Gündəm

Yanacağın bahalaşmasına görə vəd olunan subsidiyadan nə xəbər?
Bu ilin yanvar ayının 4-də Tarif Şurasının qərarı ilə dizel yanacağının qiyməti təqribən 33 faiz bahalaşdı. Qurumun həmin qərarının açıqlandığı rəsmi məlumatda qeyd edilirdi ki, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaq.

Tarif Şurasının katibi Ceyhun Nəcəfov da dizel yanacağının bahalaşmasının kənd təsərrüfatına mənfi təsir göstərəcəyi barədə ehtimalları şərh edərkən bildirmişdi ki, onun qarşısını almaq məqsədilə müəyyən qabaqlayıcı tədbirlər nəzərdə tutulur: "Dizel qiymətinin artımının kənd təsərrüfatı sahəsinə mənfi təsir edəcəyi gözlənilmir. Belə ki, kənd təsərrüfatında fermerlərə verilən subsidiyaların məbləğinə yenidən baxılacaq".

Artıq Tarif Şurasının həmin qərarından bir ay keçir. Hökumət subsidiyaların məbləğinə yenidən baxacaqmı? Yoxsa bu məsələ artıq gündəlikdə yoxdur?

Bu suallara, hələlik, hökumətdən aydınlıq gətirmək mümkün olmayıb. Milli Məclisin deputatı Aqil Abbas da bu məsələnin nə yerdə olduğunu bilmədiyini söyləyir.

"Əgər əlavə subsidiyalar verilsəydi, xəbərimiz olardı. Deməli, hələ vermirlər, hələ fikirləşirlər", - o, "Turan" agentliyinə bildirib.

Deputat xatırladıb ki, benzin və dizel yanacağının bahalaşmasından əvvəl dövlət kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə güzəştli yanacaq verib: "Bundan əlavə, artezianı işlətməsinə görə fermerlərdən işıqpulu alınmır. Arteziana görə fermerlər dövlətə pul ödəsə, kənd təsərrüfatı məhv olub gedər. Çünki orada elektrik enerjisi çox işlənir, fermer gərək onda öz malını satıb yalnız bunu ödəsin. Yəni, müəyyən güzəştlər kənd təsərrüfatında var və bunun hesabına kənd təsərrüfatı bir az dirçəldi".

Deputat hesab edir ki, yanacağın bahalaşması digər sahələrdə də qiymətlərin artımını şərtləndirir: "Əlavə subsidiyaların verilməməsi üçün qiymət artımı olmamalıdır. Məndən olsa, yanacağın qiyməti heç qalxmasın, çünki yanacağın qiyməti qalxırsa, hər şeyin qiyməti qalxacaq. Hər şey yanacaqdan asılıdır. Traktorlar, kombaynlar dizel yanacağı ilə işləyir. O bahalaşırsa, fermer da öz məhsulunun qiymətini artıracaq. Məndən olsa, qiymətlərini qaldırmaq lazım deyil. Bəli, dövlət müharibədən çıxıb, dövlətin maddi ehtiyacı var. Bunu açıq demək lazımdır".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli də"Azadlıq" radiosuna bildirib ki, əlavə subsidiyaların verilməsindən heç bir xəbər yoxdur.Ekspertə görə, dizel yanacağının bahalaşmasından sonra fermerlər artıq ziyanla işləyirlər: "Bizim apardığımız hesablamalar göstərir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları dizel yanacağı üçün 69 milyon manat daha çox pul xərcləməli olacaqlar. Bu, çox böyük rəqəmdir. Lakin bu rəqəmin daha yüksək olacağı gözlənilir, çünki hər il yanacağın istifadəsi artır".

V.Məhərrəmli deyir ki, subsidiya verilməsə, məhsulun maya dəyəri bahalaşacaq, amma fermerlər onun qiymətini qaldıra bilməyəklər: "Bu da insanların alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlıdır. Belə olan halda fermerlər daha böyük ziyana düşəcək".

Taxılçılıqla məşğul olan, ancaq adının çəkilməsini istəməyən bir fermer bildirib ki, subsidiyaların artması barədə ona hələ ki, heç nə deyilməyib: "Dizel yanacağının bahalaşmasından sonra taxılın becərilməsi üçün hər hektarda yanacaq xərci 10 manat artıb. Üzüm sahələrinin becərilməsi üçün isə xərc artımı hər hektar üzrə 25 manat təşkil edir".

Fermerin sözlərinə görə, dizelin bahalaşması bütün sahələrə təsir edir: "Texniki vasitələrlə fermerlərə xidmət göstərən şəxslər hər hektar üçün qiyməti 33 faiz artırır. Hər şey bahalaşır, toxumun da qiymətləri bahalaşır. Qiymət artımına qədər 1 ton məhsulu 100 manata bazara daşımaq mümkün idisə, bundan sonra həmin xərc ən azı 120-130 manat təşkil edir. Bütün bunlar məhsulun maya dəyərinə təsir göstərir"

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər