Gündəm


İranın Ənzəli dəniz limanından çoxlu sayda "Kamaz” markalı rus hərbi maşınının Ermənistana göndərilməsi barədə xəbərlər yayılıb. Qaynağın bildirdiyinə görə, bundan başqa İranın Novşəhr dəniz limanında yüzlərlə rus hərbi maşını Nurduz gömrük keçid məntəqəsindən Ermənistana göndərilmək üçün hazırlanıb. Hərbi yük maşınlarında silah -sursatın olduğu düşünülür.

Qeyd etmək lazımdır ki, Qarabağda gedən Vətən müharibəsi zamanı İran dayanmadan Ermənistana hərbi logistik dəstək verirdi. Buna etiraz olaraq, Güney Azərbaycanın əksər şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilib. Həmin aksiyalar zamanı Tehran hökumətinin təhlükəsizlik qüvvələri 100-dən çox güney azərbaycanlını vəhşicəsinə döyərək həbs edib.

Ermənistanın məğlubiyyətə uğramasından sonra bir çox İran rəsmisi açıq şəkildə Ermənistana daha geniş dəstək vermək təklifi ilə çıxış ediblər. Sual yaranır: doğrudanmı, daşınan hərbi yüklərdir? Əgər belədirsə, deməli, növbəti müharibə hər an başlana bilər.

Politoloq Sədrəddin Soltan Ermənistana göndərilən "hədiyyə” ilə bağlı "Sherg.az”a danışarkən həmin yüklərin hərbi təyinatlı olduğunu istisna etmədi:

"44 günlük döyüşlərdən əvvəl silahlar məhz Ənzəli limanı vasitəsilə daşınırdı. Bu fakt yenə də silahların daşınması ehtimalını gücləndirir. İkinci bir tərəfdən isə yanvarın ortalarında İranın hərbi heyəti İrəvanda olub. Bunu Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib. Deməli, İran və Ermənistan arasında hərbi əməkdaşlıq var. Lakin rəsmi Tehranın belə şübhəli davranışları əslində onun özünə ziyandır. Əgər İran Azərbaycanın iradlarına rəğmən, düşmən tərəfə silah daşınmasında rol oynayırsa, deməli, bizimlə əməkdaşlıqdan, o cümlədən Qarabağdakı yenidənqurma işlərində iştirakından söhbət gedə bilməz”.

S.Soltanın fikincə, silahlar birbaşa Ermənistana daşınır:

"Rusiya İran vasitəsilə Ermənistana silah daşınmasına davam edə bilər. Çünki Ermənistanın hərbi texnikasının böyük hissəsi yararsız hala salınıb. İndi yeni texnikaya ehtiyac var. Ancaq silahların Qarabağa aparılmasına inanmıram Birincisi ona görə ki, regionda onsuz da rus hərbçiləri və müasir texnika var. Yəni əlavə silaha ehtiyac qalmayıb. Həmçinin 10 noyabr bəyanatının IV maddəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır Elə isə silahlar kimə aparılır? Onu da deyim ki, seperatçı rejimin hərbi dəstə saxlamaq hüququ yoxdur”.

Politoloq, həmçinin yeni savaş başlaya biləcəyini bildirdi:

"Məsələ tam həllini tapmayıb. Qarabağda rus ordusu var. Bu isə o deməkdir ki, rus hərbçiləri yeni savaşın başlanması üçün hər an qığılcım törədə bilərlər. Yəni ayıq-sayıq olmalıyıq. İkinci bir tərəfdən, görünməyən güclər Rusiya və Türkiyəni regionda qarşı-qarşıya gətirmək istəyirlər. Lakin Kremlin bu aventüraya gedəcəyi ağlabatan deyil. Çünki müasir Rusiya nə SSRİ, nə də Osmanlı ilə müharibə aparmış Çar Rusiyasıdır. İndiki Rusiya çox zəifləyib. Eyni zamanda müharibə Türkiyəyə də maraqlı deyil. Rəsmi Ankaranın münasibətləri daha çox diplomatik yolla həll etməyə üstünlük verdiyini nəzərə almalıyıq. Türkiyəni istəməyənlər Rusiyanı istəməyənlərə nisbətən daha çoxdur. Bu da hansısa savaşı qardaş dövlət üçün arzuolunmaz edən növbəti məqamdır. Yəni regional müharibənin başlanacağına inanmıram”.

Son xəbərlər

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Bütün xəbərlər