Gündəm


"Bildiyiniz kimi, bir müddət öncə Fond tərəfindən qazilərimizin daha sürətli və keyfiyyətli reabilitasiya olunması üçün xaricindən "RGO” cihazları sifariş verilmişdi”.

APA-nın məlumatına görə, bunu "YAŞAT Fondu”nun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bildirib.

Onun sözlərinə görə, bu gün artıq o cihazlar ölkəyə gətirilib və yaralı qazilərin istifadəsinə verilib: "Ümid edirik ki, onların bundan sonra reabilitasiyası tez bir zamanda yekunlaşacaq, ən qısa zamanda sağlamlıqlarına qovuşacaqlar. Biz artıq bu cihazın altısını gətirmişik. Biri daha əvvəl gətirilmişdi, beşi isə bu gün gətirilib. Həkimlərlə mütəmadi olaraq məsləhətləşmələr aparılır, hansı yaralıya individual olaraq cihazlar lazımdırsa, Fond tərəfindən sifariş verilir. Əgər ölkə daxilindədirsə, buradan alınır, xaricdədirsə, xaricdən alınıb gətirilir ki, yaralılarımız, qazilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşsunlar”.

Həkim-reabilitoloq Gülnarə Nuruzadə isə bildirib ki, 3 aydır ki, bütün tibb heyəti, həkimlər, tibb bacıları yaralıların bərpası ilə məşğuldur. G. Nuruzadə qeyd edib ki, "RGO” cihazları vasitəsilə reabilitasiya üçün 1 il lazım olan bərpanı 5 aya etmək mümkün olur: "Bu, özəl bir ortopedik cihazdır, aşağı ətraflarda hissiyatı olmayan xəstələrimiz "RGO”-nu geyinir. Bir xəstəyə bu cihaz daha əvvəl verilmişdi, 2 həftədir ona təlim keçirik. Əvvəl 5 dəqiqə addım atırdısa, bu gün artıq 1,5 saat yeridə bilirik. Bu cihazın çox özəl bir xüsusiyyəti var. Xəstə cihaza bağlandığı günün səhərisi bizə dedi ki, barmaqlarımı heç hiss etmirdim, amma artıq ayaqlarıma istilik gəldi”. Hər bir xəstənin əzələ fiziologiyasını, anatomiyasını özəl qavraması var. Ola bilsin biri cihazı geyindikdən 2 həftə sonra yeridi, eləsi olar ki, bir ilə tam düzələ bilər. Fond tərəfindən ilk olaraq bel travmaları olanlar üçün "RGO” cihazları təşkil olundu. Yeriyən xəstələrimiz bizi də çox sevindirir, bu, bizim üçün bayramdır. 3 ay ərzində 301 xəstəm olub, kimin nə problemi varsa, qeyd edirik, "YAŞAT” Fondu da bu işdə bizə kömək edir”.

Son xəbərlər

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Rayon Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab

Ukraynanı son terrorda günahlandırması Rusiyaya baha başa gələ bilər - ISW

Bakıda məşhur ticarət mərkəzi niyə boşaldılıb? (Açıqlama)

Bütün xəbərlər