Gündəm

Əli Həsənovun aqibəti necə olacaq...
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsilə çözülməyə başlayan "korrupsiya ipindəki növbəti düyün” 1998-2019-cu illərdə Baş nazirin müavini, 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmış Əli Həsənov ola bilər. Bir vaxtlar daha çox nəvəsi Nail Allahverdiyevin "şıltaqlıqları” ilə gündəmi zəbt edən cənab Həsənovun iki il əvvəl vəzifədən uzaqlaşdırılması, onu törətdiyi əməllərin məsuliyyətindən uzaqlaşdırmağa qadir deyil. Odur ki, ehtimallar belə deməyə əsas verir ki, digər sabiqlər kimi, "Dövlətqaçqınkom”in keçmiş sədri Əli Həsənovun da büdcəyə vurduğu milyonlarla ziyanı ödəyəcəyi gün çox uzaqda deyil...

Hüquqşünas, sabiq deputat Çingiz Qənizadə Modern.az-a bildirib ki, bəzi məmurlar hələ vəzifədə olarkən, onlara qarşı ictimai rəy mənfi idi:

"Çünki onlar kifayət qədər dəbdəbəli həyat tərzi keçirir, lüks avtomobillərdə gəzir, lüks bağlarda dincəlirdirlər. Bunlar məmura yaraşmayan hərəkətlərdir. Bir növ özlərinin bahalı həyat tərzini nümayiş etdirirdilər. Təbii olaraq bunlar insanları qıcıqlandırırdı. İctimaiyyət biləndə ki, hansısa nazirin oğlunun, nəvəsinin maşın kolleksiyasının dəyəri milyonlarladır, təbii ki, dərhal rüşvət və korrupsiya yada düşürdü və mətbuatda işıqlandırılırdı. Bunun mənbəyini sadə xalq belə bilirdi. Bilirdi ki, söhbət rüşvətdən, talanan büdcədən, korrupsiyadan gedirdi.

Amma nə qədər ki, məsələyə hüquqi qiymət verilməyib, biz heç kəs barədə bunu deyə bilmərik. Çünki təqsirsizlik prezumpsiyası anlayışına ziddir. Əgər rəsmi qurumlar kiminsə barəsində istintaq hərəkətləri edir və bunu açıqlayırlarsa, o zaman fikir bildirmək olar. Bir ictimai rəy var, bir də hüquqi qiymət var. Amma son həbslər, xüsusilə "Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun həbsi göstərir ki, rəsmi qurumlar tərəfindən kifayət qədər ciddi işlər aparılır. Onun gəlirləri ən azı 5-10 nazirin gəlirlərindən də yüksək idi. Amma o, hansısa gözəgörünməz qüvvənin qayğısı ilə əhatə olunmuşdu. Azərbaycan iqtisadiyyatına, Azərbaycan biznesinə və dövlətə kifayət qədər zərər vurur, inhisarçılıq yaradırdı. Amma sonda həbs olundu. Olsun sabiq nazir Səlim Müslümov. Hazırda istintaq gedir, nə qərar veriləcək, onu zaman göstərəcək. Amma görünən odur ki, vəzifədən azad olunmaqla canını qurtarmış hesab edənlər yanlış düşünürlər”.

Ç.Qənizadə hesab edir ki, keçmişdə, yaxud indi vəzifə sahibi olan istənilən şəxs barəsində hansısa qanun pozuntusu ilə bağlı faktlar tapmaq olar:

"Amma bunun dərəcəsi və vurduğu zərərin miqdarı daha önəmlidir. Kiminsə kiçik nöqsanını "iş olan yerdə nöqsan olar” prinsipini əsas götürüb ona göz yummaq olar. Amma kimsə vəzifəsindən sui-istifadə edib, xüsusilə büdcəni külli miqdarda talayıbsa, korrupsiyaya qurşanıbsa, rüşvət alıbsa, təbii ki, o bunun bədəlini ödəməlidir.

Etimad göstərilib vəzifəyə təyin edilən məmur, qısa zamanda öz həyat tərzini, davranışını, qanunlara münasibətini mənfiyə doğru dəyişirsə, onu uzun müddət o vəzifədə saxlamaq məqsədəuyğun deyil. Vaxtında uzaqlaşdırılmalıdır. Amma təbii ki, bunu bütün məmurlara şamil etmək olmaz. Çünki vəzifəsinin öhdəsindən ləyaqətlə və vicdanla gələn məmurlarımız da var. Deyilənləri onların hamısına şamil etməklə yaxşıların haqqına girmiş olarıq”.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər