdüyü siyasətdə əhalisinin əksəriyyəti müsəlman-şiə olan ölkə prioritet olmalı deyilmi? Üstəlik, bu cür iyrənc riyakarlıq bir çox fanatik Azərbaycan şiələrinin qürur duyduqları və onu özlərinin mənəvi lideri hesab etdikləri Ayətullah Xameneyinin son fətvası fonunda özünü göstərir: "Qarabağ İslam torpağıdır!”

İran rəsmilərinin bu cür iyrənc davranışları erməni vandallarının işğal etdikləri ərazilərdə yüzlərlə müsəlman ibadətxanalarını, məscidləri, ziyarətgahları dağıtması, təhqir etməsi fonunda özünü göstərir.

Şübhəsiz ki, İran hakimiyyətinin ölkəmizə və xalqımaza qarşı sərgilədiyi bu düşməncəsinə davranışlar Qum mollaları tərəfindən zombiləşdirilmiş azərbaycanlılar üçün yaxşı bir dərs olacaq.

Ancaq hər şeyə, hətta dağıdıcı mövqeyə, bəzi bəd niyyətli insanların riyakar siyasətinə baxmayaraq Azərbaycan dövləti öz xalqının mənafeyinə cavab verən strategiyanı davam etdirəcək, uğurlarımızı həzm edə bilməyən paxıl düşmənlər isə öz kinlərində boğulacaqlar! //yenicag.az//

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər