Gündəm

Cavid Qurbanovun sabiq mətbuat katibi vəzifədən çıxanda xidməti maşınını da özü ilə aparıb?
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Sevinc Qədirova bir il yarım bundan əvvəl tutduğu vəzifədən ayrılıb, Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunanda qanunsuzluq edərək, keçmiş iş yerindəki 90 AL 321 dövlət nömrə nişanlı xidməti avtomobilini də özü ilə aparıb. Bu barədə məlumatı Azinforum.az-a qurumun daxilindəki məlumatlı mənbə verib. Əldə olunan informasiya ilə bağlı Azinforum.az ilk olaraq ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Natavan Bayramova ilə əlaqə saxlamağa cəhd edib. O, saytımıza açıqlamasında iclasda olduğunu, qurumun Dürdanə adlı xanım əməkdaşı ilə əlaqə saxlamağımızı məsləhət görüb. Dürdanə xanım bizimlə söhbətində faktı nə təkzib, nə də təsdiq etdi. O, bildirdi ki, hətta olsa belə, bu cür xırda məsələni onların şərh etməsi sadəcə ayıb olar.

Qurumun sabiq mətbuat katibi Sevinc Qədirova isə Azinforum.az-a açıqlamasında bildirdi ki, hər iki quruma eyni adam – Cavid Qurbanov rəhbərlik etdiyi üçün, burada elə bir qəbahət görmür: "Hal-hazırda pandemiya ilə bağlı idman yarışları dayanıb və biz bir ildir fəaliyyət göstərmirik, ancaq əmək haqqımızı alırıq. Bu səbəbdən mənə o qədər də maşın ehtiyac olmur. Lazım olanda öz şəxsi avtomobilimi sürürəm. Bu, elə bil qlobal məsələ deyil axı. Niyə sizi maraqlandırır? İşlə bağlı lazım olanda bir neçə dəfə həmin xidməti avtomobildən istifadə etmişəm. Burada nə var ki? Həmin avtomobil hazırda mənim çalışdığım Voleybol Fedreasiyasının balansında deyil”.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər