Gündəm

Kamran Əliyev hakim təyin edilən prokurorluq işçiləri ilə görüşüb
Fevralın 8-də Baş prokuror Kamran Əliyev tərəfindən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə Baş Prokurorluqda görüş keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Baş prokuror xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd etmiş, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını, müasir təfəkkürlü gənc və yüksək ixtisaslı kadrların irəli çəkildiyini vurğulayıb.

Həmçinin, Baş prokuror Dövlət başçısının «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03 aprel 2019-cu il tarixli Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin daha da gücləndirilməsini, cəza siyasətinin humanistləşdirilməsini, yeni Kommersiya və digər regional məhkəmələrin təsis edilməsini, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılmasını və digər əhəmiyyətli tədbirlərin görülməsini nəzərə çatdırıb.

Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli Sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqləri Hümbətov Fəhmin Zaur oğluna və Əliyev Hafiz Samir oğluna, Saatlı Rayon Məhkəməsinin hakimi təyin edilmiş Biləsuvar rayon prokurorunun böyük köməkçisi Sadıqov Mirlətif Süleyman oğluna və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Səfərli Cavid Şamil oğluna Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.

Tədbirə yekun vuran Baş prokuror hakim vəzifəsinə təyin edilmiş şəxslərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

Kamran Əliyev hakim təyin edilən prokurorluq işçiləri ilə görüşüb
Kamran Əliyev hakim təyin edilən prokurorluq işçiləri ilə görüşüb
Kamran Əliyev hakim təyin edilən prokurorluq işçiləri ilə görüşüb
Kamran Əliyev hakim təyin edilən prokurorluq işçiləri ilə görüşüb

Son xəbərlər

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Bütün xəbərlər