Gündəm
Ermənistandan əsgərlər artıq Qarabağa göndərilmir - Ermənistan KİV
Ermənistandan gənc əsgərlər artıq Qarabağa göndərilmir.
Azvision.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.
Qeyd edilib ki, orduya qış çağırışı faktiki olaraq fevral ayının əvvəllərində başlayıb və Ermənistandan olan çağırışçılar yalnız ölkə daxilindəki hərbi hissələrdə xidmət edəcəklər.
"Ənənəvi püşkatma zamanı Qarabağın hərbi hissələrinin seçimlər siyahısına salınmadığını öyrəndik”, - deyə məlumatda bildirilib.
Daha əvvəl mətbuatda və sosial şəbəkələrdə Dağlıq Qarabağın "müdafiə ordusunun” ləğvi barədə məlumatlar yayılmışdı. Qarabağ separatçıların lideri Arayik Arutyunyan isə yayılan xəbərləri təkzib etmişdi.
Xatırladaq ki, Ermənistanda əsgər valideynləri mütəmadi olaraq aksiya keçirərək övladlarının Qarabağda ölməsini istəmədiklərini və onların həmin ərazilərə göndərilməməsini tələb edirdilər.