Gündəm

TALANÇI OLİQARXLAR YENİDƏN HƏDƏFDƏ
Pandemiya, daha sonra müharibə dövründə səngiyən məmur həbslərinə yenidən strat verilib. Ötən ilin son ayından başlayaraq bir neçə yüksək vəzifəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ötən ilin dekabr ayının 9-da Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatdan sonra barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Keçmiş icra başçısına Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israfetmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

2021-ci ilin ilk səs-küylü həbsi isə ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barmaqlıqlar arxasına göndərilməsi oldu. Səfərlinin fəaliyyəti ötən ilin avqust ayından etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılırdı.

Yanvarın 14-də onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Keçmiş sədr qərardan apellyasiya şikayəti verməyib, amma vəkilləri onun ev dustaqlığına buraxılması üçün müraciət etsələr də, təmin edilməyib. V.Səfərli Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Fevralın 1-də isə "Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov DTX tərəfindən saxlanılıb. Qurumun yaydığı məlumata görə, məşhur oliqarx ümumilikdə 55 milyon manatı mənimsəmə və dələduzluq yolu ilə ələ keçirib.

R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu gün-fevralın 3-də isə keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun həbs edildiyi barədə məlumat yayılıb. Keçmiş nazirə qarşı ittihamlar hələ açıqlanmasa da, onun da vəzifə saxtakarlığı, mənimsəmə, dələduzluq və s. cinayətlərdə şübhəli bilinəcəyini ehtimal etmək olar.

İcra başçılarının həbsi yerli "xanlara" dərs olmadı, nə etməli?

Son iki ayda həyata keçirilən həbslər bir necə cəhətdən xarakterikdir.

Əvvəla, onlara qarşı irəli sürülən ittihamların əksəriyyəti oxşardır, vəzifə başında olduqları müddətdə talançılıq, dələduzluq, vəzifə saxtakarlığı, rüşvətalma, dövlət əmlakını ələ keçirmə və s. maddələrlə ittiham olunurlar.

İkincisi, qandallanan keçmiş məmurların hərəsi fərqli bir sahənin təmsilçisidir. Belə ki, Cəlilabadın sabiq icra başçısı yerli dövlət idarəetməsini, Vüqar Səfərli media sektorunu, Rasim Məmmədov monopolist şirkəti, Səlim Müslümov isə yüksək çinli məmur kateqoriyasını təmsil edir. Buradan çıxan nəticə ondan ibarətdir ki, ölkənin müxtəlif sahələri eyni qaydalarla idarə olunur, Konstitusiya, qanunlar pozulur, dövlət vəsaitləri talanır, vətəndaşların hüquqları pozulur.

2019-2020-ci illərdə DTX tərəfindən 6 icra başçısı həbs edilib, bugünlərdə onların məhkəmələri başlayacaq. Keçmiş məmurların cəmiyyətin gözü qarşısında qandallanması, rüşvət, korrupsiya cinayətlərini sübut edən faktların ictimaiyyətə təqdim edilməsi ölkədə ciddi rezonans yaratdı. Belə təsəvvürlər vardı ki, yerli idarəetmədə dönüş yaranacaq, məmurlar cinayət əməllərindən çəkinəcəklər. Təəssüf ki, zaman keçdikcə bu barədə gözləntilər özünü doğrultmadı. Əhali yenə də icra başçılarının qanunsuz əməllərindən media, sosial şəbəkələr vasitəsilə Prezidentə, hüquq-mühafizə orqanlarına şikayətlər ünvanlayır.

Narazılıqların mövzusu da dəyişməyib: ənənəvi korrupsiya, rüşvət, vətəndaşlara qarşı saymazlıq və s. Ona görə də bu sahədə həbslərin davamlı olması qaçılmazıdır. Paralel olaraq yerli idarəetmədə köklü islahatlara start verilməsi də zamanın tələbidir. Bələdiyyə institutunun gücləndirilməsi, icra mexanizmlərinin optimallaşdırılması, regional idarəçilik sisteminə keçid və s. tədbirlərin həyata keçirilməsi vacibdir.

Əli Həsənov və Arif Alışanov da?...

Təəssüf ki, vətəndaşların ümid yeri kimi baxdığı media da böyük korrupsiyanın, mənimsəmələrin içində çabalayıb. KİVDF sədri Vüqar Səfərlinin fəaliyyəti ilə bağlı yayılan məlumat milyonlarla dövlət vəsatinin bir qrup şəxs tərəfindən necə ələ keçirildiyini, bu istiqamətdə dövlət siyasətinin necə sabotaj edildiyini göstərir.

Media sektorunda oliqarxa çevrilmiş xeyli məmur var ki, onların barəsində "daşdan keçən" faktlar olsa da, məsuliyyətə cəlb edilməyiblər. Məsələn, uzun illər KİV-i kurasiya etmiş Prezidentin sabiq köməkçisi Əli Həsənovun nəhəng var-dövlətə yiyələnməsi barədə mötəbər faktlar var. Şirkətlər, xəstəxanalar, dövlətə kirayə verilmiş binalar və s. əmlaklar hansı vəsaitlə əldə edilib, hər halda bunlar araşdırılmalıdır.

Mediada daha bir oliqarx - AzTV-nin keçmiş rəhbəri Arif Alışanov da diqqətdən kənarda qalıb. İki il əvvəl tutduğu vəzifədən azad edilən keçmiş sədr uzun müddət qalmaqallı məhkəmə çəkişmələri və topdağıtmaz sərvəti ilə medianın gündəmində olub. Alışanov AzTV-yə sədrlik etdiyi müddətdə təqribən 80 milyon manatdan çox əmlaka sahib olub. Mətbuatda keçmiş sədrin dövlət televiziyasında vəsaitləri hansı korrupsiya mexanizmləri ilə ələ keçirdiyi barədə silsilə araşdırmalar dərc olunub.

Onun Şamaxıda, Kürdəmirdə və s. rayonlarda yüz hektarlarla torpağı, villaları, təsərrüfat subyektləri var. Yaxın qohumları ilə birgə Bakıda tikinti biznesi ilə də məşğul olub, binalar tikib. Arif Alışanov Şamaxıda əvvəl işbirliyində olduğu fermer Şücayət Əkbərovu və daha iki nəfəri həbs etdirib. Keçmiş sədr onları özünə qarşı sui-qəsd hazırlamaqda və dələduzluqda ittiham edib. İstintaqda və məhkəmədə bu ittiham sübuta yetirilməsə də, AzTV şefinin təzyiqi ilə Ş. Əkbərov 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun keçmiş həyat yoldaşı Səlimə Sadıqovaya məxsus bütün əmlak zor gücünə ələ keçirilib. Bu ailə A.Alışanovun əməllərindən ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etsə də, heç biri araşdırılmayıb. Bir müddət sonra Alışanovun həbs etdirdiyi şəxslərdən biri həbsxanada ölüb, digəri xərçəng xəstəliyinə yoluxub. İki dəfə açıq ürək əməliyyatı keçirmiş Ş.Əkbərovun səhhəti isə ağırdır...

Alışanov iddia edib ki, Ş. Əkbərov onların 6.2 milyon manatdan (?) artıq pulunu ələ keçirib. İstintaqa ifadəsində Alışanov bu barədə belə deyib: "... 2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşım Habil 200 000 manat, yeznəm Vidadi 200 000 manat, qaynım Etibar 1 800 000 manat, qaynım Natiq 3 500 000 manat, özüm isə 500 000 manat - cəmi 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəldik..."

Yəni hər şey, necə deyərlər, kor-kor, gör-gördür. Maraqlıdır, Vüqar Səfərli kimi, A.Alışanovun AzTV-yə rəhbərlik etdiyi 10 illik dövrlə bağlı araşdırma aparılıb, əldə etdiyi var-dövlətin mənbəyi soruşulacaqmı?

Kommnal qurumlarda yeyilən milyardlar araşdırılacaqmı?

"Baku Steel Company” MMC"-nin rəhbəri Rasim Məmmədov isə uzun illər ərzində törətdiyi əməllərlə monopoliyanın, sözün əsl mənasında reketçiliyin simvoluna çevrilmişdi. O, yüzlərlə sahibkarın binesini məhv edib, əmlakını ələ keçirməklə, rəhbərik etdiyi MMC-ni metal sənayesində hökmran mövqeyə yüksəldib. DTX-nın yaydığı məlumatda R.Məmmədovun əslində bu "zirvəyə" necə dırmaşdığı göstərilir: qanunsuzluq, oğurluq, talançılıq və s. cinayətlərlə...

R.Məmmədovun aqibəti ölkəni milyardlarla dollar xarici borcla yükləyən monopolist dövlət şirkətləri üçün örnək ola bilər. Kommunal qurumların əksəriyyəti zərərlə işləyir, hər il büdcədən yüz milyonlarla manat investisiya alsalar da, ortaya nə keyfiyyətli xidmət qoya biliblər, nə də gəlir. Problemlər xirtdəyə çıxanda qiymətlərin bahalaşdırılması üçün Tarif Şurasına müraciət edib, əlavə gəlir mənbələri yaradırlar. Yaxud onların borcları vaxtaşırı büdcə hesabına silinir. Bu qurumlara rəhbərlik edən şəxslərin bəziləri ölkənin ən varlı oliqarxlarıdır.

Prezident İlham Əliyev AzTV-yə verdiyi müsahibədə ölkəni sümürüb-talayan məmurların təxmini çevrəsini cızıb. Şuşada rezidensiya, imarət tikdirmək istəyən oliqarxiya ölkənin bəzi regionlarını, iqtisadiyyatın mühüm sahələrini bütövlükdə "udub". İndi onların yeyib-dağıtdıqlarını dövlətə və xalqa qaytarmaq, özlərini isə cəzalandırmaq vaxtıdır. Ard-arda keçirilən həbslər dövlət rəhbərliyinin bu istiqamətdə ciddi qərarlar verdiyinin göstəricisi sayıla bilər...
"AzPolitika.info"

Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər