Gündəm


Hər il Azərbaycanda tikinti sektorunda qəza halları müşahidə edilir. Kimisi işçiləri qaydalara riayət etməməkdə, kimisi tikinti şirkətlərini bu məsələyə biganə yanaşmaqda günahlandırır. Məsələn, Fevralın 1-də saat 21 radələrində "Kolin” inşaat şirkəti tərəfindən tikintidə qəza baş verib. Verilən məlumata görə Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələr təmir-tikinti işləri apararkən xəsarət alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ə.Ağayevə onurğanın boyun şöbəsi fəqərələrinin sınığı, F.Ağarzayevə isə onurğanın bel şöbəsinin əziyi diaqnozu qoyulub. Ə.Ağayevin vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə göndərilib.
Təəssüf , tikintidə belə qəzaların sayı hər ötən gün artır.

Mövzu ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki,tikinti şirkətləri layihələrin həyata keçirilməsi zamanı mütləq şəkildə tibbi, yanğın, ekoloji təhlükəsizlik qaydalarına ciddi surətdə əməl etməlidir:

"Tikinti başlanan ilk gündən bitənə qədər bütün təhlükəsizlik standartlarına cavab verməlidir. Qurğular, kranlar, qaldırıcı mexanizmlər və digər tikinti materiallarının hamısı təhlükəsizlik normalarına uyğun olmalıdır. Tikintiyə daxil olan şəxslər təhlükəsizliklə bağlı təlimatlandırıldıqdan sonra fəaliyyətə başlamalıdır.

Təbii ki, tikinti gedən əraziyə kənar şəxslər daxil ola bilməz. Bu proses dövründə işçilərə hər gün, mexanizm dəyişikliyi olarsa, ayda bir dəfə növbədən kənar təlimatlandırma olmalıdır.

Hər hansı qəza hadisəsi baş veribsə, növbəti gün mütləq işçilərə təhlükəsizliklə bağlı məlumat verilməlidir. Mexanizmlər insan həyatı üçün təhlükə potensialı riski daşıyır".

Ekspertin sözlərinə görə təəssüf ki, bu gün tikinti şirkətlərinin çoxu təhlükəsizlik qaydalarına riayət etmir, biganəlik var:

"Ağır tonlu maşınların arxasından keçmək olmaz. Hündür mərtəbədə işləyirlərsə, kəmərdən istifadə etməlidirlər. Əgər qaldırıcı mexanizmlər yükü qaldırırsa, altından işçilərin keçməsi düzgün deyil.

Bu nə dərəcə doğrudur?! Yay aylarında havanın temperaturu 38-40 dərəcə olanda işçiləri çalışdırırlar, günün qaranlıq saatlarında tikinti dayanmalıdır. Bütün bunlar işçilərin rahat və təhlükəsiz işləməsini təmin edir. Ölkədə baş verən qəzaların çox hissəsi tikinti sektorunun payına düşür.

Çünki məsuliyyətsizlik, laqeydlik var. Bu bütün tikinti şirkətlərinə aid deyil. Təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir".

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər