Gündəm

Nikol Paşinyanın Bakıdan son istəyi budur
KONKRET.az olaraq bu barədə bir müddət əvvəl yazmışdıq. Qeyd etmişdik ki, Robert Koçaryanın Moskvaya səfəri daxili auditoriya üçün hesablanmış bir addımdır, heç bir siyasi perspektivi olmayan bir cəhddir. Baxmayaraq ki, erməni mətbuatı bir yana, bizim ekspertlər, politoloqlar hay-küy salmışdılar ki, ay aman, Moskva Robert Koçaryanı yenidən hakimiyyətə gətirir. Koçaryanın Moskvaya gedişi hay-küylü olsa da, qayıdışı möhtəşəm olmadı. Səssiz-səmirsiz oldu. Gələndən sonra da bir-iki nəşri başına yığıb, gələcəkdən yox, keçmişdən danışdı. Sayıqladı ki, "Mən hakimiyyətdə olsaydım, müharibəyə yol verməzdim, mən prezident olsaydım, Qarabağı təslim etməzdim”, filan-bəhmən…Bu isə onu göstərdi ki, Koçaryan biz dediyimiz kimi, Moskvadan əli ətəyindən uzun qayıdıb.Çünki başqa cür ola bilməzdi. Əvvəla ona görə ki, siyasətdə daimi dostlar olmur, daimi maraqlar olur.

Bu gün Rusiyanın Cənubi Qafqaz siyasəti kökündən dəyişib. Yeni siyasətdə isə Koçaryan kimi radikal millətçilərə yer yoxdur. Qaregin Njde ideologiyası ilə "silahlanan” Koçaryanlar, Sarkisyanlar artıq Rusiyaya lazım deyil. Bir zamanlar bu cür faşist əhval-ruhiyyəli varlıqlar Moskvaya lazım idi ki, Türkiyə və Azərbaycana qarşı müəyyən təzyiqlər göstərsin. Amma bu gün vəziyyət 180 dərəcə dəyişib. Yəni Türkiyə və Azərbaycan bu gün heç zaman olmadığı qədər Rusiyaya lazımdır. Necə deyərlər, indi Bakı və Ankara Moskvanın nicat qapısıdır. ABŞ və Avropanın ölüm saçan caynağından qurtulmaq üçün Rusiya Türkiyə və Azərbaycana sığınıb. Və bu gün bunu təkcə Kremldəkilər yox, Rusiyadakı bütün ağıllı adamlar görür və bilir. Bu gün Moskva Ermənistanı daha çox ehtiyat oyunçu sifətində görür. Ona görə də daha əvvəlki kimi Ermənistana "stavka” eləmir. Götürəndə heç buna ehtiyac da yoxdur. Ermənistan artıq Rusiyanın bir əyalətinə çevrilib. Ermənistandakı hər ağacın da hesabatını Moskva İrəvandan soruşur. Ona görə də İrəvandakı status-kvo Kremli tamamilə qane edir. Daha doğrusu, Moskva bu gün İrəvanı istədiyi kimi idarə edir. Ona görə də Ermənistandakı siyasi hakimiyyətin dəyişdirilməsi Rusiyaya lazım deyil. İndiki halda Vladimir Putinə Nikol Paşinyanın hakimiyyətdə qalması sərf edir.

Birincisi, ona görə ki, Nikol Paşinyan daha realist və praqmatikdir.

İkincisi, Nikol Paşinyan Moskvanın istənilən təklifinə qeyd-şərtsiz boyun əyir. Bu da təsadüfi deyil. Hazırda Moskva Ermənistanın Baş nazirinin həyat qarantıdır. Putin Paşinyanın üzərindən əlini çəksə, erməni faşistləri nəinki Nikolanın özünü, eləcə də ailəsini və yaxın çevrəsini dar ağacından asar.

Üçüncüsü, Paşinyan Qərbin adamıdır. Belə birisi ilə işləmək Moskva üçün də maraqlıdır. Çünki Paşinyan hakimiyyətdə qaldıqca, Qərbin və oradakı erməni diasporunun Ermənistana təzyiqləri daha az olacaq. Çünki Qərb hansısa rusiyapərəst siyasətçinin hakimiyyətə gəlməsini heç istəmir və Paşinyana "bəlkə də qaytardılar” ümidi ilə yanaşır.

Dördüncüsü, Paşinyan İkinci Qarabağ müharibəsində uduzsa da, ölkə iqtisadiyyatını daha dərin böhrana çəksə də, daxili auditoriyada müəyyən nüfuz sahibidir. Ən azı ona görə ki, Paşinyan ölkəsində söz azadlığı yarada bilib. İndi heç kəs hər hansı fikrini ifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmur. Bu da korrupsiyanın səviyyəsini aşağı salıb. Ən başlıcası, elektorat Nikol Paşinyanın indiki vaxtda alternativini görmür. Bu gün Ermənistanda siyasi hakimiyyətə iddialı olanların hamısının keçmişi Paşinyanla müqayisədə daha qaranlıq və çirklidir. Ona görə də sadə erməni xalqı başda Robert Koçaryan olmaqla heç bir iddiaçını dəstəkləmir. Əslinə baxsan, bütün qazanlar İrəvanda qaynayır. Regionlarda hər kəs məhdud sosial qayğıları ilə məşğuldur.

Təsadüfi deyil ki, 17 siyasi partiyanın Baş nazir postuna vahid namizədi Vazgen Manukyanın İrəvan mübarizəsi iflasa uğradıqdan sonra regionlara üz tutdu. Lakin regionlarda Vazgenin heç üzünə tüpürən də olmadı. İki ala-yarımçıq görüşdən sonra Manukyan üzü qara İrəvana döndü. Və vəzifə sevdasından əl çəkdi. Artıq xeyli vaxtdır onun İrəvanda da səsi, sorağı yoxdur. Bütün bunların bir səbəbi də erməni xalqının siyasi oyunlardan bezib kənara çəkilməsidir. İndi əksər ermənilər hadisələrə kənardan baxır. Çünki sadə xalq sosial problemlər məngənəsində boğulur. Əhalinin real gəliri ilə bazar qiymətləri arasında tərs-mütənasiblik var. Ölkədə mavi yanacaq, elektrik enerjisi qıtlığı yaşanır. Son dönəmlərin ən sərt keçən qışında erməni xalqı işıqdan, qazdan ciddi korluq çəkir. Ona görə də sadə elektorat bir çox səbəblərdən seyrçi mövqeyindən çıxış etmək məcburiyyətində qalıb. Və hər şeyi taleyin ümidinə buraxıblar. Çünki son 30 ildə onların dəstəklədikləri millətçi siyasətçilər xalqa vəd olunan xoşbəxt və firavan həyatı vermədi.

Əslinə baxsan, Nikol Paşinyanın hakimiyyətdə qalması bir çox səbəblərdən Azərbaycana da sərf edir. Əvvəla, ona görə ki, Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış ordunun komandanıdır. Və bu komandan Azərbaycan Ordusunun "əlinin suyunu” dadıb. Belə bir zəif bəndlə Bakı istədiyi cür rəftar edə bilir. İndiki halda Paşinyan hakimiyyətinin Bakıdan umduğu yeganə şey qədim Azərbaycan torpaqlarına iddiaların durdurulması və Qarabağdakı azsaylı ermənilərin həyat sığortasıdır. İkincisi, Nikol Paşinyan Qaregin Njde ideoloji taununa yoluxmayan tək-tük erməni siyasətçilərindən biridir. O, digər erməni siyasətçilərindən fərqli olaraq reallıq hissini hələ tam itirməyib. Üçüncüsü, Nikol Paşinyan iradəcə zəif adamdır. Belə birisi ilə işləmək bütün hallarda rahatdır.

Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə, hətta Paşinyanla eyni auditoriyada olarkən bəyan edib ki, "Azərbaycan Ermənistanı tərəf kimi görmür. Onunla birbaşa heç bir danışıq aparmaq fikri yoxdur. Azərbaycan tərəf kimi yalnız Rusiyanı görür”. Və maraqlı budur ki, Nikol Paşinyan da heç zaman bu fikrə qarşı hansısa fikir və əks-arqument göstərməyib. Ona görə də bizim üçün Ermənistanda ən məqbul dövlət başçısı Nikol Paşinyandır.

Surxay Atakişiyev, //KONKRET.az//

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər