Gündəm

Siyavuş Novruzovdan Ramiz Mehdiyevlə bağlı açıqlama:
"Hərbi qulluqçuların əməkhaqqı ilə bağlı xeyli vaxtdır söz-söhbət gedir. İlk növbədə biz bilmirdik ki, sentyabr ayında müharibə başlayacaq. O baxımdan da büdcədən Müdafiə Nazirliyinə ayrılan vəsait əvvəlki il necəydisə, o şəkildə ayrılmışdı. Dünya təcrübəsində belədir ki, ön cəbhədə olanların xidmət dövrü üçqat hesablanır”.

Bunu millət vəkili Siyavuş Novruzov Musavat.com-a müsahibəsində deyib. O, bildirib ki, müxtəlif yerlərdə olan insanlar ayrı-ayrı kateqoriyaya uyğun götürülməlidir.

"İkinci tərəfdən, yüksəkliklərlə bağlı məsələ var ki, bu, yalnız hərbçilərə deyil, müəllimlərə, həkimlərə və digərlərinə də şamil olunub. Əslində yüksəkliklə bağlı ideyanın müəllifi mənəm. Çünki mənim seçildiyim ərazinin, Şahbuz rayonunun ən aşağı nöqtəsi dəniz səviyyəsindən 1500 metr hündürlükdədir. Bu baxımdan da mən o vaxt bu məsələni qaldırdım, Nazirlər Kabinetinə getdim, onlar da dəstək verdilər, cənab Prezidentə müraciət etdilər. Cənab Prezident fərman verdi və Nazirlər Kabineti öz qərarı ilə bunu təsdiq etdi ki, nə qədər yüksəklik olanda əməkhaqqı nə qədər ola bilər. Mənim seçildiyim dairədə elə kəndlər var ki, orada işçi əməkhaqqını, üstəgəl maaşının 25 faizini alır. Kəlbəcər, Laçın, Gədəbəyin, Tovuzun dağlarında dayanan həm sərhədçi, həm hərbçi ilə Nəvaidə, yaxud başqa yerlərdə olanlar eyni əməkhaqqı ala bilməz”.

"Sizcə, hərbçiləri, qəhrəman oğullarımızı narazı salanlar kimlərdir, məqsədləri nədir?” sualına Novruzov belə cavab verib: "Bunun zamanı deyildi. Hələ biz qələbəmizə sevinib, axıra qədər başa çatdırmamışıq, dərhal bu varianta keçmək... Başa düşürəm, ölkə müharibə aparıb, xərcləri çoxdur, amma indi bunun zamanı deyildi. Həm də o qədər böyük zabit heyəti yoxdur ki, biz deyək bu qədərdir. Yəqin ki, məsələyə baxılacaq və inşallah, öz həllini tapacaq”.

S. Novruzov müsahibəsində onu da bildirib ki, Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalından sonra onunla heç bir əlaqəsi olmayıb: "Qəti şəkildə”.

S. Novruzov "Xankəndinə nə vaxt gedəcəyik?” sulına isə belə cavab verib: "Əlbəttə ki, tezliklə gedəcəyik. Deyirlər ki, azərbaycanlılar Xankəndinə niyə köçmür? Ora köçən 13 min azərbaycanlı harada yaşayacaq? Çadır qurulacaq, ya necə olacaq? Bu ailələrin uşağının bağçası, məktəbi var, yaxud digər sosial obyektlər məsələsi var. Tədricən bunlar hamısı həll olunacaq. Biz 30 il oturub səbrlə gözləyirdik. İndi bir neçə ay gözləyə bilmirik ki, yox, hər şey tələm-tələsik olmalıdır, özü də təcili! Belə olmaz axı.

Naxçıvana qatarla isə yaya qədər gedə bilcəyik. Mən söz verirəm...”

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər