Gündəm


AMEA-nın mətbuat xidmətinin bəyanatında deyilir: "Akademik Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinə 49 il sədaqətlə xidmət edib”.

Sabah deyəcəklər ki, "Akademik İsa Həbibbəyli 48,5 il sədaqətlə xidmət edib”. O birisi gün bir başqasını deyəcəklər və s. Utanmadan, çəkinmədən deyəcəklər.


Bu "sədaqətlə xidmət edib”in sirri-xudası nədir axı? Deyin, biz də bilək. "Sədaqətlə xidmət edib” dövlət vəzifələrində oturub özünə, əhli-əyalına və tayfa-tüləsinə vəzifələr, intəhasız mülklər, malikanələr yaratmaq, Vətəni tar-mar etməkdirmi? "Sədaqətlə xidmət edib” dövlətin büdcəsini talamaq və xalqın qanını sorub haqqını yerlə yeksan etməkdirmi? "Sədaqətlə xidmət edib” rüşvəti, korrupsiyanı, insanların ölümünü, şərləmələri, üzə durmağı, günahsız həbsləri, mənəviyyatsızlığı, haqsızlığı, sosial ədalətsizliyi stimullaşdırıb bir xalqın məhvinə çalışmaqdırmı?

O "sədaqətli xidmət edib”in nəticəsində Azərbaycan dövlətçiliyi korrupsiyanın caynağında çırpınırsa, dövlət büdcəmiz fəryad edirsə, haqq-ədalət baş götürüb gedirsə, 100 minlərlə soydaşımız diyar-diyar didərgin düşürsə, müəllimi, həkimi, alimi, fəhləsi, ziyalısı, tələbəsi, jurnalisti, yazıçısı, şairi ehtiyac içində qıvrılıb "sədaqətli xidmət”ə görə ləyaqətini birdəfəlik itirirsə, yoxsulluğun rəzil sifətinə baxmaqdan cana doyan yüzlərlə ailələr dağılırsa, xəstələr xəstəxanaya çatdırılmadan həlak olursa, elm, təhsil, səhiyyə dar ağacına çəkilirsə, miskin hala salınmış gənclik xoşbəxtliyi yad məmləkətlərdə axtarırsa, yalan, riyakarlıq, dövlətə, millətə xəyanət ayaq tutub yeriyirsə, məmurları rüşvətxor, soyğunçu və qaniçən cəllada çevrilirsə, dövlət və millət əleyhinə cinayətlər ört-basdır edilirsə, qanunlar yalnız kasıb və kimsəsizlər üçün olursa, tayfabazlıq, yerlibazlıq, qohumbazlıq, dostbazlıq bütün müqəddəs dəyərlərin fövqünə yüksəlirsə, dövlətçilikdən, antikorrupsiyadan, düzgünlükdən dəm vuran akademiki, professoru, rektoru, direktoru, baş həkimi, baş müəllimi, dövlət məmuru insanlıq üçün təhlükəyə çevrilirsə, milyon və milyardlar talanırsa, hansı "sədaqətlə xidmət edib”dən söhbət gedə bilər? Bu qədər utanmazlıq, xalqa, dövlətə hörmətsizlik olarmı?

Qeyd. Hər kəs özünə cavabdehdir. Məsələn, maska cəriməsi var. Marketdə 2-3 nəfərin maskasız olduğunu görüb mən də maskanı çıxarır və vitrinə baxmaqda davam edirəm. Qəflətən polis nəfəri yaxınlaşır və məni cərimələyir. Halbuki məndən 5 metr aralıda 2 nəfər maskasız şəxsə bir söz demir. Belə situasiyada nə etməliyəm? Deməliyəm ki, o birilər niyə edir, mən də yaxşı edirəm? Əlbəttə, yox. Elə uşaqlıq etməyə gərək yoxdur. Qaydanı pozmuşam, cərimələnməliyəm. Maskasızlara da işarə etmək qəbahət deyil. Bax, bizim bu xüsusən yaşlı məmurlarda infantilist davranış tərzi dominantdır. Korrupsioneri tuturlar, deyir ki, filankəs də korrupsionerdir, onu niyə tutmursunuz, elə gözünüz məni görür? Sizi rüsvay edərəm, dünyanı dağıdaram, vəssalam. Adam özünə cavabdehliyi unudub. Balam, rüşvətxorsan? Hə. Bəs nə istəyirsən? Filankəslər də cavab verəcəklər, indi sənin növbəndir, sən özün haqqında düşün və istintaqın suallarını cavablandır və s.

Necə olur ki, R.Mehdiyev xidmət edəndə "sədaqətli”, başqaları edəndə "sədaqətsiz” olur?

Eləyə qalsa, mən 7 yaşımdan pambıq, tütün tarlalarında işləmişəm. Anam 50 il öz əməyi ilə bu torpaqlarda can qoyub, əməyimiz istismar olunub, güzəranımızı ala-yarımçıq sürmüşük. Yaxşı yadımdadır, anamın gərgin fiziki işdən sonra burnundan qan açılardı. Sən demə, arterial təzyiqi var imiş. Nə həkim, nə filan? Dayanmaq olmaz, işləmək lazımdır. Atam infark keçirdiyindən anamın və uşaqların daha ciddi işləməsi zərurət idi. Allah qorudu və işlədik, çox kasıb da olsa, yaşadıq, bu Vətənə heç vaxt ziyanımız dəymədi, daşına, torpağına, suyuna bağlı olduq.

İndi o anaların on illərlə bu Vətənə xidmət edən övladları çapovulçuların "xidməti” ucbatından maddi ehtiyac içində qıvrılmalı, çörək dalınca dərbədər olmalı, ölkədən qaçmalı, satılmalı, ləyaqətsiz olmalıdırlar. Həmrəyliyin düşməni olan bu qudurmuşların sonu olmalıdır, ya yox?!

Qeyd. Nümunə üçün deyim ki, cəmi bir əmim var idi, o da müharibə veteranı idi. Heç vaxt bəzilərinin etdikləri kimi o addan sui-istifadə edib oğlanlarını hüquqa-filan qəbul etdirmədi, uşaqları sadə fəhləlik yolunu tutdular. Ehtiyacın burulğanına razı oldular, hətta yenicə ailə qurmuş 27 yaşlı oğlu Türkiyəyə iş dalınca getdi və bir daha geri dönmədi. 2 aydan sonra nəşi gəldi. PKK-çılar hücum edib gecə yuxuda ikən yandırmışdılar. Bu tip misalların sayını istənilən qədər artıra bilərəm. Türkiyənin ucqarlarında iş dalınca gedənlər arasında ölən kim, nəmişlikdə yatmaqdan böyrəklərini itirən kim? Hamısı da ailələrinə bir tikə çörək çörək qazanmağın qurbanına çevrildilər!…

Ölkə daxilində isə kabinetlərdə xalqın, dövlətin "keşiyində” duran, "ləyaqətlə xidmət edib” özünə sərvət, mal-mülk toplayan, söküb-dağıtmaq, cibgirlik, büdcəgirlik rəqabətinə girişən, rüşvəti normaya çevirən, erməni soyqırımına "pulqrımı” ilə cavab verən, vətəndaşlıq hissini itirən, qəddar, qansız və vicdansız məmurlar fiziki və mənəvi cəhətdən məhv olan xalqın nəşi üstündə laübalı həyat sürüdülər.

Belə çıxır ki, dövlət büdcəsini talamayan, korrupsiyaya bulaşmayan, dövlət cinayətləri etməyən kəslərin xidməti "sədaqətsiz xidmətdir”? Bu nə absurddur?!

Özünə və tayfa-tüləsinə xidmətlə səciyyələnən "sədaqətlə xidmət edib”in acı sonu labüddür.

Vallah, namuslu bir kənd müəlliminin, yaxud həkimin aldığı maaş və həyət-bacada torpaqla əlləşməklə dövlətə və Vətənə etdiyi ləyaqətli xidmətin 2 faizini də azğın, qangir, büdcəgir və pulgir məmurlar, akademik və alimlər etməyiblər. Tamahları sərhəd tanımayan o məmurlar həya qılıncını siyirərək xalqın da, rəhbərin də həyasını uzun müddət istismar edib, ölkəni viran qoyublar. Yetər artıq! Heydər Əliyevin adından sui-istifadə edib ölkəni viran edənlər, xalqı diz çökdürənlər, dövləti aciz duruma salanlar ən sərt cəzaya çarpmalıdırlar. Artıq CƏZA günü gəlib çatıb. "Üz üzdən utanar” fəndi keçərsizdir. Hər kəs əməlinin qarşılığını almalıdır ki, dövlət var olsun. Ona görə də, dadın layiq olduğunuz cəzanı, nuş olsun!

İdris Abbasov
Filologiya elmləri doktoru professor
 //hurriyyet.org//

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər