Gündəm


"ABŞ Prezidenti Co Baydenin Rusiyaya qarşı açıqlamalarında ultimatum notları qəbuledilməzdir”.

Bunu Rusiya Federasiyası rəhbərinin mətbuat katibi Dmitri Peskov belə deyib.

"Biz artıq demişik ki, bu cür açıqlamalara, bir növ mentor bəyanatlara qulaq asmayacağıq, ona getməyəcəyik”- deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Prezident Bayden Rusiyanı təhdid edən sərt çıxış edib.

"ABŞ Rusiyanı öz əməllərinə görə cavab verməyə məcbur edəcək”-deyə Ağ Evin rəhbəri Dövlət Departamentində xarici siyasət üzrə proqram nitqi ilə çıxış edərkən bildirib.

"Mən sələfimdən fərqli olaraq, Prezident Putinə aydın şəkildə bildirdim ki, Rusiyanın təcavüzkar hərəkətləri - seçkilərimizə müdaxilə, kiberhücumlar, öz vətəndaşlarının zəhərlənməsi - qarşısında ABŞ-ın təslim olacağı günlər geridə qaldı. Biz tərəddüd etmədən Rusiyanı cavab verməyə məcbur edəcəyik və xalqımızın həyat maraqlarını müdafiə edəcəyik”, - o deyib.

Daha əvvəl Moskva Bayden tərəfindən səsləndirilən bütün ittihamları dəfələrlə təkzib edib. Bundan başqa, Bayden ilk dəfə olaraq açıq şəkildə Moskvanı "İv Roşe" işi üzrə şərti cəzası ləğv edilərək 3,5 illik real həbs cəzası alan müxalifətçi Aleksey Navalnını dərhal azad etməyə çağırıb. Onun sözlərinə görə, Navalnı korrupsiyanı ifşa etdiyi üçün hədəf seçilib. ABŞ Prezidenti hesab edir ki, o, dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır”.

Prezident Baydenin bu çıxışından sonra ABŞ-Rusiya münasibətləri gərginləşib. O, hələ seçkilərdən əvvəl prezident seçiləcəyi təqdirdə Rusiyanı ABŞ-ın birinci düşməni elan edəcəyini bildirmişdi. Ona görə də Baydenin açıqlaması həm Kreml, həm də beynəlxalq ictimaiyyət üçün gözlənilən idi. Artıq ABŞ prezidenti özünün xarici siyasət proqramını açıqlamaqla Rusiyaya qarşı mübarizəni rəsmiləşdirmiş oldu.

Yaxın vaxtlarda ABŞ Konqresi "Navalnı işi”nə görə Rusiyaya sanksiyalar tətbiq etməyə hazırlaşır. Eyni zamanda, Ukraynada, Belarusda, Cənubi Qafqazda, Yaxın Şərqdə ABŞ-la Rusiya arasında geosiyasi rəqabətin aratacağı gözlənilir. Hətta siyasi müşahidəçilər hesab edir ki, Bayden Rusiyaya qarşı gözlənildiyindən daha sərt hücuma keçib.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, post-Tramp dövründə Rusiyaya qarşı mübarizənin artması, beynəlxalq münasibətlər sistemində ABŞ-ın rolunu gücləndirmək məqsədi daşıyır. Bu isə ABŞ və Rusiya yenidən "soyuq müharibə”yə təkan verəcək:

"Demokratların hakimiyyətə gəlməsindən sonra Tramp administrasiyasının dörd il ərzində daxilə çəkilmək siyasətinə son qoyuldu. Burada məqsəd ABŞ-ın beynəlxalq münasibətlər sistemində dünya jandarmı rolunu artıqmaqdan ibarətdir.

Ona görə də Rusiyaya qarşı ciddi sanksiyaların həyata keçirilməsi gözlənilir. Bayden seçkiqabağı verdiyi açıqlamalarda da bu strategiyanı həyata keçirəcəyini və əsas xarici siyasi düşmən obrazında Rusiyanı hədəfə alacağını bildirirdi. Bu əsasən Corc Buş strategiyasına qayıtmaqdır. Bayden Putinin çoxqütblü dünya yaratmaq strategiyasına qarşı konsepsiya həyata keçirəcək. O, Dövlət Departamentində verdiyi açıqlamada da ilk hədəf kimi Rusiyanı göstərdi. Ümumiyyətlə, Çinin ABŞ-la müəyyən iqtisadi problemləri var. Düşünürəm ki, prezident Bayden bu məsələləri həll edəcək.

Ancaq Rusiya Şərqi Avropada, Yaxın Şərqdə, Mərkəzi Asiyada ABŞ-ın "ayağına dolaşır” və Amerikaya ciddi problemlər yaradır. Rusiyanın ABŞ-ın seçki sisteminə müdaxilə etdiyi də hələ 2016-cı ildə keçirilən prezident seçkilərində öz tədiqini tapmışdı. Baydenin son açıqlaması da ABŞ vC9? Rusiya arasında "soyuq müharibə”nin başlanması anonsunu verdi. İki fövqəldövlət arasında strateji hücum silahlarının məhdudlaşdırılmasına dair səfirlər səviyyəsində razılaşma əldə edilsə də bu, Vaşinqtonun öz siyasətindən geri çəkilməsi demək deyil. Bayden Rusiyanın həyati əhəmiyyət kəsb edən sahələrinə qarşı ciddi sanksiyalar tətbiq edəcək.

Çox güman ki, ABŞ Rusiyanın hərbi-sənaye kompleksini hədəfə alacaq. Rusiyaya qarşı insan haqlarının vəziyyətinə görə "Maqnitski Qanunu”nun tətbiqini də istisna etmirəm. Çünki Rusiyada ictimai fəal Navalnının həbs edilməsi və bu qərara qarşı etiraz dalğasının baş qaldırması və Putinin istefası ilə bağlı səsləndirilən tələblər Vaşinqtonda Rusiyaya qarşı ciddi siyasət formalaşdığını göstərir. Bayden də həmin etirazlar fonunda siyasi katalizator rolunu oynamaq imkanına malikdir. ABŞ Prezidentinin bu bəyanatı Rusiyadakı aksiyaları daha da kəskinləşdirə bilər. Baydenin bu bəyanatı və gözlənilən sanksiyalar Rusiya üçün çox ağır olacaq. Vladimir Putinin 2024-cü ildə namizədliyini yenidən irəli sürməsə də özünün müəyyən etdiyi siyasi varisi yerinə gətirəcəyi gözlənilir. Həmçinin, bu ilin sentyabr ayında Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək.

Bayden administrasiyası seçki prosesində Rusiyanın mövqeyini zəiflətməyə çalışacaq. ABŞ-ın Ukraynaya dəstəyi artırılacaq, Belarusla danışıqlar aparıla bilər. Qarşıdan isti yaz və yay aylarının gəldiyini nəzərə alsaq, Bayden administrasiyası Belarusda Lukaşenko rejiminə qarşı kütləvi aksiyalara dəstək verə bilər. ABŞ Ukraynaya latel silahlar verəcək ki, bu da Donbasda vəziyyətin daha da kəskinləşəcəyindən xəbər verir. Bundan başqa, Qara dənizdə də vəziyyət gərginləşəcək.

ABŞ Qara dənizdə Rumıniya, Ukrayna və Gürcüstanla birlikdə yeni hərbi ittifaq formalaşdırmağa çalışır. Bayden administrasiyası Cənubi Qafqazda, xüsusilə Ermənistanda, Mərkəzi Asiyada Rusiyaya qarşı mübarizəni gücləndirəcək. Bu regionlarda Rusiyanın zəiflədilməsinə çalışılacaq, rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq ediləcək. Nəticədə, beynəlxalq münasibətlər sistemində Rusiyanın mövqeyi laxlayacaq. Daxili etirazların artması Prezident Putinin reytinqinin xeyli aşağı düşməsinə gərtirib çıxaracaq. Rusiyanın cavab tədbiri isə həlledici olmayacaq. Kreml Donbasda, Şərqi Avropada vəziyyəti gərginləşdirə bilər. Yaxın dörd il ərzində Rusiyaya qarşı beynəlxalq təzyiqlər güclənəcək”.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər