Gündəm

Sahil Babayevdən şübhəli təyinat
"Hər ərazinin öz makleri var. O işbazlar vasitəsi ilə müəyyən rüşvət müqabilində Ünvanlı Sosial Yardımlar təyin edilir. Alınan vəsaitin çox hissəsi rəhbərliyə çatır.

Bütün ünvanlı sosial yardım təyinatları "makler”lər vasitəsi ilə təyin edilir. Onlar adam tapıb gətirir və müəyyən rüşvət qarşılığında sosial yardım təyin edilir. Əgər son illər ərzində təyin edilən Ünvanlı Sosial Yardımlarla bağlı monitorinq aparılsa, hər şey üzə çıxacaq. Hər "makler” 50-100 nəfər arası vətəndaşın sənədlərini toplayaraq idarəyə gətirir və orada bu yardımlar təyin olunur. Real vəziyyət ölkədə budur.

Adamı olmayanlar bu yardımdan məhrum olur". Bu barədə KAİM.az saytı Yardımlıda yaşanılan durumla bağlı yazır.

"6 aydır müraciət etmişəm Sosial Müdafiə Nazirliyinə. İmtina cavabı verirdilər. Nəhayət karantin dövründə, karonovirusa yoluxduğum zaman nazirlikdən yoxlama gəldi bizim evə. Özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxs açıq işarə etdi ki, 3 aylıq pulu əvvəlcədən rüşvət kimi vermək lazımdır. Məndə o pul olmadığı üçün nazirliyin əməkdaşının "bığlarını yağlaya” bilmədim. Elə bu səbəbdən həmin əməkdaş mənim şəxsi təsərrüfatım olmaığı halda başqasının təsərrüfatın ayağıma yazdı. Nəticədə yenə imtina gəldi.

Yerli DSMF-nin müdiri Zamin Əliyev və müavini Qabil Rufullayevlə əlaqə saxlamışam. Deyirlər ki, o məsələ nazirlikdi, bizlik yox. Amma sonradan məlum olur ki, biz Nəzərovlar ailəsinə ünvanlı sosial yardımı verməmək üçün elə bu iki şəxs həmin əməkdaşı yollayıb.”

Yardımlının Tahirli kənd sakini Nəzərov Etiqad KAİM.az-a yazır ki, "Zamin Əliyevin fəaliyyəti haqda müxtəlif orqanlara yazıb. Vətəndaş qeyd edir ki, "Nizami” adına sovxozda onlarla adama saxta əmək kitabçası, işlədikləri iş cədvəlləri saxta yolla yazılaraq verilib:

"Bu boyda cinayətdən sonra Zamin Əliyevi Masallı 8 saylı regional idarəyə müdir təyin ediblər. Demək nazirlik bu işlərdə maraqlıdır. Bu haqda DTX-ya da yazacam. Dövlətin malını yeyib dağıdırlar.”

Qarşi tərəfi də dinləyə bilərik.

KAİM.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər